§2. “Salur Qazanın evi yəğmalandığı boyu”: Salur Qazan oğlu Uruzı üc yüz əskərlə evi və xəzinəsi üzərində bəkçi buraxaraq Oğuz bəgləri ilə bərabər ova çıxar, bunu xəbər alan “sası dinli kafər” böyük bir ordu ilə gəlib Qazanın oğlunu və bəkci əskərləri əsir edərlər; zövcəsi və qızları ilə bərabər xəzinə və sürülərini yəğma edib götürərlər. Bundan başqa Qazanın Qapılar Dərbəndindəki on bin qoyununu da almaq üçün əksər göndəriyor. Fəqət bunların bəkcisi olan Qaraca çobanın qardaşları ilə bərabər göstərdigi müqavimət sayəsində sürülər qurtuluyor.
Qazan ovu burakıb evə döndügü zaman heç bir şey bulamaz. Qaraca Çobana qoşar. Çoban vəqəyi ona anladır. Qazan Çobanla bərabər kafərə gedir. Onun arxasından Dəmir Qapu Dərbəndində Dəmir Qapıyı alan Qıyan Səlcuq oğlı Dəli Dondar ilə Qalın Oğuz bəgləri gəlirlər. Düşmənlə müharibəyə başlarlar. Məğlub edib əsirlərlə bərabər yəğma edilən bütün malları istirdad edərlər.
§3. “Bay Burə bəg oğlı Bamsı Beyrək boyu”: Bay Burə bəgin oğlu bir gün əglənirkən yanına bazərganlar gəlir və Dərbənddən Oğuz bəglərinə gətirdikləri malların Unən qalası (Gürcüstanda) kafərləri tərəfindən yəğma edildigini söylər. Bay Burə dönər. Bazərganlar Bay Burə bəgin yanına gəlirlər və oğlunun yapdığı qəhrəmanlığı anladırlar. Bunun üzərinə atası qonaqlıq yaparaq oğluna Dədə Qorqud vasitəsilə Bamsı Beyrək adı qoyuyorlar. Çünki, ənənə mocibincə “ol zamandə bir oğlan baş kəsməsə, qan tökməsə ad qoyməzlərdi”.
Bundan sonra Bamsı Beyrək maral ovuna çıxar. Yolu bir otağa düşər. Bu otağın öz “beşik kərtmə” adaxlısı Banı Çiçəgin olduğunu anlar və qızı görmək istər. O hər kəsə görünməz derlər. Özünü qızın dayısı deyə təqdim edən bir qadın oğlana at qoşusı, ox atmaq və güləş təklif edər. Həpsində Bamsı Beyrək qazanır; o vaxt qadın özünü Banı Çiçək olduğunu açar. Beyrək də barmağındakı yüzügi çıxarub qızın barmağına keçirər; dönüb atasınə məsələyi anladır. Atası qızın qardaşı Dəlü Qarcarın bacısını istəyəni öldürməkdə olduğunu izah edər. Bunun üzərinə Qalın Oğuz bəglərini toplayub məsləhət edərlər və qızı istəmək üçün Dədə Qorqudu göndərirlər. O isə Qorqudu öldürməgə qalxışır. Qorqud “şeyxligi” sayəsində önünə keçər. Dəlü Qarcar müqabil olaraq bin at, bin qoç, bin dəvə, bir quyruqsuz köpək istər. Bay Burə bəg hazırlar göndərər. Qızdan oğlana bir qırmızı qaftan gəlir. Fəqət arqadaşları bunu qısqanırlar. Ona kötülük yapmaq fikrinə düşərlər. Bamsı Beyrək dügün odasında yoldaşları ilə bərabər əşirət yayarkən Bayburd hasar kafərlərinə xəbər veriliyor. Onlar da gecələyin basqın yaparaq birəki otuz doqquz arqadaşı ilə bərabər əsir alırlar.
Ertəsi sabah bu xəbər hər tərəfə yayılır. Fəqət Beyrəgin nərədə olduğu bilinməz. On altı yıl keçər. Bir gün Yalançı oğlı Yalancıq vaxtilə Beyrəgin kəndisinə hədiyyə etdigi kömləgi qana bulaşdırıb gətirir; onun Qara Dərbənddə öldürüldüyünü söylər, kömləgi tanırlar. Matəm elan edilir. Yalançı oğlı özü qızı almağa təşəbbüs edər.
Bamsı Burə bəg sərhədlərə adamlar göndərər. Bir qism bazərganlar də Bayburd hasarına gəlirlər. O əsnadə kafərlər yeyib-içib Beyrəgə qapuz çaldırırlarmış. Beyrək də çalğı ilə bərabər sevgilisi Banı Çiçəgin və ata-anasının eşqini tərənnüm ediyormuş. Sözlərdən onu tanıyırlar.
O biri tərəfdən kafər bəginin qızı də Beyrəgə aşiq olmuş. Onu almaq şərtilə Beyrəgi hasardan qaçırır. Bunu xəbər alan kafərlər arxasından qırx atlı çıqarırlarsa bulamadan dönərlər Beyrək yolda bir ozana təsadüf edər; ozan Yalancı oğlı ilə Banı Çiçəgin dügününə gedəcəgin söylər. Beyrək də ondan kopuzu alıb dügünə gəlir. Orada qopuzu çalaraq nüktəli şeirlər söylər. Qazan bəgin diqqətini cəlb edər. Onun Beyrək olduğu anlaşır və Bay Burə Bəgə “muştuluq” gedər.
Bamsı Beyrək Yalançı oğlunu öldürmək istər, Yalancı oğlu gəlüb onun qılıncı altından keçər; Beyrək də onu əfv edər. Qazan bəg Beyrəgin dügününü yapmağa təşəbbüs edər. Fəqət Beyrək Bayburd hasarında əsir arqadaşlarını qurtarmayınca dügünü qəbul etməyəcəgini önə sürür. Oğuzlardan bir qaç atlı götürüb hasara hücum edər və dustaq yoldaşlarını qurtarar; geri dönüncə dügünü olur.