TÜRK EL ƏDƏBİYYATINA ELMİ BİR BAXIŞ. «OĞUZNAMƏ»
Professor A.Samoyloviçə
Azərbaycan xalq ədəbiyyatının başlanması, burada, türk əşirətləri ilə, feodallıq başlandığı zamanlara təsadüf edir. Miladi beşinci əsrin başlanğıcında sasanilər İranın şimal-şərqi sərhədləri Tokiyo imperatorluğunun hakimiyyətinə dayanırdı.
Bu sərhədlər boyunca yaşayan və Ceyhun-Seyhun nəhrlərini qaplayan Oğuz qəbilələri eyni zamanda Tokifo imperatorluğunun sərhəddini gözətləyirdi.24 Oğuzlar bu sahələrdə əksəriyyətlə köçəri halında yaşamaqla bərabər qismən də torpağa yerləşərək ziraət təsərrüfatına istinad edən bir həyat sürürlərdi ki, bu təsərrüfat şəkilli sayəsində Yeni kənd adı ilə bir köy də təsis etmişlərdi.25 Beşinci əsrin sonlarına doğru Almalıq dağ tərəflərində yaşayan başqa türk qəbilələri, Ceyhun- Seyhun otlaklarını əldə etmək üçün hücum edərək, oğuzları maldarlıq təsərrüfatı üçün müsaid olan zəngin otlaq yerlərindən qovmağa qalxmışdılar, oğuzların bir qismi şimali Xəzər ticarət yolu ilə cənubi Ruiya ətəklərinə keçdilər bir qismi də Orta Asiyayı Bizans sərhədlərinə bağlayan ticarət yolunu təqib edərək, Şərq və Şimali İranın sulak və otlak yerlərini qapmağa başladılar.
Ərəbistanda Əməvi hakimiyyətinin ilk zamanlarında (hicri birinci əsrdə) cahangir ərəb orduları İranı istila etdikləri zaman, İranın şimal-şərqində bu ordularla üz-üzə gəlmiş və onlarla dəfələrlə çarpışmışdır. Hicri 150-ci il sənədə İstazsiz adlı bir oğuz əşirət bəyinin idarəsi altında balta və lapatkalarla silahlanmış oğuzların, ərəbləri Şimali İranda məhv etdikləri tarixcə məlumdur.26 İştə hicrətdən çox əvvəl İrana axmağa başlayan bu oğuz türkləri yavaş-yavaş indiki cənubi və şimali Azərbaycanı əski Aranı, əski Ermənistanı, şərqi Anadolu öz təsərrüfatlarına müsail bir yer olaraq bulunmuşlardı və buralarda köçəri həyatlarını qurmuşlardı.
Bakı Darülfünunun siyasi iqtisad professoru Berin cəmiyyətin üst quruluşu məhsullarından, onun bazasının xarakterinin, bütün cəbhəsində olmasa da bir çox cəhətlərdən çıxara bilmək mümkün olduğunu qeyd edir.27 Əlimizdə yeganə vəsiqə olan “Qorqud kitabı”nı bu əsasa istinad edərək, gözdən keçirsək, ərəb cahangirlərinin istilasından əvvəl və bundan sonra Azərbaycan türkləri arasında həyatın nə kimi istehsal şərtlərinə istinad etdiyini anna xətləri ilə çıxara biləriz.
“Qorqud kitabı”nın havi olduğu məlumata görə türklərin həyatında ilk rol oynayan təsərrüfat şəkili ovçuluq və maldarlıq təsərrüfat şəkillidir. Ovçuluq indii olduğu kimi bir fərdin tətbiq etdiyi şəkildə deyildi. Tamamilə ictimai bir mahiyyətdə idi. Bir əsirət, yaxud bir çox qəbilə yağımının iştirakı ilə yapılan ov mərasimi, bir istehsal şəkilindən başqa, bir şey deyildir. Əldə edilən ovların istehlakında o insan yığını müştərək olaraq istifadə edirdi. İctimai ov ümumiyyətlə bir əsirət böyügü bəy, yaxud xan tərəfindən idarə edilirdi.
Sasi degilən Gürcüstan ağzında yaşayan və məmləkətini Trabzondan Dərbəndə qədər genişləndirən Xanlar xanı Bayandur xan ilə Qazanxan28 Xorasandan Trabzona qədər uzanan əski Azərbaycan torpağlarında yaşayan «İç oğuzları», «Taş oğuzları» və «Qolan oğluzları», sıx-sıx böyük ovlara sürüklədikləri anlaşılmaqdadır.29 Bu ovlarda at sürməyi və silah qullanmayı bilən hər kəs iştirak edirdi. Bu sürətlə yaşadıqları sahələrin mərkəzlərində müdafiə qüvvəti, bu zamanlarda az olduğundan sərhədləri əski Ermənistana dayanan əski Bizansın Rum qəbilələri Azərbaycan köçərilərinə ən çox bu zamanlar basqın yapılardı. Bu hal məişəti çətinləşdirdiyindən getdikcə qəbilə qüvvələrinin mühüm qismi müdafiə üçün mərkəzi yurdda bıraqılırdı ki, bu da getdikcə maldarlıq və ziraətçilik təsərrüfatının artmasına səbəb olurdu.30
Türklər Azərbaycan torpaqlarında feodalizm dövrünə girdikdən sonra da Selcuqlarda Ağqoyunluların və Qaraqoyunluların saray feodal və əmirləri tərəfindən də bu ovçuluqların ictimai deyil, xüsusi məqsəd və şəkildə davam etdirildiyini biliriz31 ki, bu hərəkət Qafqaz xanlıqlarını zamanına doğru əyləncə mahiyyətini almışdır. Ovçuluq təsərrüfatı yanında Azərbaycanlıların ilk dövrlərində inkişaf edən təsərüffat şəkillərindən birisi də maldarlıqdır, heyvan bəsləməklə meydana çıxan istehsal şərtlərinə istinad edən bu təsərrüfat şəkili, Azərbaycanda, qəbilə rəisləri ətrafında inkişaf etdiyi görülməkdədir. Artıq bu dövrdə qəbilə rəisləri yaxud əşirət bəyləri siyasiləşmiş bir maldar mahiyyətindədir. Qazan xan bütün oğuz bəyləri ilə ovda ikən gürcülər Dərbəndə basqın yaparaq, onun ordakı on min qoyununu yağma edirlər.32
Mali mülkiyyət haqqına sahib olan qəbilə rəisləri ilk dövrlərdə, istismar etdiyi qəbilələri, yalnız özündə mərkəzləşdirdiyi maldarlıq istihsalatından faydalandırırlardı. Bu üsulun ən xarakterik təzahürləri şölən ilə ev yağmalamaq mərasimləridir. Azərbaycan türkləri arasında ilk zamanlar, bu mərasimlər uzun müddət yaşamışdır.
Şölənlərdə əşirət rəisi tərəfindən minlərcə heyvan kəsilir toylar (bizdə toyun əski mənası qonaqlıq olmuşdur) yapılırdı. Bütün qəbilələr bu toylardan istifadə edərdi. Ev yağmalamaq da iqtisadi əsasa malik bir mərasim idi. Əşirət rəisi çapıb çaldığı şeyləri və qəbilələrin istismarı ilə əldə etdiyi malları sənədə bir, yaxud iki dəfə qəbilə bəylərinə yağma edilirdi.
Əşirət rəisi, qəbilə bəylərini çağırır, yeyərlər, içərlərdi və sonra rəis öz qadınının əlindən tutub çadırından çıxardı və bəylər bütün çadırdakı şeyləri, malları qarət edib bölüşdürərdi. Hər bəy qazandığı malları götürüb öz qəbilələri arasında paylaşdıradı.
«Ev yağmalamaq» mərasimində rəisin topladığı sərvət, tamamilə qəbilələrə keçdiyindən qəbilələr üçün iqtisadi böyük bir əhəmiyyəti haizdi. Hekayə edildiyinə görə, Azərbaycan əşirət rəislərindən Salur Qazan bir yağmaya Azərbaycanlıların Taş oğuz qələlərinin iştirak etdirmədiyindən, Taş oğuzlarla İç oğuzlar arasında müharibə çıxmışdır.33
Bu təsərrüfat üsulları özünə uyğun bir cəmiyyət şəklinə malikdir. Qəbilələrdən hər biri ayrı-ayrı bəylər tərəfindən idarə olunurdu, bu bəylər də bir əşirət rəisinə tabe olurlardı. Bu rəis də Bəy-xan, yaxud xaqan adlarından birini alırdı. Bu surətlə qəbilə ailələri bütün təsərrüfat işlərində istismar edilmiş bulunurdu. Qəbilələrin həpsi birər istehsal vasitəsi məqamında sayılırdı. Bundan başqa qəbilələr, qeyri yad qəbilələrin istihsalından da istifadə edirlərdi.
Zaman keçdikcə Seyhun-Ceyhun vadilərindən gəlməkdə davam edən yeni oğuz qəbilələri, ilk Azərbaycanlıları qüvvətləndirməyə başlamışdır ki, bunlar da yavaş-yavaş torpağa yerləşərək, ziraət təsərrüfatına keçmişlər və bu gün məlum olan Azərbaycan kəndlərinin vücuda gəlməsinə səbəb olmuşlardır.
Oğuz türkləri, yuxarıda göstərildiyi kimi, gəlib Azərbaycanda yerləşirkən, özlərilə bərabər malik olduğu şifahi ədəbiyyatı da buralara gətirmişlərdir. Bu ədəbi məhsullar, məmləkətimizdə qurulan iqtisadi həyatın inkişafı şəkilləri sayəsində məhəlliləşməyə üz qoydu və bu surətlə məmləkətimizdə xalq ədəbiyyatı vücuda gəlməyə və inkişaf etməyə başladı.
Azərbaycanlıların feodalizm dövrində n əvvəl malik oldukları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuznamə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir.34
«Oğuznamə» haqqında ilk məlumatı öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodalllardan Məlik Nəsrəddin Muhəmməd bini Kınavınün (cilüsi 1293-vəfatı, 1340) saray məmurlarından Əbu Bəkir Abdullah bini Aybədid Dəvadarinin əsəridir. Dəvadari 13-cü əsrə qədər keçən vəqələr haqqında, «Kənz əd-dürər və cami əl-qürər"("Dürlər xəzinəsi və seçilmişlərin dürləri") adlı bir tarixi kitabı yazmışdır. Bu kitabın bir nüsxəsinin İstanbulda İbrahim paşa kitabxanasının əl yazmaları qismində görmüş və tədqiq etmişəm. (Kitabxana nomrə 913)35
Bu kitabın türklərə aid qismində müəllif həm qıpçaqlara, həm də oğuzlara aid izahat verərək «Oğuznamə»dən də bəhs edir:
«Əski türklər arasında iki kitab var. Bunlardan birisi «Ulu xan Bitqiçi» deyilən kitabdır ki, bunun mənası Böyük xan Ata kitabı deməkdir. Bu kitab ilə moğullar və qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə dutulmaqdadır. Bu kitab moğulların yaradılmışları başlanğıcından bəhs edir, moğul və qıpçaqların «Ulu xan Bitqiçi» kitabı olduğu kimi o biri türklərin də «Oğuznamə» adlı kitabları vardır. Bu kitab türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında biliyim vardır. Bu isə türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!».
Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin girişdiyi təfsilatdan anlayırız ki, o, «Oğuznamə»nin əsli türkcəsini görməmişdir: Onun gördüyü «Oğuznamə»nin ərəbcəyə olan tərcüməsidir. Bu nüsxəyi nə münasibatla görməyə müvəffəq olduğunu Dəvadarı bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qüsmi için qiymətli bir vəsiqədir.
...Hicri 709 tarixində ( miladi 1308-ci ilə təsadüf edir-Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarindədir - Ə.A.) idi. Burada bir gün bir məclisdə tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxə həmin yeganə nüsxəsi olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.
Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibni Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi və sarı rəngdə ipəkdən işlənmişdi, kitabın altundan, ayrıca bir qapağı da vardır.
Yoldaşlarım Mənsur ül Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qismləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.
Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibni Bəxtişu tərəfindən tərcümə olunmuşdur. Abbası xəliflərindən və Cəfəri Bərməki ilə Harun ül Rəşid, Muhəmməd ül Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorlığı yapan Cəbrail ibni Bəxtişun əlavəsinə görə «Oğuznamə» əvvəlcə türkcədən farscaya tərcümə edilmiş və sonraları özü tərəfindən hicri 211 tarixdə (miladi 826) farscadan ərəbcəyə tərcümə olunmuşdur.
Bu farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasanın xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtuxan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir.
Bu izahatdan sonra Əbu Bəkir Abdulla Dəvadari «Oğuznamə»nin mövzu və mündərəcatı haqqında məlumat vermək istəkən; «Burada bu qövmin ilk dəfə xruclarını və onlara aid umrun iqtidasını zikr etmək istərdik ki, bu xüsusda öz kitablarında da məlumat vardır. Fəqət onların bəziləri şəri şərifcə caiz deyildir” qeydini əlavə edir. Dəvadarinin buraya qədər vəsiqə olaraq aldığımız məlumatı üzərində duralım.
Cəbrayıl ibni Bəxtuşunun verdiyi məlumata görə ounun ərəbcəyə tərcümə etdiyi farsca «Oğuznamə» Əbu Müslüm Xorasanın xəzinəsinə aid olmuşdur. Halbu ki, Abbasi hökumətinin təşkilinə kömək edən Əbu Müslüm Xorasani bu hökumətin II xəlifəsi Əbu Cəfərül Mənsur tərəfindən (hicri 137) sənədə qətl edilmişdir. Demək olar ki, «Oğuznamə»nin farsca tərcüməsi 137-ci il tarixdən əvvəl mövcud idi. Hələ Əbu Müslüm Xorasanın o kitabın ailəsindən özünə miras qaldığını söyləməsi farsca nüsxənin öz yaşını dolduran sənədlərdən əvvəl olduğunu göstərmişdir.36
O halda farsca «Oğuznamə»nin tərcümə edildiyi zamanın ərəb dilinin Ərəbistanda yeni-yeni zühr etdiyi zamana təsadüf etdiyi aydınlaşmış olur.
Halbu ki, o biri, tərəfdən Dəvadarinin «Oğuznamə»də türklərin mənşəyi haqqındakı məlumata aid izahat vermək istədiyi halda şəriətin caiz görmədiyini qeyd etməsi «Oğuznamə»nin hənus ərəb islam feodalizm içinə girməyən oğuz türklərinin müsəlmanlığa zidd olan həyatı görüş tərzlərinin xarakterinin havi olduğunu göstərir. Dəvadarinin bu izahatını farsca «Oğuznamə»nin Əbu Müslüm Xorasanın ailəsinə aid olduğu məlumatını yanına gətirincə və bu ailənin hicri tarixinin ilk illərində yaşadığını düşününcə farscaya tərcümə edilmiş «Oğuznamə»nin islamiyatın zühurundan əvvəl yazılmış bir kitab halında mövcud bulunduğunu qəbul etmək lazım gəlir.
Farsca «Oğuznamə»nin Xorasanlı bir türk olan Əbu Müslüm Xorasaninin kitabxanasında tapılması da bizə açıq olaraq göstərir ki, «Oğuznamə»nin farsca tərcüməsi Xorasan sahələrində vaqe olmuşdur. Eyni zamanda tətəbböönaməmizin başlarında qeyd etdiyimiz kimi daha hicrətdən çox əvvəl oğuz türklərinin İranın şimal-şərqi sərhədlərində yaşadıqları və bunların iranlılarla iqtisadi münasibətində bulunduqları37 da düşünüləcək olursa «Oğuznamə»nin farscaya tərcümə tarixini oğuzların İrana yavaş-yavaş yaqaşdıqları zamana qədər götürmək icad edər.38
Bundan da anlaşıldığı vəchlə «Oğuznamə» oğuz türklərinin hicrətdən əvvəl başlayıb, hicrətdən sonra da qüvvətlə davam edən indiki Azərbaycan torpaqlarına köçmələri əsaslarına uyğun olaraq, inkişafa başlayan el ədəbiyyatının ilk əsəri olmuşdur.
«Oğuznamə»nin bu tarixdən sonra, ziraətçilik tərərrüfatı şəklinə əsaslanmağa başlayır. Azərbaycan türk kütlələri arasında nə şəkildə davam etdiyinə və zamanımıza qədər köylərimiz arasında nə tərzdə yaşadığına aid bula bildiyimiz vəsiqələrin təhlili ilə «Oğuznamə»nin mahiyyətini göstərən izahatı gələcək məqaləmizə buraxırıq.
Qafqaz və Azərbaycan xalqı arasında bir ədəbi əsər olduğu və onun məhəlli iqtisadi şərait içində az-çox şəklini dəyişdirərək son əsrə qədər yaşadığı barəsində əldə edə bildiyimiz vəsiqələr bunlardır:
1. "Layden"dəki şərqiyyətə aid əlyazması kitablarından istifadə edən müsəmirik Brokelman Əbdulhəq ibni Süleymanın Azərbaycan əhalisi arasında uyğus mənkəbələrindən bəzilərini toplayıb bir məcmur halında yazdığını, onun öz əsərindən çıxarmağ istismar etmək surəti ilə qeyd edir. Əbdul Həqq ibni Süleymanül Azərbaycanı miladi XIII əsrdə yaşamış tarixçi mühərririlərimizidəndir. O halda bu məlumat bizə «Oğuznamə»nin XIII əsrdə Azərbaycan arasında intişar etmiş bulunduğunu göstərir…
2. 1633 tarixindən etibarən, Rusiyyə, Qafqaz və İranda səyahət yaparaq tədqiqatda bulunan alman səyyahlarından Saksoniyalı Olearus səyahəti əsnasında Dərbənd şəhərinə də uğramışdır. Olearusun Dərbəndə gəlişi 1638 sənəsində olmuşdur. Yazmış olduğu səyahətnamədə Dərbəndə gəldiyi tarixdə, Dərbəndin türk ailəsinə məxsus uzun boylu və yarım silindir şəklində qəbirləri havi olan məşhur qəbirstanı haqqında da məlumat verməkdədir. Bu məlumat içində kəndisinə Dərbəndə uğuzların müharibəsi ilə «Oğuznamə»nin qəhrəmanlarından Salur Qazan və zövcəsi Burla Xatun haqqında şayi olan əfsanələrində hekayə edildiyini qeyd edir. Səyahətnamədə o cümlədən deyilir ki:
«...Bu qəbirlər haqqında əhali bu tarixi nəql edirlər: guya qədim zamanlarda Məhəmməd Peyğəmbərdən az sonra Hindistanda Qazan adlı bir padşah olmuş, mənşəcə uğuz millətindən idi. Bu milətdə məvara Elburusda, Təbərəstanda sakin idilər».
«...Qazanın Dağıstan ləzgiləri ilə müharibəsi çıxmış, ləzgilər bir neçə gün arasında məruf olanların qəbirləri üzərində yuxarıda söylənildiyi kimi yarım silindir şəklində nişanlar qoyulmuşdur».
«...Dərbəndin dəniz sahilinə doğru bir qəbiristan daha var ki, orada 40 ədəd qəbir mövcud olub ətrafına divar çəkilmiş, üzərinə də bayraqlar (ələmlər) tikilmişdir. İranlılar bu qəbiristana cəhl mənnan, türklər və tatarlar isə qırxlar adını verir».
Burada da yenə müharibədə ölmüş 40 şahzadə və müqəddəs adam gömülmüşdür.
Bu sətirlərin bir vəsiqə halında əlimizdə bulunan “Oğuznamə”nin nağıllarında Qazanın Şimali Qafqazda dərəbəyləri və gürcülərlə göstərilən müharibələri yanına qoyunca “Oğuznamədə”ki nağılların miladi XVII əsrə qədər xalqımız arasında yaşadığını isbat edir.
3. 1722-ci ildə Dərbənddə olan əski Rus imperatoru Böyük Pyotur ilə Dərbəndə gələn knyaz D.Kantemir dəxi, Dərbənd əhalisinin həyatına aid xatirələr tutmuşdur. Əlyazması halında olan bu xatirələrə istinad edən müdəkkik Firən xalq arasında və hisarlar üzərində uğuz mənkəbələrinə aid xatirələr bulunduğunu qeyd edir.39
4. «Qorqud kitabı» da bu xüsusda bizə bir çox vəsiqələr verməkdədir. Burada yalnız bir neçəsinə isnad edəcəyik: kitabın başlanğıcında bu cümlələrə təsadüf ediriz (imla eyni ilə): “Məhəmməd zamanına yaxın Boyat boyundan Qorqud Ata deyirlər bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə deyir olurdu.”40 Bundan da anlaşılır ki, Qorqud adlı zat, Azərbaycan türklərinin bir qolu olan və Azərbaycan musiqi və ədəbiyyatında mühüm rollar oynayan Bayat qəbiləsinə mənsubdur. O biri tərəfdən Qorqudun bir “Oğuznamə” müğənnisi olduğunun düşünərkən “Oğuznamə”nin Azərbaycanda mühüm mövqeyi olduğu izah edilmiş olur.
5. “Qorqud kitabı”ndakı mənkəbələrin cərəyan etdiyi coğrafi yerlərdə əski Azərbaycan sahəsinin dəxi tamamilə daxil olduğu göstərilməkdədir. Masaların içində zikr olunan və zəmanəmizə məlum olan yerləri başdan ayağa qədər gözdən keçirəlim: Mardin qələsi, Baybut hisarı, Aqhisar, Trabizon, Qara dəniz, Qadılq dağ, Abxaza, Gürcüstan ağzı, Göyçə dənizi, Gəncə, Dəmir qapı, Qara Dərbənd, yaxud Dərvand...
Bu yerləri xəritə üzərində bir cizgi ilə bir-birinə bağlarsaq bu nəticəyi əldə edəriz:
İndi Şərqi Anadolu adlanan əski Ermənistan və Qara dənizdə Dərbənd şəhərinə qədər uzanan bir sahə Cənubi Qafqaz da buraya daxildir. Bir də hər nə qədər ad zikr olunmuşdursa da vəqələrin gedişindən Şimali İranın, Cənubi Azərbaycanın da bu sahənin cənub ətəyini təşkil etdiyni təxmin ediriz. Məsələn, Dərbənd və Gürcüstana kafərləri çapıb yağma etməyə gedərkən, axar sulardan keçildiyindən bəhs edilir ki, heç şübhəsiz bunlar Kür və Araz nəhrləri ilə qollarıdır.
«Qorqud kitabı» «Oğuznamə»nin bir hissəsi olduğundan, bu halda «Oğuznamə»nin Azərbaycanda məhəlli bir rəng alaraq, intişar etdiyini göstərir. Bir də yuxarıda göstərildiyi kimi, Azərbaycan türkcəsinin yayıldığı yerlərdə cərəyan edən nağılların hər birinə «Oğuznamə» deyilməsini də əlavə etsək bu cəhət bir qat daha qüvvət qazanmış olur. “Qorqud kitabı”ndakı nağılların çoxunun sonunda “Oğuznamə” adı anıldığı kimi (səh. 20-86-119 və sair). Gürcüstan padişahları ilə Oğuzların müharibəsini təsvir edən «Salur Qazanın evinin yağmalandığı» nağılı da «Dədəm Qorqud gəlibən boy-boyaladı, soy söylədi, bu “Oğuznamə”yi düzdü, qoşdu» cümləsi ilə bitirməkdədir.
6. “Oğuznamə” müğənisi olan Qorqudun kitabda bir ozan olaraq göstərilməsi də bizim üçün vəsiqə təşkil edir. Məlum olduğu üzrə ərəb feodalist cəmiyyət quruluşu, hənuz əski türklərcə qəbul edilmədən əvvəl müxtəlif türk və tatar qəbilələri bir azda dini sifəti havi olan el şairlərinə qam, baxsı dedikləri kimi Oğuzlar da ozan deyirlərdi.41
Bu ozan təbiri bizim aramızda, ta indiyə qədər yaşamışdır. Hazırki halda, xalq ədəbiyyatımızda belə, buna bol-bol təsadüf etməkdəyiz. Vəsiqə olaraq bir neçə xalq türküsü aldık:
Atam ozan olubdur,
Dərdə dözən olubdur.
Quş dili bilməz canım,
Ərizə yazan olubdur.
Dostları ilə paylaş: |