«Dan yıldızı» jurnalı, 1929, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh. 28-29. ƏŞİRƏT DÖVRÜNDƏKİ AZƏRBAYCAN ƏDƏBİYYATINA AİD VƏSİQƏLƏR
"Kitabi Dədəm Qorqud əla-lisan tayifeyi Oğuzan" Adı ərəb və farsca olaraq "Oğuz tayfasının dilində Dədəm Qorqudun kitabı" olan bu əsər Azərbaycan və Şimali İranda yaşayan türklərin ədəbiyyatına aid ən əski vəsiqədir. Bunun ətraflıca tədqiq və təhlili əşirət dövründəki ədəbiyyatımızın mühüm bir cəbhəsinin aydınlaşmasına səbəb olacaqdır.
Bu əsər ilk dəfə XIX əsrin başında Qərbi Avropa alimləri tərəfindən dar planlı, qısa nəşriyyatda elm aləminə bildirmişdir. Ondan sonra Rus alimləri, Türkiyə müdəqqiqləri tərəfindən müxtəlif qayələrlə gözdən keçirilmişdir. Aşağıda bu xüsusda daha müfəssəl izah edəcəyiz. Burada yalnız bunu söyləyəyim ki, tədqiqlərdə "Kitabi Qorqud" son zamanlara qədər başlı-başına bir əsər olaraq göstərilirdi. Fəqət Misirdə yazılmış bir tarixin meydana çıxması bu fikri tamamilə dəyişdirdi. Böylə ki, "Kitabi Qorqud" ayrıca bir kitab olmayıb əski oğuzlara aid olan "Oğuznamə"nin bir parçasıdır. Buna görə Qorqudun əsəri ətrafında bibliqrafik və təhlili məlumata başlanmadan əvvəl "Oğuznamə" üzərində durmaq məcburiyyətindəyiz. Biz bu qədər bu mühüm əsər haqqında bu vaxta qədər yapılan tədqiqlərin adətən xülasəsini göstərcəyiz.
"Oğuznamə" Cahan Türkologiyasının ictimai və iqtisadi həyatlarını çox zəif və az tədqiqi etdiyi oğuz türklərinin "Oğuznamə" adında dastanı bir kitabları olduğu ötədən bəri məlumdur.
Oğuz daha Azərbaycan və Qafqaza gəlmədən əvvəl, yəni Türküstan steplərində köçəri bir həyat sürərkən xalq şair və həkimi demək olan ozanlar əşirətdən-əşirətə dolaşaraq çadırlarda qurulan şülən-bəylik qonaqlıqlarda50 və başqa xalq yığıncaqlarında oğuzların mənkəbələrini bəstələr ilə oxuyaralardı.51 Bu mənkəbələr başqa türk şöbələrinin yaratdığı əfsanələr kimi əvvəlcə şifahi bir şəkildə olaraq bütün xalq içində yayılmış və yerləşmiş bulunurdu. Sonradan kağız üzərinə gömülmüşdür ki, "Oğuznamə" adının bir yerə toplandıqdan sonra verilmək ehtimalı daha çoxdur. Qüvvətli bir ehtimala görə "Oğuznamə" adının ya əcəm müvərrixləri və yaxud da əcəmləşmiş türk tarixçiləri tərəfindən verildiyi qənaətindəyiz.
Mövzuları əsrlərcə yaşayaraq xalqın bədii ehtiyaclarını təmin edən "Oğuznamə" müsəlmanlıqdan əvvəlki etiqad və ehtiyatların izlərini daşıyardı.52 Zaman keçdikcə müxtəlif səbəblərlə bilxassə ərəb dininin yerləşməsini mütəaqib qüvvətli bir surətdə inkişaf eləyən Quran kulturasının təsiri altında "Oğuznamə"nin dastanları yerini İslami bir şəkildə olan başqa xalq "məbəd"lərinə tərk edərək meydandan qalxmışdır.
Oğuz mənkəbələrinin, xalq ədəbiyyatından qalmış islamiyyətin başlanğıclarında olmamışdır. Bunlar müsəlmanlığın intişarından sonra da çox zamanlar qüvvətlə yaşamışdır. Azərbaycan və Qafqaz Oğuzları içində XVIII əsrin ikinci yarısına qədər davam etdiyini bizə bir neçə vəsiqə isbat edir. Türkiyənin kitabiyat müəlliflərindən Bursalı Məhəmməd Tahir məxəz göstərmədən, «Oğuznamə»nin XVI əsrə qədər xalq arasında yaşadığını bu sətirlərlə qeyd edir: “Türk qövmünə mənsub əkvam haqqında yazılan milli tarixlərdən ən dəyərlisi əldə bulunan bəzi imarələrə nəzərən «Oğuznamə» almaq lazım gəlir. Bu tarixi kəbir hicrətin bir tarixinə qədər Azərbaycan (Qərb-Şimali İran) tərəfində mövcud olduğu bəzi vəsaiklə müsbət isə də bu günkü gündə əlimizdə mövcud deyildir.53 Məhəmməd Tahirin ümumi rəvayətlərinin təsiri altında olaraq tarix54 adı ilə deyiriz.
Göstərdiyi Oğuz mənkəbəsi izlərinin yaşadığı tarix XVI əsr sərhədini keçdiyini görürük. Bizim əhalimiz arasında XVII əsrdə o mənqəbələrin yaşadığı 1638 tarixində Dərbənd şəhərini ziyarət edən səyyah Oleari XVIII əsrdə mövcud olduğunu 1722-ci ildə köhnə Rusiya çarı Böyük Pyotrun knyazlarından Kantemirdən nəqlən qeyd edir. Zəmanəmizdə yaşayan xalq məsəlləri (nağılları) səlahiyyət sahibi türkoloqlar tərəfindən tədqiq edilirsə əski mənqəbələrimizin təsirlərinin bulunduğunu tapmaq və yaxud onların başqa şəkillərə girdiyini görmək ehtimaldan uzaq deyildir.