Яли Камали архивиндяки «Короьлу» дастанынын


Drezdendəki mətnin yazıldığı tarix haqqında



Yüklə 1,4 Mb.
səhifə47/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   43   44   45   46   47   48   49   50   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Drezdendəki mətnin yazıldığı tarix haqqında
“Qorqud kitabı”nın mətni Drezden kitabxanasının XVI əsr yazmaları arasında hifz edilməkdədir. Demək olur ki, yazmaların kataloqunu tərtib edən Fleyşer mətnin bu əsrdə yazıldığına qənaət hasil etmişdir. Bartolda mətnin yazıldığı tarixi araşdırarkən haman-haman eyni nəticəyə vasil olmuşdur. Böylə ki, mətnin son səhifələrindən birində Osman paşanın vəfat tarixi 993-cü ildir (miladi 1585), tərzində mövcud bir qeydi görən Bartold deyir ki, bundan da əlyazmasının o vaxtlar (yəni 1585 illərində) yaxud az sonra yazıldığı istiğrac edilə bilər59.1
Halbuki, bizcə bir kitabın mətni xaricində gəlişi gözəl qeyd edilən bir vəfat tarixi o kitabın yazılışı və yazıldığı tarix ilə əlaqədar olmaz. Bunun üçün mətnin yazıldığı tarixi böylə bir ölüm tarixindən çıxarmağa çalışaq doğru nəticə verməz.
Əski türk ailələrində bir adət var idi: birisi doğuldumu, və ya öldümü və yaxud zəlzələ, aclıq, xəstəlik, istila kimi mühüm hadisələr zühr etdimi, vaqiənin tarixi ailənin böyüyü və yaxud oxumaq biləni bir-iki sətirlə evdə bulunan ləyəttyin bir kitabın (ələl-əksəri Quranın) başına və ya sonuna qeyd edilirdi. Osman paşa adlı zatın ölümünün qeydi də bu surətlədir. Bu kimi qeydlər üçün mütləqa kitabın qədim və yaxud yaxın zamana aid olduğuna bakılmazdı. Ola bilər ki, Osman paşanın vəfat tarixi qeyd edilən mətnin çox köhnə bir zamanda yazılmışdır.
«Kitabi Qorqud»u öz kataloqunun XVI əsrdə mənsub yazmaları içində qeyd edən Fleyşeri aldadan səbəb də bəlkə bu bir sətirlik qeyddir. Akademik Köprülüzadə müəyyən bir vaxt göstərməyərək bu yazmanın Osmanlı dövlətinin təşkilindən sonra təsbit edilmiş olduğunu iddia edir.60
Burada təsbit kəlməsi istinsas mənasına olmayıb da şifahi vəziyyətdə ikən kağız üzərinə qonulduğu məqsədi ilə qullanılırsa, o halda bir az düşünmək lazım gəlir. Çünki Əbu Bəkir Abdullah ibni Aybekir Dəvadarinin verdiyi məlumat mövcibincə “Kitabi Qor­qud”­dakı mündəricat «Oğuznamə» adı altında çox əvvəllər türkcə olaraq təsbit edilmişdir. Sonralar farscaya və IX əsrdə fars­cadan ərəb dilinə tərcümə olunmuşdur ki, Dəvadərini XIV əsrin başla­rın­da gördüyü «Oğuznamə»nin ərəbcə tərcüməsidir. O hal­da, bu tərz­də ifadəyi biz ancaq əldəki kitabın Osmanlı dövlətinin təhsizindən sonra kopya edildiyi tərzində qəbul etmək məcburiy­yətindəyik.
Osmanlı dövlətinin təşkilini mütəaqib kopya edildigi fikrini verən yeganə vəsiqə «Kitabi Qorqud»un iki cümləsidir: «Qorqud ata ayıtdı: Axır zamanda xanlıq geri kayiya degə kimsənə əllə­rindən almiyə, axır zaman ölüb qiyamət qopunca. Bu dedigi Os­man nəslidir işdə sürülüb gedəyürdür (səh.3). Bir də «Bayburə bəg oğlu Bam­sıbirik hekayəsi»ndə İstanbul kəlməsinin yad edil­məsidir. Bayburə bəg yeni bir oğlu doğduğu zaman bəzirganları çağıraraq əmr verir: «Barın Rum elinə mənim oğlum üçün yaxşı ərmağanlar gətirin bö­yüncə» dedi. Bəzirganlar dəxi gecə-gündüz yola girdilər. İstanbula gəldilər. Dam danışıq ələ yaxşı ərma­ğanlar aldılar (səh. 39).
Bu iki cümlədən birincisi daha qüvvətli bir vəsiqə təşkil edir. Həqiqətdən “Qorqud kitabı”nın başında görülən cümlə kitabın Osmanlı hökumətinin təşkilindən sonra yazıldığını deyil, kopya edildiyini göstərir.
“Qorqud” mətninin yazıldığı tarixi XVI əsrə qədər irəli gətir­mək doğru olmaz. Mətindəki dilin ünsürləri bu fikri təyin etdiyi kimi ayrı bir vəsiqədə mütaliəmizi qüvvətləndirir. Əski Osmanlı padşahlarından ikinci Murad zamanı (doğumu 1388, vəfatı 1438) olan XIV əsrin sonları ilə XV əsrin başlarında yazılmış «Tarixi-Ali Səlcuq» Dədə Qorqud haqqında bu qayıbdan xəbərlər söylərdi. Həq­qi tənəzər edərək qiymətli vəsiqə olduğu üçün buraya alırız. “Rəsul əleyhsəlam zamanına yaxın zamanlarda Bayat boyundan Qorqud ata qopdu. Kənd və kövminin birgəsi idi. Nə dersə olurdu. Qayıbdan xəbərlər söyləyirdi. Haqq tala onun könlünə ilham edərdi. Etdi axır zamanda görü xanlıq kayeya verilib, kimsə əllərindən almiyədi, dedigi Osman Rəhmətullah nəslidir”.61
«Tarixi ali Səlcukun» göstərdiyi vəsiqəyi eyni ilə “Qorqud kitabı”nın Drezden nüsxəsinin başlanğıcında da buluruz: “Rərsul əleyhsalam zamanına yaxın Bayat boyundan Qorqud ata deyilən bir ər qopdu. Oğuzun ol kişi tamam bilicisi idi. Nə dirsə olurdu. Qayıbdan dürlü xəbərlər söylərdi. Haqq-tala onun könlünə ilham edərdi. Qorqud ata etdi axır zamanda xanlıq, gəri kayıya degə, kimsənə əllərindən əlmiyə, axır zaman ölüb qiyamət qopunca, bu dedigi Osman nəslidir, işdə sürünüb gediyor”.
Görülür kü «Tarixi ali Səlcuk»un nəql etdiyi məlumat “Qorqud kitabı”nın müqəddiməsindən başqa bir şey deyildir. Bu halda «Tarixi ali Səlcuq»un XV əsrin ilk yarısında yazıldığına baxılırsa, «Kitabi Dədəm Qorqud»un XVI əsrdə yazıldığını iddia edənlərin hökmlərindən zəiflik öz-özünə meydana çıxar.
“Qorqud kitabı”nın XVI əsrdən çox əvvəl yazıldığını təyid edən vəsiqələrdən biri də “Qorqud kitabı”nın tamailə köçəbəlik səciyyəsini göstərən mövzularıdır.
Dəvadarinin fikridə bunu nəkz edir. Əldəki “Qorqud”un bir qisminə böylə havi olan «Oğuznamə»nin ərəbcəsini daha XIV əsrdə görmüşdür. O halda türkcə daha əvvəl yazılmışdır.
Demək olur ki, «Qorqud kitabı», «Tarixi ali Səlcuq»dan əv­vəl yazılmışdır. Buna görə Drezden nüsxəsinin kopya tarixinin XV əsrin gerisində qalan əsrlərin içərisində aramaq lazımdır.

Azərbaycanı öyrənmə yolu” jurnalı,



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin