Яли Камали архивиндяки «Короьлу» дастанынын


Qorqud kitabı haqqındakı tədqiqlərə aid biblioqrafiya



Yüklə 1,4 Mb.
səhifə46/54
tarix14.12.2023
ölçüsü1,4 Mb.
#179131
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
min Abid hmdov Azrbaycan turklrinin

Qorqud kitabı haqqındakı tədqiqlərə aid biblioqrafiya
«Kitabi Dədəm Qorqud əla lisan tayifeyi Oğuzan”ın yeganə yazma nüsxəsinin Almaniyada Drezden kitabxanasında bulundu­ğunu öz kataloqlarında xəbər verən alimlərdən Aleymerdir. Bu nüsxə Drezden yazmaları içində Fleyşer kataloqunda 86 nömrə ilə mükəyyidir. XIX əsrin başlarında yenə Alman mütəkkik­lərin­dən Dits bu nüsxəyə kopya etmişdir. Bu kopya Berlin kitabxa­nasında Perça fehrüstündə 203 nömrədə mükəyyədir. Bundan başqa Dits yazma nüsxədə bulunan hekayələrdən «Basatın Təpə­gözü öldürdü boynu bəyan edər» əfasanəsinin mətnini almancaya tərcüməsi ilə bərabər şərqiyyətə aid material koleksiyonunun için­də 1815-ci ildə nəşr eyləmişdir. Akademik Bartoldun söylə­di­yinə görə Niyoldeki nam bir alim də 1859-cu ildə yazma nüsxəyi tamamilə kopya etmiş və əhəmiyyətli yerlərini almancaya tər­cü­mə etmişsə də bir çox yerlərini anlamadığı üçün tam etməmişdir.
Bundan sonra «Dədə Qorqud» haqqında çox geniş tərzdə rus alimləri tədqiqatda bulundular. 1894-cü ilə 1911 tarixləri arasında başda akademik Bartold olduğu halda Tumanski İnostronev və Qazax alimi Dibayev tərəfdən bir çox məqalələr nəşr edilmişdir ki, bunların mahiyyəti öz bəhslərində təhlil ediləcəkdir.
Vaxtı ilə İstanblada təşkil edilmiş «Asar İslamiyyət və milli­yət tədqiq əncümən» Berlin kitabxanasındakı kopya edilmiş nüs­xənin fotoqrafını çıxararaq Kilisli müəllim Rüfət mərifəti ilə kitab halında basdırılmışdır. (Mətbəəyi Amirə 1332, miladi 1916).
Müəllim Rüfətin istinsax əsasında oxuyamadığı bir çox ifadə və kəlmələrin yanında yapdığı təhsislərin bir çoxu yanlışdır. Çün­ki «Kitabi Qorqud»un dili bizim Azərbaycan ləhcəsi olduğundan bizim indi belə qullandığımız bir çox kəlmələri və ifadələri müəllim Rüfət bilmədiyi üçün bunları yanlış olmadığı halda, Osmanlı türkcəsinə görə təshih eləmişdir.57 Yazma nüsxəyi bizat görən və tədqiq edən Bartol mətndə kitabın adını «Kitabi Dədə Qorqud əla lisani taifeyi Oğuzan» deyə göstərir.58 Halbuki, Rüfət dədəm degin zəmir ədatı «m»-yı atmış və tayifə gəlməsini də osmanlı ağzına görə taifə yapmışdır.
Bu xüsusda türkiyəli müəllimlərdən M.Cövdətin 1334 və 1338-də yazılmış iki kiçik məqaləsi, bundan sonra Köprülü­za­dənin kitabalarında bir neçə qısa haşiyəsi vardır. Ən son tədqiq Əbdül­qədir adında başqırdıstanlı bir gəncin «Türkiyyat məcmuə­si»ndə «Kitab Dədə Qorqud» haqqında sərlövhəsi ilə yazdığı məqaləsidir. Bu məqalə əksik bir bibiloqrafi ilə bərabər qırğız və başqırd türkləri arasında Qorqud haqqında yaşayan əfsaqələrdən bəhs edir.
Yuxarıda yad edilən bütün mənbələr Bartoldun ilk məqalə­sində qısa sətirlər müstəsna olmaq şərti ilə “Qorqud kitabı”nın dil və ədəbiyyat tarixi nöqteyi-nəzərindən əhəmiyyət və qiymətli təhlil edəcək ümumi mahiyyətdə deyil. Biz burada bütün bu tədqiqləri gözdə tutaraq onu ümumi bir təhlil məruz buraxacağız.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin