Tədqiqimizi kolaylaşdırmaq üçün hər şeydən əvvəl bayatı adı üzərində durmaq icab edər.
Türk ədəbiyyatının müxtəlif şöbələri ilə məşğul olanlar çox gözəl bilir ki, ümumiyyətlə heca vəzni yeddilisi ilə yaradılan dörd mısralı müstəqil mənzumələr, yalnız Azərbaycan sahəsində bayatı adını daşımaqdadır. Halbuki bu nəzm şəkli yalnız Azərbaycan türk ədəbiyyatına münhəsir bir şəkil degildir. Bu nəzm şəklinə çox qədim zamanlardan ta indiyə kibi həmən-həmən bütün türk ləhcələrində təsadüf edilməkdədir və müxtəlif ləhcələr müxtəlif adlarla tanınmaqdadır. Məsəla, qərb (osmanlı) ləhcəsində mani,62 çöl Kırım türkcəsində cınğ,63 Kazan ilə cənub Kırımcada cır,64 Özbəkcədə əşulə, yaxud aşulə65, İraq türklərində türkü,66 qırğız və qazaxlarda kayım ölənğ,67 yaxud aytıspa68 kibi xüsusi adlar almaqdadır.
Bunlara rəğmən, tədqiqat əsnasında bəzi ləhcələrdə müştərəkən manı işlədildiginə də rast gəlirik. Qərb türkləri kibi bu gün şimali Rumıniyada, Bessarabiyada yaşayan Qağauz türkləri belə bu nevi manı adlandırmaqdadır.69 Azərbaycan köylərinin bəzisində belə bayatılara manı-məni-mahnı-mahnu-mahna deyildiginə təsadüf etməkdəyiz. Əsərimizin havi olduğu binlərcə bayatıların mevzusu içində bayatı kəlməsi qullanılmadığı halda, manı, mahnı kəlməsini ehtiva edən nümunələr vardır:
Mahnı mahnının başı,
Mahnı bilməyən naşı.
Gəl bura mahnı deyax,
Qərib yerin yoldaşı. (Zaqatala)
Xalq arasında bu mənzumə nevinin müxtəlif ad qazanması, ya müxtəlif zamanlarda müxtəlif əşirətlər tərəfindən adın dəgişdirilməsindən, yaxud birisinin mevzucə, o birinin musiqicə qiymətindən irəli gəlir.
Əksəriyyətlə bayatılar bir bəstənin rəfaqətilə söylənilir. Bunun üçündür ki, Azərbaycanda daha çox musiqiyi təzahür etdirən adı intişar etmişdir. Türklərdə ümumiyyətlə mənzum nevlərin bəstə adları ilə hər zaman yayıldığını ilavətən düşünəcək olursaq, bayatı təbirini bu nəzm nevinin musiqisinə verilmiş bir ad olduğu haqqındakı fikri qəbul etmək lazımdır. Necə ki, bizdə bayatı bəstəsilə (havasilə) söylənilən manılar, gərək şərq və gərəksə də digər türklərdə ayrı-ayrı bəstələrlə söylənilməkdədir. Hətta Azərbaycanın özündə də bir manı güftəsi, bayatı, bayatu çobani, şikəstə, Qarabağ şikəstəsi, Şirvan şikəstəsi, Salyan şikəstəsi və Lenkaran şikəstəsi...70 kibi müxtəlif bəstələrlə söynəlilməkdədir.
Bundan başqa Kafkas və Şimali İran türklərinə aid müsiqi bəstələri arasında Bayati Kürd, Bayati Qacar, Bayati İsfahan, Bayati Şiraz... kibi adlarla yad edilən bəstələr də vardır. Bu cihətləri qeyd edərək bu nəzm şəklinə bayatı adının Oğuzların bayat qəbiləsi tərəfindən verildigini və dolayisilə Azərbaycan bayatılarında musiqi və ədəbiyyatın qüvvətli olduğunu iddia edən Köprülüzadə M.F.: "Əski Osmanlı musiqisində də bayatı pək məşhur və mutəmmim bir məqamdır" deyir.71 Bizim əldə etdigimiz nəticəyə görə bayatı təbiri kibi öləng, cır, türkü, eşulə adları da mənaca şərqi demək olduğundan bunlarda digər türk xalqlarında manının bəstəsinə verilmiş ad kibi sayılmalıdır. Hələ bir az aşağıda tədqiq edəcəgimiz üzrə bundan doqquz yüz sənə əvvələ aid "Kudatqu bilik" məni adilə dörtləmələrdən bəhs etməsini də düşünəcək olursaq və burada türk xalqlarının nəşət etdigi ölkələrində "Kudatku bilik"in yayıldığı sahələr olduğunu xatırlasak, o vəkt musiqi yüzündən müxtəlif adlar alan bu nevin - güftə etibarilə - ümumi və müştərik adını manı olarak qəbul etmək icab edər. Zaman keçdikcə bəzi türk qəbilələrində manı adı unutulmuş, yerinə musiqi adı kayım olmuşdur.
Manı təbirinin mənası bəzi müstəşrikləri əlakədar etmişdir. İlk dəfə olarak akademik A.Samoyiloviç Nəvayinin tuyuğları haqqında nəşr etdigi qiyəmtli tətəbböönamədə ("Müsülman dünyası", Petroqrad, 1917) bir vəsilə ilə məni kəlməsindən bəhs edərkən "Müasir Osmanlı və Azərbaycanlılar mani deyə yazarlar" qeydini ilavə edir.
Kovalski də maninın məadan gədliginə qətiyyətlə qanedir.72 Daha sonra manı haqqında nəşr etdigi məqalədə mani kəlməsinin əslini türkcədə zən etməyən Köprülüzadə dəxi ərəbcənin məni, məa kəlməsindən gəldiginə inanır.73 Halbuki, bu müstəşriqlərdən yüzlərcə sənə əvvəl yetişən Evliya Çələbi bu xüsusu qəti bir şəkildə göstərməkdədir. On yeddinci əsrin adamlarından olan bu səyyahın səyahətnaməsində bulduğumuz bir fəqərə onun zamanında maninın Anadolu köylərində aldığı adı, mənaca çıplak bir şəkildə meydanə qoyur. Evliya Çələbi manılardan göstərdigi nümunələrin adını doğrudan-doğruya məni şəklində qeyd edir ki, səyyahın ifadəsini eynilə buraya nəql etdik:
"... Sahibi Pərhiz, şəhbaz bir yigit kalkmış, üryan atına bəsmələ ilə timar ediyor Yedərgən bir savvti həzin ilə makamla şu beyti söylədi:
Öyləmi halım fələk,
Dil bilməz zalım fələk,
Qəsdin can bağçasından,
İki nihalim fələk.
Bu tərz ilə mütəsəvvüfanə, fələkdən şikayət eləyirdi. Həkir heyrətdə kalarak bu beytdən təfəül kəsd etdim. Yenə məniyə ağaz edərək şunu söylədi:
Baba kitab ilə sən,
Uğraşma nafilə sən,
Bundan bir iş eylə,
Anda yana biləsən.
Digər məni:
Lalanin dünyası nə,
Aldanma dünyasinə,
Dünya bənim diyənin,
Dün getdik dün yasinə.
Bunları öylə qəribanə və cigər-suz bir səda ilə okuyub ağladı (Evliya Çələbi səyahətnaməsi, cild 1, səhifə 211). Evliya Çələbinin göstərdigi nümunələrin bu gün belə Azərbyacan bayatıları içində yaşadığını yuxarıdakı izahata ilavə edəcək olursaq, artıq bu nevin Kırım, Qaqauz türklərində olduğu kibi cənub türklərində də adının manı və bunun da ərəbcə mənidən gəldigi haqqında ortaya sürülən fikir haqqında heç bir şübhə qalmamış olur. Məni kəlməsinin mani halına keçməsi isə ayn hərfinin türk ağzına görə dəgişməsindən başqa bir şey deyildir.
Manılar məlum olduğu üzrə heca vəzninin yeddilisilə yazılır. Bu şəkilə türk ədəbiyyatının çox əski devilərinə aid məhsulları arasında da təsadüf ediriz. Türk ədəbiyyatının elmə məlum olan ilk vəsiqəsi Orxon abidələrinin mənsur kitabələri içində mənzum parçaların da olduğnu ilk dəfə akademik F.E.Korş xəbər verdi.74 Bilgə kağan bitigin
Yolug tikin bitiqin
Bunca barkag badızın
Özi kağan atısı
Yolug tikin mən ayı
Artıgı tort gün türup
Bitidim, badıztım...
"Bilgə kağan" abidəsi, qərbi-cənub tərəfi.
Yeddi hecalı ibtidai bir vəzni havi olan bu parça, şəkildən məhrumdur.75 Bu dövrlərdə Orxon sahəsində yaşamış əsərlərdən başqa nümunələr bulunmuş olsaydı, abidələrin diyilişi tarixindən sonra ümum nəzmilə bərabər yeddi hecalılarda hasıl olan dəyişikliyi qolaylıqla təqib etmək olacaqdı.
Abidələrdən sonra əlimizdə olan "Divan-i lüğat ül-turk"dəki mənzumələr arasında da yeddi hecalı bir çox mənzum parçalar vardır76.
Kitabın üç cildi içində ayrı-ayrı qitələr və beytlər halında olan bu mənzumələri son vəktlərdə alman müstəşriklərindən professor Karl Brokilman77 tədqiq edərək toplamış, mevzu və şəkilcə bir-birinə yaxın və mütəmmim olan qitələri bir-birinə bağlayarak bütöv mənzumələr halına qoymuşdur. Qayəmiz bunların təsnif və tərtibi olmadığından bu cəhəti nəzərə almıyarak burada Brokilmanın, mənzumələri adlandırmaq üçün qəbul etdigi bölmələrinə riayət edəcəgiz. Mənzumələri tədqiq edincə bunlardan Alp Ər Tunqa ilə məchul bir qəhraman haqqındakı mərsiyələr, Uyğurlarla müharibə, Yabakutlarla müharibəyə aid dastanlar, av mənzumələri, oğru bir yoldaş haqqındakı mənzumə ilə bir bəyzadəyə qəsidə və bunlardan başka yigirmi iki parça müxtəlif qitələr həp həcanın yeddilisi vəznində və həm də qitə halındadır.
"Divani lüğat üt-turk"dəki bütün mənzum nümunələr göstərir ki, bundan səkkiz yüz qədər il əvvəl, turk nəzmi, qəti olaraq, dört mısralı qitə halında təmərküz etmişdir. Gərək bunlara və gərəksə ən ibtidai cəmiyyət həyati yaşayan turk xalqlarındakı əsərləri şəklinə istinad edərək turk nəzmində vahidi kiyasinin qitə olduğu qəbul edilməkdədir.
Bayatı-manının texnikası da bu iddiayı qüvvətləndirməkdədir.
Ərəb və əcəm ədəbiyyatının türk ədəbiyyatı üzərində təsirini tədqiq etdikdən sonra müstəşrik Kovalski türk ədəbiyyatının da qarşılıqlı olaraq ərəb və əcəm ədəbiyyatının üzərinə təsir yapdığını və hətta rübai nevində manıların təsiri olduğunu irəli sürür və deyir ki: "Bu vəktə qədər əcəm ədəbiyyatının orjinal məhsulu sayılan rübainin mənşəyi haqqında qəti bir şey məlum degildir. Bu nev, ədəbiyyatda qəsidə, qəzəl və məsnəvi ilə bərabər doqquzuncu əsrdə birdən birə zühur etmişdir ki, nə ərəb, nə də əcəm ədəbiyyatının əski dövrlərində özünə bənzər bir nevə təsadüf edilməmişdir".
Bundan sonra Kovalski böylə bir sual verir: "Nədən türk dörtləməsi ilə əcəm rübaisi arasında qarşılıqlı münasibət bulunmasın? Biz iki uyğun hadisə olaraq əcəm və ərəb ədəbi şəkilləri arasında rübaini, bir də türk xalq mənzuməsi içində dörtləməyi biliriz, türk dörtləməsinin əcəmininkindən çıxdığına aid söz belə olmaz. Halbuki, rübainin doğuşunda türk təsirinin varlığı haqqında bu mümkündür".78 Kovalski bundan sonra manı şəklinin ərəb ədəbiyyatına da təsiri olub olmadığını ehtimalını xatırlayır ki, həqiqətən ərəbiyyat mütəxəssislərini əlaqədar edəcək bir xatırlamadır.
Hər halda manı nevinin Orta Asiya xalqları arasında Altaya qədər geniş bir sahədə "Divan-i lüğat ül-türk"ün yazılışı tarixindən çox əvvəl yaşadığı haqqında Kovalski kibi bizdən çox daha səlahiyətdar bir mutəxəssisin fikri ayrıca diqqət ediləcək bir nöqtədir.
"Divani-i lüğat ül-türk"dəki yeddi hecalı mənzumələrlə imdigi bayatı-manılar arasında quruluş etibailə fərk olması təbiidir. Çünki bu kitabdakı qitələr, müəyyən bir mövzu ilə bağlanan, bir-birinin arxasından gələn və bir-birini itmam edən təcnissiz sadə qitələrdir. Bu qitələrdə üç ilk mısraları bir-biri arasında dördüncü mısralar, qitələrin dördüncü mısraları arasında qafiyədardır. Həmən əksərisi bu şəkildə olduğu halda tək-tük qitələrdə xüsusi bir şəkil göstərir. Məsəla, professor Karl Brokelmanın əsərində bulunmayan bu iki qitənin dört mısrası da qafiyədar olmaqla xüsusi bir şəkil ərz edər.
Altı hecalı qitə:
..........................
.........................
......................
..........................
Yeddi həcalı qitə.
................................
..............................
...............................
.................................79 (Divan-i lüğat üt-türk. birinci cild. səh. 317 )
Bu nümunələr kibi "Divan-i lüğatüt-türk"də görülən qitə şəklindəki mənzumələrin, o vəktlər xüsusi bir adla yad edilib haqqında məlumat bulunmadı. Bu kibi tək başına görülən qitələrin başka mənzumə parçası olduğuna aid ayrıca izahata təsadüf edilmədi. "Divan-i lüğat-üt-turk"də qoşma mənasına gələn koşuk təbirinə təsadlüf edilir ki, bu da şeir, kəsidə, rəcəz mənasında göstərilir. Bu xüsusda yalnız "Kutadqu bilik"də küçük bir qeyd var. Yazılış tarixi etibarilə "Divan-i lüğat üt-turk"lə həmən bir zaman göstərən "Kutadqu bilik" feodal islam cəmiyyətinin icabı olan əruz vəznilə məsnəvi şəklində yazılmışdır80. Son zamanlar professor Samoyloviç81 "Kudatku bilik"də təsadüf edilən əruzli qitələrə, daha o zamanlar məni adı verildiginə nəzər diqqəti cəlb edir və misal üçün bu parçayı göstərir:
Bu sözqa baka görsə məni bu söz
Eşit işqa tutgil əya könqlü töz
Ər anda əri ol kamuğ niqqa ərk
Bolub kılğu yerdə özin tutsa bərk
Taki ərda yekrak əran ol trur
Min arzu bolub bu özin tid sa tərk.82 İzahı: Bu sözə bakıb görsün bu söz mənidir. Eşit və işə tətbik et ey düz könüllü. Ər onda ərdir ki, özünü hamı yaxşılığın üstündə hakim bulub mevkeyində özünü bərk duta. Bir də ərlər içində ən yaxşı ər odur ki, bir arzusu olduğu halda özünü uzak duta.
Manı-bayatının keçmişini işıklandırmaq üçün bu vəsiqə böyük bir qiyməti havidir. "Kudatku bilik" sahibi məsnəvi tərzində yazdığı əsərində, "bu sözü dinlə, mənidir" dedikdən sonra məniyi, məsnəvi şəklində dəgil, qitə şəklində yazır, sonra təkrar məsnəviyə başlayır. Demək olur ki, daha "Kudatku bilik" zamanında türklər arasında məni adında nəzm şəkli olmuşdur və bu mənilər də yalnız tək qitə halında tənzim edilmişdir.
O vəktlər türklər arasında məni adının həca vəznilə yazılmış qitələrə də verilib verilmədigini bu vəsiqədən çıxarmaq (istıxrac etmək) mümkün dəgil. Buna baxılırsa, əruz vəznilə yazılmış qitə məni sayılmaqdadır. Əgər bu ikinci şəkil qəbul edəcək olursak belə, yenə manının əski mövqeyini aydınlaşdırmaq üçün vəsiqəvi qiymətini itirməz.
Əsrin məhsulu olan "Kudatku bilik" mütakib miladi on iki və on üçüncü əsrlərdə türkcə rübailər yazıldığını son tədqiqat meydana koymuşdur.
Halbuki digər tərəfdən türk ədəbiyyatı tarixi boyunca zamanımıza doğru gəldikcə xalq ədəbiyyatı ilə aristokrak ədəbiyyatı arasında daima qarşılıqlı təsri olduğunu görürüz. Bu təsir sayəsində olarak məni kəlməsinin zaman irəlilədikcə mövqe dəgişdirdigini iddia etmək olur. Əvvəlcə, məni adı əruz vəznində yazılmış qitələrə verilərək ondan da hica vəznində yazılmış qitələrə keçdigi ehtimalı varid olduğu kibi, bunun əksi də xatirə gəlməkdədir. Hər halda bu xüsusda qəti olaraq bir fikir söyləməyə əlimizdəki vəsiqələr müsayid olmamaqla bərabər məni kəlməsinin türkcə olmayışı bu təbirin də əruzlə bərabər türk ədəbiyyatına daxil olduğu fikrini hasil etməkdədir, yəni məni adının ilk dəfə əruzlə yazılmış qitələrə verildigini kəbul etmək lazım gəlir.
Havi olduğu yeddi hecalı mənzum parçalar haqqında yukarıda məlumat verdigimiz "Divani lüğət ül-türkdən" sonra bu vəznində bizə qədər gələn əsər hicri altıncı əsrdə ölən Xoca Əhməd Yəsəvinin "Divani hikmət"idir. "Divani hikmət"in bir çox mənzumələri hicanın yeddilisi ilə və qitələrdən mürəkkəb sisilə halında yazılmışdır diqqət edərsək Əhməd Yəsəvinin işlətdigi yeddilinin şəkli ilə "Divan-i lüğət ül-türk"in havi olduğu yeddilərin şəkili arasında qüvvətli bir yaxınlıq var. Hər ikisində bəzi durak-təktisiz mısralar istisna edilmək şərtilə yeddi hecalının 3+4 şəklinin havidir. Bunlar da eyni surətlə qitələrin üç ilk mısraları öz aralarında, dördüncü mısraları qitələrin dördüncü mısraları arasında qafiyədardır; ifadə də cinas sənətindən uzak bir tərzdədir.
Yeddi hicalının təkamülini göstərmək üçün bir neçə qitə nəql ediriz:
On səkiz min aləmdə
Heyran bolğan aşıklar
Tapmak maşuk surağın
Sərsan bolğan aşıklar.
Hər dəm başı ürkülüb
Gözü xalqa tirmülüb
Hu-hu tiyüv çörgülüb
Giryan bolğan aşıklar.
Küyüb yanıb kül bolğan
Əşkdə bülbül bolğan
Kişi görsə kul bolğan
Mərdan bolğan aşıkar.
Demək olur ki, "Divani lüğət üt-türk"ə təkəddüm edən zamanlardan Əhməd Yəsəvinin yaşadığı dövrə qədər hecanın yeddilisi, şəklən böyük bir xüsusiyyət göstərməmişdir. Fəqət burada bir cəhət nəzəri-diqqəti cəlb etməkdədir. Məlum olduğu üzrə Əhməd Yəsəvi bütün divanını hica vəznilə yazmışdır. Bununla da məqsədi Köprülüzadənin dedigi üzrə, heç şübhəsiz islam feodalizminin tələqqilərini geniş xalq kütləsi arasında nəşr etmək olmuşdur və bunun üçün xalq zevkinin malı olan heca vəznini qəbul etmişdir. O halda diyilə bilir ki, Əhməd Yəsəvi zamanında Orta Asiya türkləri heca vəznilə bir çox xalq mənzumələrinə malik olmuşdur. Hələ bu xalq mənzumələri içində yeddi hecalı çox modada olmuş olacak ki, mühitin ədəbi təsiri altında Əhməd Yəsəvi də yeddili vəzninə çox əhəmiyyət vermişdir. Şübhəsiz, bu günkü bayatı – mani zaman keçdikcə lisani karakterini yeniləşdirdigindən onların bu dövrdən kalma kısımları olub-olmadığı haqqında bir fikir söylənmiyəcəkdir.
Əhməd Yəsəvidən zamanımıza və məmləkətimizə doğru gəlincə manilərlə əlaqədar olan ədəbi bir hadisəyə rast gəliriz. O da Azərbaycan ədəbiyyatında tuyuğ nevinin zühurudur. İstər rus, istər Avropa türkoloqlarınca bu vaxta qədər rəd ediləmiyən Köprülüzadənin nəzəriyyəsinə görə tuyuq nevi cənubi Xəzər sahillərində yaşayan müstəşrik Klieman Novarca müsəlman pəhləvisi ləhcəsilə83 konuşan bir kısım farsların Oraməni ilə mani nevinin birləşməsindən hasil olmuşdur.84 Bu amilə görə mani nevi özünü bilxassə tuyuqun təcnis kısmında göstərməkdədir. Bu nöqteyi-nəzərə görə Moğol istilasından əvvəl, yəni miladi on üçüncü əsrə təkəddüm edən zamanlarda manilərdə cinas sənəti özünü göstərməgə başlamışdır. Bu zamanlarda maninin digər türk və tatar xalqlarında nə cür təkamül şəkli göstərdiklərini və nə kibi aldarla yad edildiklərini göstərən vəsiqələrə hənuz təsadüf etmədik.
Yalnız bildigimiz bir şey var: hicri (630) tarixində şimal türklərinə mənsub olduğu zənn edilən Əli adlı bir şair tərəfindən "Yusif və Züleyxa" qissəsi də on iki hica ilə yazılmasına rəğmən bu da dörtləmə şəklindədir.85 Ümumiyyətlə, demək olur ki, hicrətin ilk əsrlərində Türk xalqları mənzum ədəbiyyatında dörtləmələr, yeganə nəzm şəkli olarak inkişaf etmişdir. Bu tərzdə mənzumələr zaman-zaman qərbə axıb gedən türk qəbilələri tərəfindən Şərqi Asyadan Mavərayi Xəzər sahələrinə və şimal məmləkətlərinə nəql edildigi kibi Şərqi Asyayı əski Bizans hökumətinə bağlayan ticarət yolunu təkib ilə Şimali İran, Azərbaycan, əski Ermənistan topraklarına axan Oğuz boyları vasitəsilə də bizim ölkələrə gətirilmişdir.