Yanğın təhlükəsizliyi haqqında



Yüklə 177,5 Kb.
səhifə7/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Maddə 34. Nümayəndəlik


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) yanğın təhlükəsizliyi məsələləri üzrə beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycan Respublikasının adından nümayəndəlik edir.
Maddə 35. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə nəzarət
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, yanğından mühafizə orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) tərəfindən həyata keçirilir.

Maddə 36. Qanunun pozulmasına görə məsuliyyət


Bu Qanun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


iyış məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında məhv olmaqdan qorumalıdır;”.

 


ii[4] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 14-cü maddənin ikinci hissəsindən "yerli büdcələrin," sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, yerli büdcələrin, müəssisələrin və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə digər maliyyələşdirmə mənbələri hesabına maliyyələşdirilir”.

 


iii[5] 20 aprel 2004-cü il tarixli 641-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 396) ilə 22-ci maddənin birinci hissəsinə ikinci cümlə əlavə edilmişdir.

 


iv[6] 10 sentyabr 2004-cü il tarixli 752-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 779) ilə 23-cü maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər, o cümlədən xarici və ya xarici investisiyalı hüquqi şəxslər aşağıdakıları yanğından icbari qaydada sığortalamalıdırlar:



1) onların ixtiyarında, istifadəsində, sərəncamında olan əmlakı;

2) yanğınınüçüncü şəxslərə vura biləcəyi ziyana görə mülki-hüquqi məsuliyyəti;

3) (Çıxarılıb)”.

 


v[7] 10 sentyabr 2004-cü il tarixli 752-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 779) ilə 23-cü maddənin üçüncü hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Yanğından icbari sığortalama qaydası və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. Yanğından icbari sığortalamalı olan müəssisələrin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir”.

 


vi[8] 7 sentyabr 2004-cü il tarixli 731–IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 761) ilə 25-ci maddənin üçüncü hissəsinin 11-ci bəndində "hüquqpozmalar" sözü "xətalar" sözü ilə əvəz edilmişdir.

 


vii[9] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 27-ci maddənin ikinci hissəsinin ikinci cümləsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Zərurət olduqda isə bunun üçün yerli büdcələrdən də əlavə vəsait cəlb edilə bilər”.

 


viii[13] 19 aprel 2002-ci il tarixli 304-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 235) ilə 32-ci maddəsinin ikinci, üçüncü və dördüncü hissələri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının və ya onun bölmələrinin əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına onun on illik pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.



Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və ya onun bölmələrinin əməkdaşı xidmət vəzifələrinin icrası ilə əlaqədar xidməti davam etdirməsinə imkan verməyən dərəcədə zədələndikdə, yaralandıqda, kontuziya olduqda, xəsarət aldıqda, xəstələndikdə dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına həmin şəxsə onun beş illik pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin şəxsi heyətinin öz xidməti vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan dövlət büdcəsinin, həmçinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bölmələrini yaradan müəssisələrin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur”.

 




Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin