Yanğın təhlükəsizliyi haqqında


Maddə 19. Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi



Yüklə 177,5 Kb.
səhifə5/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Maddə 19. Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi


Yanğın təhlükəsinin gücləndiyi hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (Nazirlər Kabinetı) qərarı ilə müvafiq ərazilərdə yanğına qarşı xüsusi rejim müəyyənləşdirilir və xüsusi rejimin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) və onun bölmələri ilə razılaşdırılan əlavə yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilir.

Maddə 20. Yanğınların və onların nəticələrinin uçotu


Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid dövlət sistemi fəaliyyət göstərir.

Yanğınları və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika hesabatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) aparır.

Yanğınların və onların nəticələrinin uçotu qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN və Dövlət Statistika Komitəsi) müəyyənləşdirir.

Maddə 21. Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsi


Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi məqsədilə yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aşağıdakılar aiddir:

1) müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması;

2) yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi;

3) layihə-axtarış işlərinin yerinə yetirilməsi;

4) elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi;

5) maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın təhlükəsizliyinin sınaqdan keçirilməsi;

6) əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi;

7) yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun nəşri;

8) yanğından qoruma və boru-soba işləri;

9) yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri;

10) yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası;

11) yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri.

Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) razılığı əsasında həyata keçirilir.

Maddə 22. Sertifikatlaşdırma


Sertifikatlaşdırma — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhsulun, xidmətlərin, binaların və qurğuların (bundan sonra -məhsulun və xidmətlərin) müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir. Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir. iii[5]

Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. (Nazirlər Kabinetı)

Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. (Nazirlər Kabinetı)

Sertifikatlaşdırma işlərinin haqqını məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya məsrəfləri məhsulun və xidmətlərin maya dəyərinə aid edilir.


Maddə 23. Yanğından sığortalama


Yanğından sığortalama könüllü və icbari qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından icbari sığortalanması "Yanğından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. iv[6]

(Çıxarılıb) v[7]


Maddə 24. Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi


Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.

Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın təhlükəliliyi göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi tədbirlərini hökmən göstərməlidirlər.

Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanarkən və həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı, avtomatik yanğınsöndürmə və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi barəsində qərarlar hökmən nəzərdə tutulmalıdır.

Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanı) hazırlayır və həyata keçirirlər.

Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (FHN) ilə razılaşdırılmalıdır.


Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin