Yanğın təhlükəsizliyi haqqında



Yüklə 177,5 Kb.
səhifə2/7
tarix06.06.2020
ölçüsü177,5 Kb.
#31590
1   2   3   4   5   6   7
YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA

Maddə 5. Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının (Mərkəzi və yerlı ıcra hakimiyyəti orqanları) vəzifələri


Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının (Mərkəzi və yerlı ıcra hakimiyyəti orqanları) aşağıdakı vəzifələri vardır:

1) tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;

2) müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

3) yanğından mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək göstərmək;

4) yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək;

5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;

6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;

5) hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə ciddi riayət olunmasını təmin etmək;

6) yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;

7) əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.


Maddə 6. Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri


Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır:

1) öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək; (FHN)

2) müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər vermək;

3) müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq tədbirlərin ğörülməsi sahəsində iş aparmaq;

4) yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi tədbirlərini müəyyənləşdirmək;

5) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.

Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır:

1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;

3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək;

4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək;

5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq;

6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək;

7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;

8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin (FHN) vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;

9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin (FHN)vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;

10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə (FHN) ləngimədən məlumat vermək.

Maddə 7. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri


Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır:

1) yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi;

2) yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməsi; (FHN)
3) sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində iştirakı;

4) yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.

Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır:

1) yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək;

2) öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı inventar saxlamaq;

3) yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək;

4) yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını söndürmək üçün mümkün tədbirlər görmək;

5) yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək;

6) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının(FHN) və onun onun müvafiq qurumlarının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;

7) onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək və bunların pozulmasının qarşısını almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (FHN) və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq.

II fəsil

Yanğından mühafİzə


Yüklə 177,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin