3
85
• III fəsil •
Orqanizm tam bir sistemdir
•
B
İTKİLƏRDƏ CİNSİ ÇOXALMA
Yosunlar əlverişsiz şəraitdə, adətən, cinsi yolla çoxalır. Bu zaman onların bəzi
nümayəndələrində (xlamidomonada, ulotriks və s.) eyni tipli, haploid
xromosom
yığımına malik qametlər yaranır. Qametlərin birləşməsi nəticəsində ziqot əmələ
gəlir. Ziqot qalın qabıqla örtülərək qışlayır və əlverişli şəraitdə meyoz yolla bölü-
nərək sonda 4 ədəd yeni fərdə başlanğıc verir.
Çoxhüceyrəli yaşıl yosun olan spirogirada cinsi proses konyuqasiya tipində baş
verir. Konyuqasiya edən yosun hüceyrələrinin birinin möhtəviyyatı digərinə keçir.
Onların nüvələrinin birləşməsi nəticəsində yaranan ziqotdan yeni yosun inkişaf edir.
Bəzi çoxhüceyrəli yosunların (laminariya, porfira) çoxalması prosesində nəsil
növbələşməsi, yəni cinsi və qeyri-cinsi nəslin bir-birini əvəz etməsi müşahidə
olunur.
– A və B şəkillərində hansı bitkilərin çoxalması göstərilmişdir?
Şəkillərə diqqətlə baxın, biologiyadan aldığınız əvvəlki biliklərinizə əsaslanaraq cədvəli
doldurun.
Bitkinin adı
Sporofit
Sporofitin xromosom
yığımı
Qametofit
Qametofitin xromosom
yığımı
Dostları ilə paylaş: