3. “Tozcuq borusunun böyüməsi və ikiqat mayalanma” şəklinə baxın. 1-dən 9-a qədər hansı strukturlar, 10
və 11 rəqəmləri ilə hansı proseslər
işarələnmişdir?
4. Suallara cavab verin: Adi şamın tozcuq hüceyrəsi və sper-
miləri üçün hansı xromosom yığımı
səciyyəvidir?
Çiçəkli bitkilərin spermiləri və endosperm hüceyrələri hansı xromosom yığımına
malikdir?
O RQANİZMLƏRİN FƏRDİ İNKİŞAFI
Orqanizmin mayalanmadan ölənə qədər olan fərdi inkişaf dövrü ontogenez (yun. “ontos”– mövcud, “genesis” – mənşə, doğulma) adlanır. Cinsi yolla çoxalan orqa-
nizmlərdə fərdi inkişaf mayalanmadan sonra ziqotun bölünməsi ilə başlayır.
Ontogenezin dövrləri və mərhələləri. Çoxhüceyrəli heyvanların ontogenezi
embrional və postembrional dövrlərə bölünür.
Embrional dövr. Ziqotun bölünməsindən yeni orqanizmin yumurtadan və ya rü-
şeym qişasından çıxmasına qədər olan dövrü əhatə edir.