• IV fəsil • Populyasiya. Növ • 4 mübarizənin üç formasını – növdaxili, növarası və əlverişsiz mühitlə mübarizə for-
malarını ayırmışdır.
Növdaxili mübarizədə fərdlər eyni həyat şəraitinə möhtac olurlar. Bu səbəbdən
də növdaxili mübarizə digər mübarizə formaları ilə müqayisədə daha kəskin gedir.
Buna misal kimi şam ağaclarının işıq uğrunda mübarizəsini göstərmək olar.
Növdaxili mübarizə •
Şam meşəliyində geniş çətirə malik ağaclar
günəş işığının qarşısını kəsir. Onların kök siste-
mi torpaqdan su və mineral duzları yaxşı sordu-
ğundan digər qonşu şam ağaclarına ziyan vurur.
•
Populyasiyanın sıxlığı və qida
çatışmazlığı zamanı növdaxili
mübarizə daha da kəskinləşir.
Növdaxili mübarizə yalnız fərdlər arasında açıq mübarizədən ibarət olmur. Bəzi
hallarda bu mübarizə qarşılıqlı yardım şəklində də ola bilər; məsələn, at ilxılarında
balaların birgə yemləndirilməsi və qorunması onların əməkdaşlığını göstərir. Fərd-
lərin qarşılıqlı yardımı növdaxili mübarizənin kəskinliyini azaldır.
Növlərarası mübarizə ayrı-ayrı növlər arasında gedir. Növlərarası mübarizəyə
yırtıcı ilə şikar arasındakı münasibətlərimisal göstərmək olar.