34
Dezoksiribonuklein turşusu (DNT). Or-
qanizmin əksər hüceyrələrində irsi məlu-
matların daşıyıcısı
dezoksiribonuklein (DNT)
turşusudur. Eukariot orqanizmlərdə DNT nü-
vədə və bəzi orqanoidlərdə – mitoxondri və
plastidlərdə olur. Prokariotlarda formalaşmış
nüvə olmadığı üçün bu orqanizmlərin DNT-
si bilavasitə sitoplazmada yerləşir.
DNT-nin quruluş prinsipi, demək olar ki, bütün orqanizmlərdə eynidir. O, spiral
halında burularaq bir-birinə sarılmış iki polimer zəncirdən ibarətdir. DNT-nin hər bir
zəncirini nukleotidlər təşkil edir. Nukleotidində 4 növ azot əsası –
adenin (A)
,
quanin (Q)
, sitozin (S)
və timin (T)
olur.
DNT-nin ikiqat zəncirində azot əsasları
daxilə doğru yönələrək bir-biri ilə hidrogen rabitəsi ilə birləşir. Nukleotidlərin bir-
biri ilə birləşməsi təsadüfi deyil, müəyyən qanunauyğunluqla baş verir. Bu zaman
həmişə adeninin qarşısında timin, quaninin qarşısında isə sitozin durur.
Nukleotidlərin bir-birinə belə uyğun cütlər şəklində birləşməsi
komplementarlıq (lat.
“complementum” – tamamlama) adlanır.
Dostları ilə paylaş: