36
1. Ekskursiya müşahidələri, elmi-populyar ədəbiyyat, yaxud internet resurslarından
istifadə edərək canlı təbiətin müxtəlif quruluş səviyyələrində insan orqanizmini
(yaxud digər canlı orqanizmləri) öyrənən metodlar haqqında məlumat toplayın. Aşa-
ğıdakı plan əsasında Power Point proqramında elektron təqdimat hazırlayın:
Canlı orqanizm
Quruluş
səviyyəsi
Tədqiq olunan sistem
İstifadə olunan metod
Tədqiqatın əhəmiyyətı
2. İnsan orqanizmində hər hansı kimyəvi elementlərin çatışmazlığı ilə əlaqədar yaranan
xəstəliklər barədə internetdən məlumat toplayın. İnsan üçün zəruri olan kimyəvi ele-
mentlərin siyahısı və onların orqanizmə necə daxil edilməsi barədə ailə üzvləriniz və
tanış həkimlərlə də söhbət edin. Kimyəvi elementlərin çatışmazlığı ilə bağlı xəstə-
liklər, onların profilaktikası və müalicəsi mövzusunda çıxış hazırlayın, məlumatları
müxtəlif təqdimat formalarında tərtib edin.
3. Müvafiq ədəbiyyat (jurnal, qəzet məqaləsi və s.), yaxud internet resurslarından
istifadə edərək “İnsan tərəfindən təbii və süni karbohidratlardan, lipidlərdən, zülal
mənşəli təbii maddələrdən istifadə olunması” mövzusunda A3 ölçülü vərəqdə
fotokollaj tərtib edin.
4. Əyilən məftildən və plastilindən istifadə edərək zülal molekulunun fəza quruluşunu
modelləşdirin. Düzəltdiyiniz modeldə denaturasiya və renaturasiya proseslərini
nümayiş etdirin, zülalın təbii strukturunun pozulması səbəblərini izah edin.
Dostları ilə paylaş: