Ribonuklein turşusu (RNT). Monomerləri nukleotidlər olan polimer birləşmə-
dir. Quruluşuna görə DNT-yə oxşar olsa da, bir-
zəncirli olması ilə ondan fərqlənir. Nukleotidində
olan azot əsaslarında timinin (T) əvəzinə quruluşca
ona oxşar olan urasil (U) olur. Bundan başqa, RNT-
də DNT-dən fərqli olaraq karbohidrat dezoksiri-
boza deyil, ribozadır. Bu səbəbdən onu ribonuklein turşusu adlandırırlar. RNT molekulu nüvədə, sito-
plazmada və hüceyrənin bəzi orqanoidlərində olur.
RNT-nin növləri. Hüceyrədə RNT-nin ribosom, məlumat, nəqliyyat-RNT-si adlandırılan bir neçə
növü vardır ki, onlar da zülal sintezində iştirak edir.
Hər üç növ RNT, DNT üzərində sintez olunur.