Cədvəli doldurun. 1. Hər mülahizənin qarşısında 0-dan 10-a qədər bal qoyun. Əgər mülahizənin
bütövlüklə sizə uyğun olduğunu düşünürsünüzsə, onu 10 balla qiymətləndirin. Əgər
uyğun deyilsə, 0 bal qoyun. Lakin siz 0-dan 10-a qədər də bal qoya bilərsiniz.
2. Aşağıda verilən düstura əsasən öz ballarınızı hesablaya bilərsiniz. Balları toplayın.
3. “Temperamentin düsturu”nu dəftərinizə köçürün. Ən çox bal topladığınız hərfi birinci
yerə qoyun. İkinci yerə ondan az bal olanı və s. Müvafiq simvolları (M, X, S, F)
balların azalması sırası ilə düzün.
4. Hərflərdən ibarət bir düstur alınır. Bu sizin temperamentinizin “düsturudur”.
Mülahizələr
Ballar
1. Mən hər hansı bir vacib işdən qabaq əsəbiləşirəm.
2. Mən sıçrayışlı, mütəmadi olmayaraq işləyirəm.
3. Bir işdən digərinə çox tez keçə bilirəm.
4. Əgər lazımdırsa, mən sakit gözləyə bilərəm.
5. İşlərim alınmayanda, çətinliklərdə təsəlliyə və köməyə ehtiyacım var.
6. Həmyaşıdlarımla söhbət zamanı tez özümdən çıxıram.
7. Mənim üçün seçim etmək çətin deyil.
8. Mən öz emosiyalarımı gizlətmirəm, bu öz-özünə baş verir.