137
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
etmişdir ki, insan və heyvanların sinir sistemi sinir proseslərinin oyanıqlığı və ta-
razlığı ilə bir-birindən fərqlənir.
Sanqvinik (yun. “
sanquis” – qan, həyat qüvvəsi) tipli sinir sisteminə malik
insanlar hər şeyi bilmək istəyən, geniş maraq dairəsinə malik, enerjili, soyuqqanlı və
təmkinli xarakterə malik olur.
Fleqmatik (yun. “
fleqma” – şirə, selik) tipli sinir sisteminə malik insanlar
emosional, təmkinli, sakit, inadkar, daim müəyyən vərdişlərə meyilliliyə malik olur-
lar.
Xolerik (yun. “
chole” – öd) tipli sinir sisteminə malik insanlar enerjili, inadkar,
qətiyyətli hərəkət edən, lakin öz hərəkətlərinə fikir verməyən olur. Onlarda müsbət
emosiyalar üstünlük təşkil edir.
Melanxolik (yun. “
melainachole” – qara öd) tipli sinir sisteminə malik insanlar
passiv, tez küsən, depressiyaya meyilli, qətiyyətsiz olur. Onlarda, əsasən, mənfi
emosiyalar üstünlük təşkil edir.
İnsanların bir çoxunda bütün tiplərə məxsus cəhətlər olur. Lakin bunlardan biri
üstünlük təşkil edir. Sinir sisteminin tipləri anadangəlmə olur və insanın psixi
fəaliyyətinin, onun temperamentinin əsasını təşkil edir. O həmçinin bu və ya digər
xarakterik cəhətlərin formalaşması sürətinə müəyyən təsir edir. Lakin sinir sis-
teminin tipləri fərdi inkişaf prosesində xarici mühitin təsiri ilə kəskin surətdə dəyişə
bilir. Daha çox təsir edən amillərdən biri sosial mühitdir. Bu səbəbdən tərbiyə sinir
sisteminin tipinin formalaşması üçün vacib əhəmiyyətə malik olur.
Fiziki hərəkətlər
və idmanla məşğul olmaq təkcə sağlamlığın
möhkəmləndirilməsinə deyil, həmçinin
ali
sinir fəaliyyətinin güclü, səbirli və hərəkətli tipinin formalaşmasına səbəb olur.
Dostları ilə paylaş: