135
• V fəsil •
Ali sinir fəaliyyəti
•
5
A
Lİ SİNİR FƏALİYYƏTİNİN ƏSAS TİPLƏRİ
Hər bir insan özünəməxsus fərdi xüsusiyyətləri ilə digərlərindən seçilir. Belə ki,
ayrı-ayrı insanlar müəyyən elmi öyrənməyə qeyri-bərabər münasibət nümayiş et-
dirir, ayrı-ayrı peşələrə yiyələnir, mühit şəraitinə müxtəlif cür uyğunlaşırlar. İnsanın
ali sinir fəaliyyətinin müvafiq tiplərinə uyğun gələn əsas şəxsi keyfiyyətləri bilməklə
onun həyatda davranışını daha yaxşı müəyyən etmək olur. İnsanın fərdi xüsusiy-
yətləri
barədə təlim temperamentlə bağlıdır.
Temperament (lat. “
temperamentum” – hissələrin müəyyən nisbəti) insanın
psixi fəaliyyətinin dinamik xüsusiyyətlərini xarakterizə edir. Temperamentin əsas
komponenti fərdin ümumi fəallığı, onun hərəki aktivliyi və emosionallığıdır.
Dostları ilə paylaş: