7. Dövlətin əsaslı vəsait qoyuluşu. Dövlət sektoru tərəfindən ener-
ji səmərəliliyinin artırılması məqsədilə əsaslı vəsait qoyuluşu iki formada
həyata keçirilir.
I. Cari xərclər üzrə “enerji səmərəliliyi”nin maliyyələşməsi. Cari
xərclərin strukturunda yer alan enerji səmərəliliyi xərclərinə nümunə kimi
enerji səmərəliliyinə xidmət edən malların alınması, büdcə sektorunda yer
alan binaların enerji qənaəti normalarına uyğunlaşdırılması.
II. Büdcə qrantları vasitəsilə maliyyələşmə. Dövlət büdcəsi
vasitəsilə təsərrüfat subyektlərinə enerji səmərəliliyinin təmin edilməsi
məqsədilə investisiya layihələrinin reallaşdırılması məqsədilə qrantların
verilməsi AB-yə üzv olan (İtaliya, Çexiya və s.) bir sıra dövlətlərdə tətbiq
edilir. Həmçinin, Rusiyanın bir neçə vilayətində (misal üçün, Orenburq)
bu təcrübə sınaqdan çıxarılır.
İnvestisiya layihəsi 0-5 nisbətində [