Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə127/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   123   124   125   126   127   128   129   130   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
 
 
Haşiyə 
Fiskal fəza – orta və uzunmüddətli dövrdə fiskal dayanıqlılıq şəraitində dövlətin 
qarşısında duran sosial-iqtisadi problemlərin həlli məqsədilə zəruri maliyyələşmə 
imkanlarının aşkar edilməsi və müvafiq istiqamətlərə yönəldiməsidir. Eyni zaman-
da, bu şəraitdə cari xərclərlə mümkün xərclər arasında yaranan fərq dövlət sekto-
runun kredit ödəməqabiliyyətliliyinin azalmasına səbəb olmamalıdır. Bu izah fis-
kal fəzanın büdcə sektorunda əlavə maliyyələşmənin aşkar edilməsinə yönəldiyini 
göstərir. Yəni fiskal fəza hökumətin büdcə sektorunda yaratdığı ehtiyatdır. 
İkinci ssenari, vergi alətindən kifayət qədər səmərli istifadə edilməsidir. 
Bu halda, hələ 2002-ci ilə qədər ölkədə mövcud olan “Ətraf mühitin 
mühafizəsi” məqsədli büdcə fondunun yeni formada və fərqli maliyyələşmə 
mənbəyi ilə bərpası tövsiyə edilir. 
İlk öncə qeyd edək ki, Azərbaycan Respublikasının “Büdcə sistemi 
haqqında” Qanuna əsasən məqsədli büdcə fondu dövlət büdcəsi, Naxçı-
van Muxtar Respublikasının büdcəsi və yerli büdcələrin tərkibində konk-
ret tədbirlərin həyata keçirilməsi üçün formalaşan və istifadə edilən pul 
vəsaitidir. Məqsədli büdcə fondları dövlət büdcəsinin, Naxçıvan Muxtar 
Respublikasının büdcəsinin və yerli büdcələrintərkib hissəsi kimi yaradıla 
bilər. Bu fondlar müstəqil mədaxil mənbələrinə malik ola bilərlər.
Məqsədli büdcə fondları üzrə daxilolmalar və xərclər büdcələrin gəlir 
və xərc hissələrində ayrıca göstərilməklə müvafiq maliyyə əməliyyatları 
xəzinədarlıq vasitəsi ilə həyata keçirilir. Məqsədli büdcə fondlarının 
vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün 
xərclənməsinə yol verilmir. Müstəqil mədaxil mənbələrinə malik olan 
məqsədli büdcə fondlarının hesablarında ilin sonuna qalan istifadə olunma-
mış vəsait növbəti büdcə ilində onların gəlirlərinə daxil edilir. 
Məqsədli büdcə fondları müstəqil mədaxil mənbələrinə malik olmaya-
raq dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən 
və yerli büdcələrdən ayırmalar hesabına formalaşdıqda, bu fondlar həmin 
büdcələrin xərc hissəsində əks etdirilir və onların hesablarında ilin sonuna 
qalan istifadə olunmamış vəsait müvafiq büdcələrə qaytarılır.


- 116 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Deməli “Ətraf mühitin mühafizəsi” məqsədli büdcə fondunun “Enerjiyə 
qənaət” fondu adı altında yaradılması və maliyyələşmə mənbəyi kimi eko-
loji vergilərin tətbiqi eynilə də həmin vəsaitlərin büdcə xərclərində ener-
ji səmərəliliyinə xidmət edən tədbirlərə yönəldilməsi yeni təcrübə kimi 
qiymətləndirilə bilər. 
Xüsusilə nəzərə almaq lazımdır ki, bir sıra ölkələrdə enerjiyə qənaət 
sahələrarası fondu təcrübəsindən istifadə edilir.
Lakin, unutmaq olmaz ki, yeni verginin tətbiqi ölkəmizdə vergi 
siyasətinin əsas hədəflərindən vergilərin sayının və dərəcələrinin davamlı 
olaraq azadılması baxımından ziddiyət təşkil edir. Azərbaycan Dünya Bankı 
ilə Beynəlxalq Maliyyə Korporasiyasının “Vergilərin ödənilməsi” (Paying 
taxes 2013) hesabatında iki ildə 27 pillə irəliləyərək 103-cü yerdən 76-cı 
pilləyə qədər yüksəlmişdir.

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin