9. İstehlak subsidiyaları. Bu tip subsidiyalar 2 cür olur
6
: a) Vergilərin
ödənilməsinə qədər (VÖQ) və b) vergilərin ödənilməsindən sonra (VÖS).
Vergilərin ödənilməsinə qədər olan subsidyaların əsas xüsusiyyəti − isteh-
lakçı enerjinin daşınmasına çəkilən xərcdən az qiymət ödəyirsə bu halda,
haqqında danışılan subsidiya tətbiq edilir. Misal üçün, yanacaq doldur-
ma stansiyasında istehlakçı tərəfindən yanacağa görə ödənilən qiymətlə
beynəlxalq qiymət arsındakı fərq. VÖS = VÖQ + vergi subsidiyaları. Ver-
gi subsidiyaları (VS) enerji daşıyıcılarına tətbiq edilən vergilər səmərəlilik
həddindən aşağı olduğu təqdirdə tutulur.
BVF-nin qiymətləndirmələrinə görə Vergilərin ödənilməsinə qədər tutu-
lan subsidiyaların həcmi dünya üzrə 480 mlrd.ABŞ dolları (dünya üzrə ÜDM-
un 0.7%), vergilərin ödənilməsindən sonrakı dövrdə verilən subsidiyaların
həcmi isə 1.9 trilyon ABŞ dolları (dünya üzrə ÜDM-un 2.7%) təşkil edir.
Devid Lipton (BVF eksperti) fikrincə
7
VÖQ təcrübəsindən imtina
dünya üzrə tullantılarınn 15-30% azalmasına səbəb ola bilərdi. VÖS imtina-
nın həcmi daha böyük ola bilər. Belə ki, VÖS imtinanın nəticəsində 4.250
milyon ABŞ dolları həcmində karbon dioksid tullantısının həcmi azalardı.