Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Azərbaycanda fiskal alətlərdən istifadənin



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə126/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   122   123   124   125   126   127   128   129   ...   155
4.4. Azərbaycanda fiskal alətlərdən istifadənin 
inkişaf perspektivləri
Hazırda Azərbaycan Respublikasının qanunvericiliyində enerji 
aspektindən fiskal güzəştlər aşağıdakılardan ibarətdir:
Hüquqi şəxslərin əmlak vergisi üzrə vergi tutma məqsədləri üçün 
müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
☐   ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən 
obyektlərin;
☐   məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və 
enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin.
Azərbaycanda bu halda iki ssenarinin tətbiqi mümkündür.
Birinci ssenari kimi dövlət satınalmalarının tətbiqi və enerji 
səmərəliliyinin təmin edilməsinə hədəflənmiş (hər il hazırlanan Dövlət 
İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən investisiya layihələrinin 
enerji səmərəliliyi istiqamətinə üstünlük verməklə) əsaslı vəsait qoyuluşu-
nun həyata keçirilməsi məqsədəuyğundur. Yəni enerji səmərəliliyinə xidmət 
edən avadanlığın alınması və bu istiqamətdə fəal investisiya siyasətinin 
həyata keçirilməsi nəzərdə tutulur.


- 115 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin