Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Nəqliyyat və ya yol vergisi (yığım)



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə118/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   114   115   116   117   118   119   120   121   ...   155
6. Nəqliyyat və ya yol vergisi (yığım). Bir çox ölkələrdə (Sinqapur, 
Danimarka, Finlandiya, Norveç, Birləşmiş Krallıq və s.) yollarda yaranan 
tıxacların aradan qaldırılması məqsədilə nəqliyyat və ya yol vergisi tətbiq 
edilir. Ən populyar təcrübə Sinqapur nümunəsidir. 1975-ci ildən Sinqapur-
da şəhərin mərkəzi hissəsinə səhər pik saatlarında daxil olan 4 və daha ar-
tıq sayda sərnişini olan avtomobillər üçün yığımlar (1 avro 1 gün və ya 20 
avro aylıq) tətbiq edilir. 1998-ci ilədn bu sistem bir qədər də modernizasiya 
edildi. Avtomobillərdə smart kartlar qoyuldu. Şəhərin mərkəzi hissəsinə 
daxil olan avtomobillər vaxtdan asılı olaraq smart kartlardan istifadə 
etməklə ödəniş edirdilər. Həmçinin avtomobillərin alınması üçün Sinqapur 
hökuməti böyük nisbətdə vergilər tətbiq etdi. Həmçinin, büdcə sektorunda 
Enerji səmərəliliyinin artırılmasına 
yönəldilmiş ən uğurlu təcrübə 
Danimarka nümunəsidir. 70-ci 
illərdə baş vermiş neft böhranına 
cavab olaraqenerji istehlakını 
artırmadan, enerji tutumluğunu 
və karbon dioksid tullantıları-
nın həcmini əhəmiyyətli şəkildə 
azaldaraq ÜDM-i iki dəfə artıra 
bildi. Əsas fiskal rıçaq kimi enerji 
resurslarının istehlakını azaltmaq 
məqsədilə təbii qaz, neft və neft 
məhsullarının vergi dərəcələri artı-
rıldı. Bu islahatların digər müsbət 
nəticələri dövlət borcunun, neft 
idxalının həcminin azaldılması və 
ətraf mühitin mühafizəsi oldu.


- 110 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
çalışan işçilər üçün yolda tıxac yaranmaması məqsədilə hökumət müxtəlif iş 
rejimləri tətbiq etdi Bu sistemin tətbiqi ilə yollarda müşahidə edilən inten-
sivlik (xüsusilədə, pik saatlarında 45%) azaldı.
Eyni təcrübə Londonda da tətbiq edilir. 2003-cü ildən səhər 7:00-dan ax-
şam 18:30-dək şəhərin mərkəzinə daxil olan avtomobillər 5 (2008-ci ildən 8) 
funt sterlinq ödəməlidir. Sistemin tətbiqinə hökumət 200 milyon funt sterlinq 
sərf etsə də artıq birinci il bu məbləğin 80 milyonu geriyə qayıtdı (özünü ödəmə 
birinci il 40%). Nəticədə yollardakı tıxacların həcmi 30% azaldı, avtobuslardan 
istifadə dərəcəsi 14%, metrodan istifadə 1% artdı
2
.AFR-də ictimai nəqliyyatdan 
istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir.
Eyni zamanda, hibrid avtomobilləri alan sürücülərin nəqliyyat 
vergisindən, həmçinin avtomobillərin park edilməsi xərcindən (ABŞ, Rusi-
ya Federasiyası və s.) azad edilir.  

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin