- 110 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
çalışan işçilər üçün yolda tıxac yaranmaması məqsədilə hökumət müxtəlif iş
rejimləri tətbiq etdi Bu sistemin tətbiqi ilə yollarda müşahidə edilən inten-
sivlik (xüsusilədə, pik saatlarında 45%) azaldı.
Eyni təcrübə Londonda da tətbiq edilir. 2003-cü ildən səhər 7:00-dan ax-
şam 18:30-dək şəhərin mərkəzinə daxil olan avtomobillər 5 (2008-ci ildən 8)
funt sterlinq ödəməlidir. Sistemin tətbiqinə hökumət 200 milyon funt sterlinq
sərf etsə də artıq birinci il bu məbləğin 80 milyonu geriyə qayıtdı (özünü ödəmə
birinci il 40%). Nəticədə yollardakı tıxacların həcmi 30% azaldı, avtobuslardan
istifadə dərəcəsi 14%, metrodan istifadə 1% artdı
2
.AFR-də ictimai nəqliyyatdan
istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir.
Eyni zamanda, hibrid avtomobilləri alan sürücülərin nəqliyyat
vergisindən, həmçinin avtomobillərin park edilməsi xərcindən (ABŞ, Rusi-
ya Federasiyası və s.) azad edilir.
Dostları ilə paylaş: