4.4. Azərbaycanda fiskal alətlərdən istifadənin inkişaf perspektivləri Hazırda Azərbaycan Respublikasının qanunvericiliyində enerji
aspektindən fiskal güzəştlər aşağıdakılardan ibarətdir:
Hüquqi şəxslərin əmlak vergisi üzrə vergi tutma məqsədləri üçün
müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
☐ ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən
obyektlərin;
☐ məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və
enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin.
Azərbaycanda bu halda iki ssenarinin tətbiqi mümkündür.
Birinci ssenari kimi dövlət satınalmalarının tətbiqi və enerji
səmərəliliyinin təmin edilməsinə hədəflənmiş (hər il hazırlanan Dövlət
İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən investisiya layihələrinin
enerji səmərəliliyi istiqamətinə üstünlük verməklə) əsaslı vəsait qoyuluşu-
nun həyata keçirilməsi məqsədəuyğundur. Yəni enerji səmərəliliyinə xidmət
edən avadanlığın alınması və bu istiqamətdə fəal investisiya siyasətinin
həyata keçirilməsi nəzərdə tutulur.