8. Məqsədli-proqram və digər strateji sənədlərin qəbulu təcrübəsi. Bu sahədə daha populyar Bolqarsıtan təcrübəsidir. Bolqarıstanda qəbul
edilmiş 5 strateji sənəd (Nəqliyyat sektorunda enerji səmərəliliyinin artırıl-
ması milli proqramı, Enerjiyə qənaət edən texnologiyaların kiçik və orta sa-
hibkarlıqda tətbiqi proqramı və s.) müəyyən bir dövrü (2005-2020-ci illər)
əhatə etsədə hər il bu istiqamətdə yeni bir illik dövlət proqramının qəbul
edilməsi təcrübəsi mövcuddur
4
. Misal üçün, bir illik qəbul edilən proqram-
lar dövlət və bələdiyyə binalarının termoizolyasiyası məqsədilə auditi və
sertifikatlaşdırılmasını aparılmasını tələb edir. Bu tədbir “Enerji səmərəliliyi
haqqında Qanun”un müvafiq maddəsinin icrası məqsədilə məqsədli proq-
ram çərçivəsində icra edilir
5
.
3
http://www.csr-nw.ru/upload/file_content_262.pdf
4
Углубленный обзор политики Болгарии в области энергоэффективности, 2008
5
http://energodoma.ru/novosti/stati/249-uglublennyj-obzor-politiki-bolgarii-v-oblasti-energoeffektivnosti
- 112 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR