- 114 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tətbiqi təcrübəsinə üstünlük verilirsə, əmlak vergisi üzrə əmlakın növündən
asılı olaraq standartlar üzrə differensial vergi dərəcələri tətbiq edilir;
• Digər alətlər sırasında məqsədli-proqram büdcəsi və strateji sənədlərin
qəbul edilməsini göstərmək olar;
• Digər tərəfdən, bir çox ölkələrin qanunvericiliklərində təsbit edilmiş
ekoloji vergilər və ya enerji səmərəliliyinə hədəflənmiş vergi və tədiyələr
ən vacib suala cavab vermir. Bir qayda olaraq vergilər məqsədli xarak-
ter daşımadığı üçün daha çox ümumən xərclərin maliyyələşdirilməsinə
yönəldilir. Yəni daha konkret olaraq enerji səmərəliliyini təmin edən ava-
danlığın alınmasına yönəldilməsi məqsədəuyğun olardı;
• Unutmaq olmaz ki, dövlət büdcəsi xərclərinin səmərəliliyi anlayışının
bu dərəcədə aktuallaşdığı dövrdə enerji səmərəliliyinin tətbiqi büdcə
xərclərinin rasionallaşdırılmasına və fiskal fəzanın yaranmasına səbəb
ola bilər.
Dostları ilə paylaş: