Urxan Ələkbərov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru, Akademik
- 11 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Giriş
Son illərdə dünyanın inkişaf etmiş ölkələri öz siyasətlərini daha çox
davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir
modeli olan davamlı inkişafda əsas məqsəd ətraf mühiti qorumaqla mövcud
resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir.
Belə ki, bu resurslar istifadə olunarkən yalnız hazırki vəziyyət deyil, eyni za-
manda gələcək nəsillərin potensial ehtiyacları da nəzərə alınmalıdır. Müasir
dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq onda davam-
lı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik.
Davamlı enerji siyasəti əsas iki istiqamətdən ibarətdir. Bunlardan biri al-
ternativ və bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, digəri
isə enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması siyasətləridir. Ənənəvi
enerji resurslarının emalı nəticəsində ətraf mühitə verilən ziyan, bu resursla-
rın tükənməsi və ölkələrin enerji təhlükəsizliklərini təmin etmək istəmələri
davamlı enerji siyasətinin hər iki istiqaməti ilə bağlı tədqiqatların və
layihələrin artmasına gətirib çıxarmışdır. Əksər neft-qaz ölkələrindən fərqli
olaraq Azərbaycanda da son illərdə bu məsələlərə diqqət artırılmışdır və bir
sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 21 Oktyabr 2004-cü ildə təsdiq etdiyi “Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı” və 2009-cu ildə Alternativ və Bərpa Olu-
nan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə
aparılan əsas işlərdəndir.
Birələrlə məşhur bir təcrübə var. Şüşə qabın içərisində yerləşdirilən və ağzı
qapaqla bağlanan birələr üç gün sonra, qabın ağzı açılsa da qapağın yaratdığı
“xəyali həddən” yuxarı uçmur və qabı tərk etmirlər. Hətta birələrin törəmələri
də “xəyali qapağ”a öyrəşmiş valideynlərinin hərəkətlərini təkrarlayırlar.
Əslində belə bir mental maneə bəzən insanlar üçün də mövcud olur. Yüzilliklər
boyunca formalaşan streotiplər bəşəriyyətin enerji istifadəsinə münasibətini
dəyişmir. Ənənəvi iqtisadi inkişaf modeli bir qum saatını xatırladır: yüksək
inkişaf tempi təbii sərvətlərin daha kəskin şəkildə istismarı deməkdir, başqa
sözlə sosial rifah halı yaxşılaşdıqca, təbii sərvətlər də azalır. Amma Gallup-ın
apardığı sorğular göstərir ki, bəzən xoşbəxtlik heç də iqtisadi inkişaf səviyyəsi
- 12 -
Dostları ilə paylaş: |