5.4. Nəqliyyat Sektoru Azərbaycanda nəqliyyat sektoru son enerji istehlakına görə ev
təsərrüfatlarından sonra ən böyük paya sahibdir. Bu sektorda yük daşıması və
enerji istehlakı son illərdə kəskin artmışdır. Bunun da əsas səbəbi Bakı-Cey-
han neft kəmərinin istifadəyə verilməsi olmuşdur. 2000-2011-ci illər ərzində
yük daşımasının dinamikası aşağıdakı diaqramda verilmişdir. Hal hazırda yük
daşımasının 70-75%-i boru kəmərinin payına düşür, bu rəqəm 2006-cı ildə
5-6% təşkil edirdi. Avtomobillə, dəmir yolu ilə və dənizlə yük daşıması ümumi
yük daşımasının müvafiq olaraq 11-12%, 8-9% və 4-5%-ni təşkil edir.