Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə39/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   35   36   37   38   39   40   41   42   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Korporasiya və şirkətlərin sosial baxımdan məsuliyyətli fəaliyyəti 
idarəetmənin ən müasir istiqamətlərindəndir və davamlı inkişafı təmin 
edən amildir. Bu fəaliyyətin planlaşdırılması və həyata keçirilməsi insan 
potensialına arxalanır və davamlı inkişaf sahəsində təhsilin vacib elementi-
dir. Korporativ sosial məsuliyyət ilk növbədə hər bir fəaliyyətin etik forma-
da aparılmasını nəzərdə tutur. Bu isə öz növbəsində təbii və sosial mühitə 
təsir edən fəaliyyətlərin sivil cəmiyyətdə qəbul olunmuş normalar əsasında 
həyata keçirilməsinə əsaslanır. Korporativ sosial məsuliyyətli fəaliyyət şirkət 
daxilində və şirkətdən kənarda həyat səviyyəsinin daimi yüksəlməsini bir 
məqsəd kimi qarşısına qoyur və bu məqsədi gəlir götürməkdən daha yüksək 
tutur. 
İqtisadi və sosial, fərdi və ictimai maraqlar arasında balansın təmin 
edilməsi bu prosesin idarə edilməsinin əsas prinsipidir. Bu prinsipin təmin 
edilməsi kifayət dərəcədə çətin olsa da, hər bir milli və transmilli korpora-
siyanın tanınması və şöhrətlənməsi, ictimaiyyət ilə əlaqələr qurulması üçün 
olduqca önəmlidir. Belə yanaşma sosial məsuliyyətli idarəetmə prinsiplərini 
tətbiq edən qurumların şöhrətini artırır, onlar üçün azad rəqabətdə əlavə im-
tiyazlar yaradır. 
Korporativ sosial məsuliyyət (KSM) elə bir sosial məsuliyyət növüdür 
ki, qanunvericiliyə uyğun olaraq şirkətlərin könüllülük prinsipi əsasında 
cəmiyyətə hər hansı bir faydası verən fəaliyyətlərini əhatə edir. Deməli, 
şirkətlərin KSM-i davamlı inkişafa müəyyən prinsiplər- sistemli yanaşma, 
uzunmüddətli perspektivlər, resurslardan səmərəli istifadə, partnyorluq 
aspektlərində ekoloji, iqtisadi və sosial sahədə tarazlığa diqqət- əsasında  nail 
olmaq üçünmühüm açarlardan biridir. 
Şirkətlər KSM-in yerinə yetirilməsi zamanı sağlamlığın, əməyin və ətraf 
mühitin mühafizəsi üzrə normaları, qlobal iqlim dəyişikliklərini, su ehtiyat-
larına çıxışı, tullantıların minimuma endirilməsini, biomüxtəlifliyin qorun-
masını, resurslara və enerjiyə qənaət edən texnologiyaları, məhsulların eko-
loji saflığını, biznes etikasını və s. məsələləri əhatə edə bilir ki, bu da özündə 
yaşıl iqtisadiyyatın formalaşması üçün zəruri olan tədbirləri əks etdirir. Re-
allıqda isə kommersiya məqsədli şirkətlər tərəfindən son beş ildə davamlı 
inkişaf üçün edilən təşəbbüslərin nəticələrini aşağıdakı kimi təsnifləşdirmək 
olar:


- 36 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin