Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə40/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   36   37   38   39   40   41   42   43   ...   155
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-  enerji baxımından səmərəli texnologiyaların istifadəsi nəticəsində 
xərclərin azaldılması;
-  KSM proqramların tətbiqi daxil olmaqla, müxtəlif yollarla yüksək ixti-
saslı mütəxəssislərin cəlb edilməsi və onlara uzunmüddətli məşğulluq 
imkanlarının yaradılması;
-  tərəfdaşlar, müştərilər, əməkdaşlar və digər maraqlı tərəflərlə davamlı 
münasibətlərin qurulması vasitəsilə şirkətin gəlirlərinin artırılması;
-  işgüzar nüfuzun gücləndirilməsi.
  Dünyada әrzaq mәhsullarının iri istehsalçısı olan İsveçrә şirkәti “Nestle” 
davamlı inkişafın inteqrasiya prinsiplərinə yönəldilmiş kompleks proq-
ramın həyata keçirilməsini öz hesabatlarında aşağıdakı kimi təsvir etmiş-
dir
18
:
-  məhsulun qablaşdırılmasının optimallaşdırılması (583,7 milyon İsveçrə 
frankına qənaət etmişdir)
-  enerji baxımından səmərəli texnologiyalara keçid(33 milyonİsveçrə 
frankına qənaət olunmuşdur).
İri biznes strukturları tərəfindən atılan addımlara diqqətlə baxsaq görərik 
ki, belə şirkətlərin davamlı inkişaf naminə həyata keçirdikləri fəaliyyətlər 
cəmiyyətə mənəvi xeyirlə yanaşı, həm də şirkətlərin imicinin və maddi du-
rumunun yaxşılaşması ilə nəticələnmişdir. 
Bəzən iri şirkət nümayəndələri özlərinin ətraf mühitə olan “qayğıların-
dan” danışdığı halda, cipsi kimi məhsulların insan orqanizminə vurdugu 
ziyandan, paketlənmiş hazır qidaların duz miqdarının normadan çox ol-
masından və bu kimi problemlərin aradan qaldırılması yollarını müəyyən 
etməkdən bəhs etmirlər. Yaşıl iqtisadiyyat üçün sağlam insan lazımdır və bü-
tün beyin mərkəzlərinin, beynəlxalq ətraf mühit qurumlarının yeni utopiya 
hesab edilən yaşıl iqtisadiyyat üzrə təşəbbüskar proqramları da buna çalışır. 
Yüksək maliyyə performansına malik olmalarına baxmayaraq, əksər sayda 
TMK-lar yaşıl inkişafa xidmət kimi təqdim edilən fəaliyyətlərdən kommersi-
ya məqsədi güdürlər. Harvard Universitetinin və London Biznes Məktəbinin 
analitikləri sosial baxımdan məsuliyyətli şirkətlərin maliyyə reytinqlərinin 
öz KSM-i prinsipləri haqqında informasiyanı açıq bəyan etməyən şirkətlərin 
maliyyə reytinqlərindən yuxarı olduqlarını müəyyən etmişdirlər. Bu nəticə 
18  http://www.sealy.com/About-Sealy/Environmental-Footprint.aspx


- 37 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin