Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF


Azərbaycanda alternativ (bərpa olunan) enerji



Yüklə 7,28 Mb.
Pdf görüntüsü
səhifə74/155
tarix02.01.2022
ölçüsü7,28 Mb.
#1179
1   ...   70   71   72   73   74   75   76   77   ...   155
2.10. Azərbaycanda alternativ (bərpa olunan) enerji 
mənbələrinin inkişaf perspektivi
Alternativ enerji mənbələrindən istifadə müxtəlif ölkələrin 
yerləşdikləri regionların xüsusiyyətlərindən asılı olaraq fərqlənir. 
Məsələn, Almaniya və İsrail kimi inkişaf etmiş ölkələrdə bərpa olu-
nan enerji mənbələrindən - günəş panellərindən istifadə əhəmiyyətli 
dərəcədə geniş yayılmışdır. İsrail AEM-dən istifadə imkanlarını 10%-ə 
çatdırmağı planlaşdırır. Xüsusilə, bu mənbələrdən istifadə suvarma və ya-
şayış binalarında suyun qızdırılması istiqamətində daha əhəmiyyətlidir 
və davamlı inkişafın tərkib hissəsi kimi müəyyən edilmişdir. Son illər 
İsraildə enerji sahəsində aparılan elmi-tədqiqat işləri, həmçinin dövlət 
və özəl sektor tərəfindən investisiyaların artımı nəticəsində bu sahədə 
müsbət nəticələr əldə olunmuşdur. Almaniya 2012-ci ildə günəş ener-
jisi istehlakını 50% artıraraq, enerji istehlakında 6.1%-ə çatdırmışdır
20

ABŞ-da isə son zamanlar külək enerjisindən istifadə çoxalmışdır. Təkcə 
2011-ci ildə ABŞ ərazisində 3.464 ədəd külək turbini quraşdırılmışdır. 
Küləkli aylar ərzində ABŞ-da külək enerjisi ölkənin ümumi enerji isteh-
lakının 6%-ni  təşkil edir
21
.
 Azərbaycanın neft və qaz ölkəsi olmasına, həmçinin dünya enerji ba-
zarına öz təbii resurslarını satmaqla iqtisadiyyatını inkişaf etdirməsinə bax-
mayaraq, uzunmüddətli davamlı inkişaf üçün ölkəmiz AEM-in inkişafına da 
diqqət yetirməlidir. Ölkədə bərpa olunan enerji mənbələrindən (su, külək 
və günəş enerjisi) istifadə potensialı əhəmiyyətli dərəcədə böyükdür.
20  Bloomberg Businessweek 2012. “German solar power production up 50 pct on year” [Online] November 5.
Available at: http://www.businessweek.com/ap/2012-11-05/german-solar-power-production-up-50-pct-on-
year[Accessed 31 August, 2013]
21  NRDC.Renewable energy for America: Wind energy.[Online] Available at: http://www.nrdc.org/energy/renewa-
bles/wind.asp[Accessed 31 August, 2013]


- 68 -

Yüklə 7,28 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin