Yaşıl nədir ?


II. Büdcə qrantları vasitəsilə maliyyələşmə



Yüklə 51,33 Kb.
səhifə13/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   ...   9   10   11   12   13   14   15   16   ...   19
UNEC 1652696961

II. Büdcə qrantları vasitəsilə maliyyələşmə. Dövlət büdcəsi vasitəsilə təsərrüfat subyektlərinə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə investisiya layihələrinin reallaşdırılması məqsədilə qrantların verilməsi AB-yə üzv olan (İtaliya, Çexiya və s.) bir sıra dövlətlərdə tətbiq edilir. Həmçinin, Rusiyanın bir neçə vilayətində (misal üçün, Orenburq) bu təcrübə sınaqdan çıxarılır.
İnvestisiya layihəsi 0-5 nisbətində [A.icra səviyyəsinə görə: əgər layihə 70-100% arası icra edilirsə 5, 60-70% - 4, 50-60% - 3, 30-50% - 2, 0-30% - 1 bal ilə, B.layihənin özünüödəmə müddətinə görə 1 ilə qədər 5, 3 ilə qədər 3, 3ildən yuxarı 1 balla, C.layihənin vilayətin inkişafına xidmət edən sosial səmərəsi 5, bələdiyyənin inkişafına xidmət edən sosial səmərəsi 3, təsərrüfat subyektinin inkişafına xidmət edən səmərəsi 1 balla, D.əgər layihə büdcəyə vergi ödənişlərinin həcmini 10% artırırsa 5, 5-10% artırırsa 3, 5% qədər artırırsa 1 balla] qiymətləndirilir.
Tədqiqatlar göstərir ki, enerji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş təsərrüfat subyektlərinə investisiya qoyuluşunun həcminin 10% artımı istehsalın enerji səmərəliliyini 4% yüksəldir.
8. Məqsədli-proqram və digər strateji sənədlərin qəbulu təcrübəsi.
Bu sahədə daha populyar Bolqarsıtan təcrübəsidir. Bolqarıstanda qəbul edilmiş 5 strateji sənəd (Nəqliyyat sektorunda enerji səmərəliliyinin artırılması milli proqramı, Enerjiyə qənaət edən texnologiyaların kiçik və orta sahibkarlıqda tətbiqi proqramı və s.) müəyyən bir dövrü (2005-2020-ci illər) əhatə etsədə hər il bu istiqamətdə yeni bir illik dövlət proqramının qəbul edilməsi təcrübəsi mövcuddur. Misal üçün, bir illik qəbul edilən proqramlar dövlət və bələdiyyə binalarının termoizolyasiyası məqsədilə auditi və sertifikatlaşdırılmasını aparılmasını tələb edir. Bu tədbir “Enerji səmərəliliyi haqqında Qanun”un müvafiq maddəsinin icrası məqsədilə məqsədli proqram çərçivəsində icra edilir.
9. İstehlak subsidiyaları. Bu tip subsidiyalar 2 cür olur: a) Vergilərin ödənilməsinə qədər (VÖQ) və b) vergilərin ödənilməsindən sonra (VÖS).
Vergilərin ödənilməsinə qədər olan subsidyaların əsas xüsusiyyəti - istehlakçı enerjinin daşınmasına çəkilən xərcdən az qiymət ödəyirsə bu halda, haqqında danışılan subsidiya tətbiq edilir. Misal üçün, yanacaq doldurma stansiyasında istehlakçı tərəfindən yanacağa görə ödənilən qiymətlə beynəlxalq qiymət arsındakı fərq. VÖS = VÖQ + vergi subsidiyaları. Vergi subsidiyaları (VS) enerji daşıyıcılarına tətbiq edilən vergilər səmərəlilik həddindən aşağı olduğu təqdirdə tutulur.
BVF-nin qiymətləndirmələrinə görə Vergilərin ödənilməsinə qədər tutulan subsidiyaların həcmi dünya üzrə 480 mlrd.ABŞ dolları (dünya üzrə ÜDMun 0.7%), vergilərin ödənilməsindən sonrakı dövrdə verilən subsidiyaların həcmi isə 1.9 trilyon ABŞ dolları (dünya üzrə ÜDM-un 2.7%) təşkil edir.
Devid Lipton (BVF eksperti) fikrincə VÖQ təcrübəsindən imtina dünya üzrə tullantılarınn 15-30% azalmasına səbəb ola bilərdi. VÖS imtinanın həcmi daha böyük ola bilər. Belə ki, VÖS imtinanın nəticəsində 4.250 milyon ABŞ dolları həcmində karbon dioksid tullantısının həcmi azalardı.

Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin