Yaşıl nədir ?


Enerji səmərəliliyi və fiskal siyasət



Yüklə 51,33 Kb.
səhifə10/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   ...   6   7   8   9   10   11   12   13   ...   19
UNEC 1652696961

Enerji səmərəliliyi və fiskal siyasət
Enerji səmərəliliyinin təmin edilməsində fiskal alətlərin rolu
Hazırda Azərbaycan təbii resursdan böyük həcmdə gəlirlər əldə edir. Əldə edilən gəlirlər strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə artımını (01.09.2013 tarixinə 49.6 mlrd.ABŞ dolları) şərtləndirir. Böyük həcmdə vəsaitlər bir tərəfdən, sosial problemlərin həllinə yönəldilirsə, digər tərəfdən hökumətin fəal investisiya siyasətini aparmasını (o cümlədən, dövlət büdcəsi vasitəsilə) və bununla da ölkədə zəruri infrastrukturun yaradılması ilə fiskal siyasətin investisiya yönümlülüyünü təmin etməsini göstərir.
Bütün bu məsələlər bir sıra sualların meydana çıxmasını şərtləndirir. Əldə edilən böyük gəlirlər nə dərəcədə səmərəli istifadə edilir? Bu vəsaitlərin idarə edilməsi sosial ehtiyacları ödəyirsə hansı nisbətdə və keyfiyyətdə buna çatmaq mümkündür? Digər tərəfdən, enerji sektoru bu vəsaitlərin əsas maliyyə mənbəyi olmaqla yanaşı cəmiyyət böyük resurs olan enerjidən səmərəli istifadə edirmi? Bu halda, hansı yanaşmalar və mexanizmlər mövcuddur? Yəni son illərdə ölkəmizdə əhəmiyyətli dərəcədə aktuallaşmış “enerji səmərəliliyi” konsepsiyası beynəlxalq təcrübədən hansı dərsləri götürə bilər?
Unutmaq olmaz ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyanın əhatə etdiyi dovrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM istehsalı ucun istifadə edilən enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaslıq və İnkisaf Təskilatı olkələri uzrə müvafiq gostəriciyə yaxınlaşdırılması hədəf kimi müəyyən edilmişdir.
Beynəlxalq təcrübədə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət tərəfindən bir sıra iqtisadi alətlərdən istifadə edilir. Bu alətlər sırasında fiskal (enerji vergiləri, vergi güzəştləri, əmlak vergisi, ƏDV və s.) alətlərlərdən istifadə təcrübəsi kifayət qədər geniş yayılmışdır.

Beynəlxalq təcrübədə fiskal alətlərdən istifadə
Beynəlxalq təcrübədə aşağıdakı fiskal alətlərdən istifadə edilir:

1. “Enerji vergiləri”. Bir qayda olaraq enerji vergilərinin tətbiqi bu və ya digər enerji resursunun qiymətinin bahalaşmasına səbəb olur. Nəticədə həmin vəsait bir tərəfdən, büdcə gəlirlərinin həcminin artımını şərtləndirirsə digər tərəfdən, həmin ödənişlər eynilədə enerji səmərəliliyinin artmasına xidmət etmiş olur. Yəni vergi bu halda iki cür enerji səmərəliliyini stimullaşdırır. Misal üçün, bu vergilər enerji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş qrantların alınması yönəldilə bilər.
Bu şəraitdə bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, enerji vergisi yaranan ekoloji fəsadların aradan qaldırılmasına xidmət etmir. Sadəcə o xərclərin bir hissəsini qarşılayır. Beynəlxalq təcrübədə Avropa Birliyi ölkələri tərəfindən minimal enerji vergisinin tətbiq edilməsi ilə bağlı saziş imzalanmışdır. Bu sazişə əsasən 2004-cü ildən başlayaraq AByə üzv dövlətlər ölkə ərazisində (kömür, qaz və elektrik enerjisi) minimal enerji vergi dərəcələri tətbiq etməlidirlər.
Beynəlxalq təcrübədə ekoloji vergilərin tətbiqi çərçivəsində “vergi dəyişmələri” konsepsiyasından istifadə edilir. Konsepsiyanını mahiyyəti ekoloji vergilərin tətbiq edilməsi hesabına digər vergilər üzrə vətəndaşların yükünün azaldılmasıdır. Misal üçün, Niderlandda 1996- cı ildən tənzimləyici enerji vergiləri tətbiq edilir ki, əsas məqsəd bir tərəfdən, enerjiyə qənaət və ekoloji fəsadların aradan qaldırılmasıdırsa, digər tərəfdən, birbaşa vergilərin üzərindən yükün dolayı vergilərin köçürülməsidir. İsveçdə 1989-cu ildən elektrik enerjisindən və yanacaq növlərindən tutulan (bioyanacaq və torf istisna olmaqla) ümumi enerji vergisi tətbiq edilmişdir . 1991-ci ildən İsveçdə aparılan vergi islahatları ekoloji hədəflərə uyğun reallaşdırılır. 2001-ci ildən isə hökumət 2001- 2010-cu illəri əhatə edən (ekoloji hədəfləri) “vergi dəyişmələri” strategiyasını qəbul etmişdir. Başqa sözlə desək, vətəndaşın vergi yükü azalmır, sadəcə vergi yükünün strukturunda dəyişiklik baş verir.

Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin