Gizli büdcə subsidiyaları - dövlət tərərfindən ayrı-ayrı şəxslərə və firmalara edilən nəğd transferlərdir. Gizli subsidiyalara birbaşa büdcə kreditləri, vergi istisnaları və ödənilməmiş vergi borcları, büdcədənkənar fondlardan edilmiş transfertler, firmaların idxal və ixrac kvotalarından qazancları və problemli müəssisələrin maliyyələşdirilməsi aiddir.
Kvazifiskal fəaliyyətlər/subsidiyalar - dövlət büdcəsindən kənardövlət sektoru vasitəsi ilə gizli subsidiyaların təminidir.
Şərti öhdəliklər - isə gələcəkdə büdcədə açıq şəkildə göstərilə bilən subsidiyalardır. Buna ən klassik misal kommersiya kreditlərinə verilən dövlət qarantiyalarıdır.
Enerji ilə zəngin ölkələrdə enerji subsidiyaları daha geniş yayılmışdır. Bu yolla dövlət yanacağın, elektrikin və digər enerji məhsullarının qiymətini aşağı saxlamaqla əhalini və biznesi subsidiyalaşdırır. Büdcədə görünən subsidiyalar birbaşa hədəflənməmiş qiymət subsidiyalarıdır. Hədəflənməmiş dolaylı qiymət subsidiyaları əlavə dəyər və digər satış vergiləri üzrə güzəştlər, ixrac vergiləri, istehsalçı kvotaları, daşıma və saxlama subsidiyaları və əmlakın beynəlxalq dəyərdən daha aşağı satılması formasında ola bilər.
Subsidiyalaşdırmanın ən mənfi cəhəti resursların bölüşdürülməsində ədalətsizlik və qeyri şəffaflıqdır. Bu “neqativ subsidiyalar” adətən müəyyən qruplara xidmət edir. Bu da büdcə prosesinə, fiskal səmərəliliyə və davamlılığa ziyan vurur. Kvazifiskal fəaliyyətin iki tərəfi arasındakı fərqi müəyyənləşdirmək vacibdir.
1. Özəl sektorun (əhali də buraya daxildir) qeyri-şəffaf subsidiyalaşması mexanizmi (resurslar necə transfer olunur?).
2. Bu subsidiyaların maliyyələşdirilməsi (bu resusrsların transferini kim ödəyir və necə?)
Enerji subsidyalarının hesablanması Enerji subsidiyaları həm istehlakçı, həm də istehsalçını əhatə edir. İstehlakçı subsidiyaları həm firmalar həm də əhalini özündə birləşdirən istehlakçılar tərəfindən ödənilən qiymətin bençmark qiymətindən aşağı olduğu zaman ortaya çıxır. İstehsal subsidiyaları isə tədarükçülər tərəfindən qəbul edilən qiymətlərin bençmark qiymətlərindən yuxarı olduğu vaxt ortaya çıxır. Enerji məhsulunun ticarəti beynəlxalq səviyyədədirsə, o zaman subsidiyaların hesablanmasında bazis bençmark qiyməti beynəlxalq qiymətlərdir. Qeyri-ticari (non-tradeable) mallarda isə məsələn, elektrik enerjisində müvafiq olaraq bençmark qiyməti yerli istehsalçının xərclərinə bərabərdir. Subsidiyaların hesablanmasına bu şəkildə yanaşma adətən “qiymət fərqi yanaşmasi” olaraq ifadə edilir. İstehlakçı subsidiyaları özündə iki komponenti ehtiva edir: vergi öncəsi subsidiyalar (pre tax) (əgər firma və əhali tərəfindən ödənilən
qiymətlər tədarük və çatdırma dəyərindən aşağıdırsa) və vergi sonrası (post tax) subsidiyalar (əgər vergi effektiv səviyyədən aşağıdırsa). Bir çox ölkələr istehlakçıdan vergi tutmaqla gəlir əldə edir və büdcə xərclərini bu şəkildə maliyyələşdirir. Effektiv vergiqoyma enerji məhsulları da daxil olmaqla bütün istehlakı əhatə etməyi zəruri şərt kimi tələb edir. Effektiv vergiqoyma həm də ətraf mühitə mənfi təsirləri aradan qaldırmaq üçün lazımdır.