Yaşıl nədir ?


Alternativ (bərpa olunan) enerji mənbələri



Yüklə 51,33 Kb.
səhifə5/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1652696961

Alternativ (bərpa olunan) enerji mənbələri
Tarixən iqtisadi inkişaf, əsasən, ənənəvi enerji resurslarından istifadə və parnik (istixana) qazları emissiyalarının artımı kimi amillərlə səciyyələndirilmişdir. Lakin alternativ (bərpa olunan) enerji mənbələri bu anlayışı dəyişməklə yanaşı, davamlı inkişaf konsepsiyasının formalaşmasına da təkan verdi. Qloballaşan dünyada bir çox dövlətlər öz siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qururlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafın əsas məqsədi ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacları üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslardan istifadə olunarkən yalnız hazırkı vəziyyətə deyil, eyni zamanda gələcək nəsillərin potensial ehtiyaclarına da önəm verilməlidir. Müasir dövrdə enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq, onda davamlı enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Davamlı
enerji siyasətinə toxunarkən bu konsepsiyanın aşağıda göstərilən “əkiz sütunları”na diqqət yetirmək önəmlidir:
Bərpa olunan enerji
 Enerji səmərəliliyi
Alternativ enerji mənbələri(AEM) vasitəsilə alınan enerji insanların istifadəsi nəticəsində tükənə bilməz və bu, ətraf mühitin qorunması üçün də olduqca vacibdir. Bundan başqa, dünya ölkələri bu enerji mənbələrindən istifadə etməklə, ənənəvi enerji mənbələrindən istifadəni azalda bilər, iqtisadi diversifikasiyaya şərait yaradar və gələcək enerji təhlükəsizliyini təmin edərlər. Uzunmüddətli perspektivdə inkişafa nail olmaq məqsədilə yuxarıda qeyd olunan hər iki amil paralel şəkildə inkişaf etdirilməlidir. Enerjidən səmərəli istifadə ona olan tələbatı aşağı salmaq istiqamətində mühüm rol oynayır və eyni zamanda, artan təmiz enerji ehtiyatları neft, təbii qaz və kömür kimi ənənəvi enerji resurslarından
istifadəni azaldır. Bunları nəzərə alaraq qeyd edə bilərik ki, davamlı enerji iqtisadiyyatında hər hansı uğur əldə etmək məqsədilə səmərəlilik və bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirmək önəmlidir.
Dünya təcrübəsi də göstərir ki, səmərəlilik və bərpa olunan enerji mənbələrinin inkişafı əlavə iqtisadi gəlir əldə edilməsinə təkan verir. Məsələn, hər iki sahə sərmayə qoyuluşuna və yeni iş yerlərinin açılmasına stimul yaradır, bununla da ölkədə regionların inkişafına böyük təkan verir. Bu səbəbdən də bir çox dövlətlər səmərəliliyə və bərpa olunan enerji mənbələrinə iqtisadi inkişaf strategiyası kimi dəyər verir. Avropa Komissiyasının Bərpa olunan enerji mənbələri Direktivinə nəzər yetirsək görərik ki, bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində son enerji istehlakında bu mənbələrin payı hədəf 20%, nəqliyyatda isə 10% təşkil etməlidir. Bu iki məqsəd Avropa Birliyinin (AB)2020 – İnkişaf Konsepsiyasının əsas hədəflərindəndir.

Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin