Yaşıl nədir ?


Yaşıl Maliyyə və Beyin mərkəzləri



Yüklə 51,33 Kb.
səhifə4/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   2   3   4   5   6   7   8   9   ...   19
UNEC 1652696961

Yaşıl Maliyyə və Beyin mərkəzləri:
Beyin Mərkəzləri:
Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Ona görə də onlar ancaq tədqiqatla məşğul olmur, həmçinin təbliğat fəaliyyəti də göstərirlər. Bir beyin mərkəzi olaraq strateji araşdırma mərkəzləri dövlətlər və onların cəmiyyətləri arasında bir güvənilən körpü rolunu oynayırlar. Onlar ilk olaraq insanları müəyyən formada maarifləndirməlidirlər. Çünki dayanıqlı inkişafın əsasında birinci növbədə insan kapitalı durur və bu gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayıb qəbul etmişlər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu proqramlar çərçivəsində insan kapitalını inkişaf etdirməkdir. Strateji araşdırma mərkəzləri həmçinin öz tədqiqatları ilə davamlı inkişafa mane ola bilən problemləri üzə çıxarır və onun həlli yollarını elmi əsaslandırılmış şəkildə göstərərək, həm də bu prosesi müşahidə etmiş olurlar. Məhz beyin mərkəzlərinin apardıqları tədqiqatlardan aydın olur ki, dünya kənd təsərrüfatında kimyəvi preparatların nəzarətsiz istifadəsi aclıq çəkənlərin sayını azalda bilməyəcək və bu vəziyyəti - torpaqların məhsuldarlığının bərpasını, həmçinin ekoloji və sosial sabitliyin əldə olunmasını - ən yeni aqroekoloji texnologiyaların tətbiqi yaxşılaşdıra bilər. Bu araşdırmaların müvəffəqiyyəti qismən onunla izah olunur ki, aclığa kəndlilərin bacarıqsızlığının və ya torpaqların məhdudluğunun nəticəsi kimi deyil, ekoloji, sosial və siyasi səbəblərin cəmi kimi baxılır. Aclığın öhdəsindən gəlmək üçün kimyaçılar, sosioloqlar, torpaq mütəxəssisləri, aqronomlar, etnoqraflar və iqtisadçılar birlikdə işləməlidirlər. Gübrələrin idxalına xərclənmiş qiymətli valyutanı belə mütəxəssislərin hazırlanmasına və əməyinin ödənilməsinə xərcləmək daha səmərəli olardı.
Bir çox beyin mərkəzləri Birləşmiş Millətlər Təşkilatının ətraf mühitə və inkişafa dair Rio+20 konfransında öz tədqiqatlarını təqdim ediblər. Məhz bu tədqiqatlar da konfransın nəticə sənədinin hazırlanmasında böyük rol oynamışdır. Beləki, beyin mərkəzləri təbii resursların qiymətləndirilməsi
konsepsiyasına əsaslanaraq təbii resurslardan istifadəyə dair islahatlarda meydana gələ biləcək problemlərin praktiki həlli yollarını təklif ediblər. Məsələn:
- Meşə təsərrüfatı yeni mexanizmlər vasitəsilə qorunmalıdır, bu sahədə REDD+ kimi proqramların tətbiqi müsbət ola bilər, hətta belə proqramlar yerli əhalinin hüquqlarının qorunması üçün də əlverişli mühiti formalaşdırar.
- Su resurları və dənizlərdə neft istismarına nəzarət olunmalıdır. İnnovativ yanaşma imkan verər ki, torpaqların şoranlaşması və çiklənməsinin, həmçinin qanunsuz balıq ovunun qarşısı alınsın. Bundan başqa beyin mərkəzləri resurslardan daha səmərəli istifadə məqsədinə çatmaq üçün yeniliklərin daha çox aşağıdakı iki sahədə tətbiqini təsdiqləyib:
- Kənd təssərüfatında: Davamlı kənd təsərrüfatı praktikasına keçmək, kəndlərdə yoxsulluğun aradan qaldırılması kimi strateji-siyasi məqsədlərə çatmaq üçün kəndlərin inkişafının prioritetləşdirilməsi
məsləhət görülür.
- Enerji təsərrüfatında: Tədqiqat və işləmələrə qoyulan sərmayə, enerji səmərəliliyi, diversifikasiya, başqa regionlarla korporativ əlaqələrin inkişafı, mərkəzləşdirilmiş elektrik təchizatı sxemlərinin genişləndirilməsi enerji sektorunda (xüsusilə, bərpa oluna bilən enerji sektorunda) əhəmiyyətli inqilab yarada bilər.
Beyin mərkəzlərinin gəldiyi qənaətə əsasən, belə taktikaların daxil olduğu inkişaf strategiyaları daha az karbon emissiyasına, inkişafa, gəlirlərin və yeni iş yerlərinin artmasına təkan ola bilər. Xüsusilə, ilkin olaraq böyük şəhərlər bu strategiyadan faydalana bilər; faktiki olaraq, artıq bəzi Avropa şəhərlərində CO2 emissiyasının azaldılması və iqtisadi artıma nail olmaq üçün bəzi strategiyalar praktikada artıq uğurla həyata keçirilmişdir. Nəticə sənədinə ümumi və mütləq şəkildə daxil olunan bu təkliflərin hər
bir ölkə tərəfindən həyata keçirələcək və davamlı inkişafı təmin edə biləcək inkişaf konsepsiyalarında da nəzərə alınması təqdirə layiq haldır. Ayrı-ayrı ölkələrin beyin mərkəzlərinin əməkdaşlığı, onların birgə fəaliyyətləri, fikir mübadilələri isə bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisadi, siyasi, sosial və mədəni baxımdan bir-birlərinə inteqrasiya olması strateji araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olunan nəticələrin səmərəliliyi artacaqdır və dünya ölkələri davamlı inkişafın təmin edilməsi üçün ən uyğun proqramların hazırlanmasına nail olacaqdır.
Hər bir proqramın həyata keçirilməsi təbiidir ki, maliyyə resurslarının olmasını tələb edir. Beyin mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin seçilməsində, banklar və beynəlxalq maliyyə institutları ilə danışıqlarda öz tövsiyələrini verə bilər, hansı ki, bu tövsiyələr müvafiq dövlətlərin büdcə
vəsaitlərinin səmərəli istifadəsinə də müsbət təsir göstərə bilər.
Müxtəlif beyin mərkəzləri iddia edir ki, yaşıl iqtisadiyyatın inkişafı üçün şəffaflıq və hesabatlılığın təmin edilməsində dövlət və özəl sektorlar birlikdə işləməlidirlər (məsələn, birlikdə informasiyanı beynəlxalq səviyyədə bölüşmək üçün müvafiq kanal yarada bilərlər).
Davamlı inkişaf strategiyasında beyin mərkəzlərinin rolu ona görə əhəmiyyətlidir ki, onlar təkcə ölkə daxilində deyil, ölkənin mövcud olduğu regionda və dünyada baş vermiş dəyişiklikləri izləyir və buna uyğun analizlər aparıb dinamik siyasət, milli mənfəəti əks etdirən qərarlar hazırlayırlar. Hətta beyin mərkəzlərinin təşkil etdikləri təlim proqramlarını, iclasları, konfransları, master klasları, forumları, gələcəyin elm adamlarına staj proqramlarının təşkil etmələrini davamlı inkişaf strategiyasına aid etmək
olar. Çünki belə addımlar yaşıl iqtisadiyyatın zəruri etdiyi insan kapitalının inkişafı üçün hesablanmışdır. Beyin mərkəzləri hər zaman yaşıl iqtisadiyyatla maraqlanan bütün alimləri, tədqiqatçıları, yazıçıları, siyasətçiləri, qeyrihökumət təşkilatlarını, aktivistləri, tələbələri, ekoloqları, bir sözlə, yaşıl dünyanın və insanlığın gələcəyinin qayğısını çəkən və bu sahədə fəaliyyət göstərən hər kəsi müxtəlif müzakirələrə, layihələrdə iştirak etməyə və gedən prosesləri izləməyə və ən əsas maariflənməyə dəvət edir ki, bu da davamlı inkişaf strategiyasında ən mühüm addımlardan biridir. Buna görə də çalışmaq lazımdır ki, dünyada beyin mərkəzlərinin sayı artdıqca onların yaşıl inkişafa yönəlik sistemli fəaliyyəti genişləndirilsin və beynəlxalq əhəmiyyət daşısın. Unudulmamalıdır ki, tədqiqat və inkişaf (R&D) yanaşı gedən bir prosesdir. Əgər diqqət yetirsək görərik ki, dünyada inkişaf üçün təkan verici qüvvə
rolunu oynamağa çalışan beynəlxalq maliyyə institutlarının və şirkətlərin hər birisinin özünün tədqiqat və təlim mərkəzləri mövcuddur. Hazırda yeni sənaye dalğasına xidmət edən tədqiqat və inkişaf yaşıl məqsədlərə çatmaqda mühüm əhəmiyyət kəsb edir.


Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin