Yaşıl nədir ?


Vergi öncəsi və vergi sonrası subsidiyalar



Yüklə 51,33 Kb.
səhifə9/19
tarix18.05.2022
ölçüsü51,33 Kb.
#58481
1   ...   5   6   7   8   9   10   11   12   ...   19
UNEC 1652696961

Vergi öncəsi və vergi sonrası subsidiyalar
Pre tax subsidiya=Pw-Pc
Burada Pc istehlakçılar tərəfindən ödənmiş qiymətdir. Əgər mal və xidmətlərin beynəlxalq səviyyədə ticarəti həyata keçirilmirsə, (məsələn elektrik) bu zaman bençmark qiyməti xərci qarşılayan qiymətdir (Pw).
Post tax subsıdıya=(Pw+t*)-Pc
Vergi sonrası subsidiyaların vergi öncəsi subsidiyalardan fərqi buraya, yəni bençmark qiymətinə effektiv vergiləmənin (t*>0) əlavə olunmasıdır.


Enerji subsidiyalarının tətbiqi
Enerji subsidiyalarının tətbiqi üçün irəli sürülən əsaslar bunlardır.
Enerji yoxsulluğu ilə mübarizə. İstehlakçı subsidiyaları bu məqsədlə tətbiq olunur və az gəlirli qrupa xidmət etməklə enerjini bu qrup üçün əlçatan edir.
Yerli enerji təklifini artırma. İstehsal subsidiyaları bu məqsədlə idxaldan asılılığı azaltmaq üçün tətbiq olunur. Bu yanaşma həmçinin ölkənin xarici və strateji iqtisadi siyasətinə dəstək məqsədilə milli enerji
şirkətlərinin qlobal fəaliyyətinə kömək üçün tətbiq edilir.
Sənayenin inkişafı və məşğulluğu dəstəkləmə. Subsidiyalar sənayeçilər üçün rəqabət üstünlüyü vasitəsidir. Enerji subsidiyaları enerjinin intensiv istifadə edildiyi sahələrə investisiyaları stimullaşdırmaq
üçün tətbiq olunur. Məsələn, alüminium əridilməsi sənayesinin belə bir dəstək olmadan mənfəətli olması çətindir. Enerji subsidiyaları həmçinin tarif və ticarət məhdudiyyətləri formasında xüsusilə keçid və iqtisadi eniş zamanı məşğulluğun artırılması üçün tətbiq olunur.
Milli sərvətin yenidən bölüşdürülməsi. Xüsusilə enerji istehsal edən ölkələrdə istehlak subsidiyaları aşağı enerji qiymətləriylə milli resursların bölüşdürülməsində əhəmiyyətlidir. Bu yanaşma həmçinin iqtisadi diversifikasiyanı təmin etmək və rəqabətliliyi yüksəltməklə məşğulluğu artırmaq üçün tətbiq olunur.
Ətraf mühiti qoruma. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələr, qismən isə yeni sənaye dövlətləri üçün xarakterikdir. Bu ölkələr bərpa olunan enerjinin inkişafı, nüvə enerjisinin və karbonun zəbti və saxlanılması məqsədi ilə dəstək proqramları həyata keçirir.
Müsbət tərəflərinin mövcud olmasına baxmayaraq subsidiyaların ləğv edilməsini irəli sürən fikirlər kifayət qədərdir. Enerji subsidiyalarının enerji istehlakını artırması və CO2 emissiyasını çoxaltması ilə ekologiyaya mənfi təsiri bu tip subsidiyaların əleyhinə işləyən əsas arqumentdir. Digər bir çatışmazlıq subsidiyaların dövlət büdcəsi üçün yük olmasıdır. Xüsusilə də dünya bazarında enerji qimətləri yüksəlirsə enerjidaşıyıcılarını idxal edən ölkələrdə fiskal yük böyüyür. Bəzən mənfəət güdən qrupların manipulyasiya ilə subsidiya mexanizmlərini öz maraqlarına uyğunlaşdırılması da unudulmamalıdır. Enerji subsidiyaları səbəbi ilə enerji istehlakının artması yerli ehtiyatlar azaldığından enerji idxalatçılarına idxalı artırmağa sövq edir.
Subsidiyaya dair məlumatın təşkili zamanı zəruri olan ilk addım hər hansı bir sektor və ya həmin sektorun məhsullarına dair subsidiyalaşma siyasətinin müəyyənləşdirilməsidir. Bu da subsidiyalara dair məlumatların müxtəlif aspektlərdən fərdi səviyyədə öyrənilməsinə kömək edir. Bununla da subsidiyaların mənbəyini və subsidiyalaşmanın istehlakçı və istehsalçıların davranışlarına təsirini anlamaq mümkün olur.


Yüklə 51,33 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin