2. Vergi güzəştləri. Vergi güzəştlərinin tətbiqi daha çox enerjiyə qənaət edən avadanlığın idxal rüsumundan azad edilməsi [Bolqarıstan, Slovakiya], gəlir (mənfəət) vergisində müəyyən edilən güzəştlər [Fransa (8 min avroya qədər 15%), Çexiya, Niderland, Rumıniyada mənfəət vergisi üzrə güzəştlə yanaşı, dövlət büdcəsindən faizsiz ssuda] şəxsin enerji səmərəliliyini təmin edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyır.
3. Əmlak vergisi. Xüsusilə Skandinaviya ölkələrində populyar olan bu təcrübə daha çox evin 5 standarta uyğunluğu çərçivəsində tətbiq edilir. 1-ci standart evin (əmlak) görünüşü (fasada və s.), 2-ci standart sanitar göstəricilər, 3-cü standart mətbəx, 4-cü standart dogər elementlər (kamin, zirzəmi və s.), 5-ci standart bilavasitə enerji səmərəliliyi göstəriciləri aid edilir. Misal üçün, evdə kamin varsa enerji səmərəliliyinin azalmasını məhdudlaşdıran amil kimi daha böyük dərəcə ilə əmlak vergiyə cəlb edilir.
4. Əlavə Dəyər Vergisi (ƏDV). ƏDV-nin fiskal alət olaraq diferensial dərəcələrinin tətbiqi təcrübəsi bu sahəyə investisiya qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyır. Misal üçün, Çexiya Respublikası bu istiqamətdə 5%-lik, Macarıstan 12%, Slovakiya isə 10-23% nisbətində aşağı vergi dərəcəsi tətbiq edir.
5. Sürətli amortizasiya. Bir sıra dövlətlərdə (Niderland, Birləşmiş Krallıq, Rusiya Federasiyası) “ekoloji” investisiyalara sürətli amortizasiya tətbiq edir. Rusiya təcrübəsinin əsas xüsusiyyətlərindən biri odur ki, enerji səmərəliliyinə xidmət edən avadanlıqların A-dan (ən yüksək) G-yə (ən aşağı) qədər səmərəlilik kateqoriyaları müəyyən edilir. Lakin, sürətli amortizasiya təcrübəsi məhz enerji səmərəliliyinin təmin ediləməsi baxımından populyar hesab edilmir və bir qayda olaraq məhdud zaman çərçivəsində istifadə edilir.
Birləşmiş Krallıq 2001-ci ildən avadanlığın sürətli amortizasiyanı tətbiq edən proqram qəbul etmişdir. Bunun nəticəsim olaraq 7 mindən 3 milyard funt sterlinq dəyərində avadanlıq alınmışdır.