10. Ətraf mühitin çirklənməsinın qarşısını almaq üçün tətbiq edilən yığımlar. Bu sıraya ətraf mühitin çirkləndirilməsi üçün xüsusi yığımlar, təbbi resurslardan istifadə haqqı, meliorasiyaya görə ödənişlər aiddir.
Maraqlı fakt ondan ibarətdir ki, ekoloji vergilərin tətbiqi nəticəsində vergi siyasətində ciddi dəyişikliklər müşahidə edilmişdir. Avtomobillərin texniki xarakteristikası dəyişmiş və yeni ekoloji səmərəsi olan avtomobillərə olan tələb artmışdır. Bu isə enerjiyə qənaət edən avtonəqliyyat vasitələri üçün patentlərin sayının artımını şərtləndirmişdir.
Azərbaycanda davamlı enerji siyasəti Azərbaycanın ümumi enerji səmərəliliyi göstəriciləri Ölkənin ümumi enerji səmərəliliyini dəyərləndirmək üçün dünya təcrübəsində onun enerji intensivliyi göstəricisindən istifadə olunur. Ümumi enerji intensivliyi ölkədə istehlak olunan enerji miqdarının onun ÜDM-na nisbətinə bərabərdir və 1 dollar ÜDM üçün istifadə olunan enerji miqdarını göstərir.
2000-ci illə müqayisədə Azərbaycanda enerji səmərəliliyi göstəricisi xeyli yaxşılaşmışdır. Enerji intensivliyində kəskin azalmanın əsas səbəbi son illər ərzində ÜDM-un kəskin artmasıdır. Digər bir səbəb elektrik enerjisi istehsalında tamamilə təbii qazdan istifadəyə keçilməsi, sayğaclaşma kimi energetika sektorunda aparılan islahatlardır.
Azərbaycan enerji səmərəliliyinə görə dünya ölkələri arasında orta mövqeni tutur və dünyanın bəzi inkişaf etmiş ölkələriylə müqayisədə heç də geri qalmır. Bu sıralamada son yerləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi karbohidrogen resursları ilə zəngin olan ölkələr tutur. İlk yerlərdə isə İsveçrə, İtaliya və Danimarka kimi Avropanın inkişaf etmiş ölkələri qərarlaşır.
Azərbaycanın ümumi enerji istehlakı və səmərəliliyi göstəricilərinin Yaponiya, Almaniya, Birləşmiş Krallıq, İtaliya kimi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisəsi göstərir ki, Azərbaycanda kifayət qədər enerjiyə qənaət potensialı var. Bu potensialın iqtisadiyyatın hansı sahələrində daha çox olmasını müəyyənləşdirmək üçün bu sahələri ayrılıqda tədqiq etməyə ehtiyac var.