Anarın arxivindən:
Professor Camal Mustafayev (“Şərq”, 15 may 2004): “Qurultay yazıçının, şairin neçə illərdən bəri yaratdığına hesabatdır... ədəbiyyatçılardan ötrü bir meyar var; o da xalqın, Vətənin taleyidir. Ədəbiyyat xalqın taleyindən kənarda yaranmır. O xalqın ruhunu, nəfəsini ifadə edir, xalqın dərdlərinin tərcümanıdır. Bunlar deyilməlidir... Qurultaya məni dəvət etməyiblər. Mən Səməd Vurğunu təbliğ etdiyimə görə məndən xoşlanmırlar.”
Şair, publisist Rasim Qaraca (“525-ci qəzet”, 22 may 2004): “...Gənc yazarlarla AYB-nin indiki münasibətləri atalar-oğullar deyil, yeniliklə köhnəliyin qarşıdurmasıdır... Son qurultay onu göstərdi ki, Yazıçılar Birliyi tam iflasa uğramış bir təşkilatdır... AYB həmişə üzvlərinin sayının çox olması ilə fəxr edir. Amma razılaşın ki, o üzvlərin siyahısında elələri var ki, kim olduğu bəlli deyil.”
Rəşad. (“Sezon qəhrəmanları”. “Reytinq”, 30 may 2004): “...“Müxalifət” qəzetində Anarın əleyhinə yazdığı kiçik bir məqaləyə görə AYB sədri “Natəvan” klubunda Ağamalı Sadiq Əfəndinin xatirəsinə həsr olunmuş tədbiri keçirməyə icazə vermədi. Halbuki, biz Heydər Əliyevin öz opponentlərinə ekstremal şəraitlərdə normal münasibət bəslədiyinin şahidi olmuşuq... Anar isə bir insan kimi o qədər böyük deyil ki, alternativ fikrə xoş üz göstərsin. Çünki o, alternativsiz bir cəmiyyətdə böyüyüb və hələ də yeni dünyanın inkaredilməz qanunlarına alışa bilməyib. Əksinə, o xasiyyətindən irəli gələn hərəkətlərlə yeni ədəbi qüvvələrin, yeni fikrin sıxışdırılmasına çalışır. Əksər hallarda isə məğlub olur... AYB üzvlərinin cavab janrında yazdıqları məqalələr çox sönük görünür. Əksinə, onlar bu “sabun iyi” verən məqalələrlə Anara ayı xidməti göstərirlər. Çünki, onların sayəsində dövlət qəzetlərində cavanların cəlbedici fikirləri bir daha vurğulanır və özünə avtomatik tərəfdaşlar qazanır... Yazıçı və deputat Anar da sanki özünü mafiya başçısı kimi aparır. Lakin ekstremal şəraitlərdə, yüksək tribunalardan iki kəlmə “ziyalı sözü” söyləyərkən sifətinin aldığı ifadə onun davranışları ilə tərs mütənasibdir.” Publisist Məmməd Nazimoğlu (Reytinq, 13 iyun 2004): “Mən iyirmi yaşımda “Təhminə və Zaur” əsərini oxudum. Otuz yaşımda tamaşasına, qırx yaşımda filminə baxdım. Allah qoysa, inşallah, yəqin ki, əlli yaşımda “Təhminə və Zaur”un baletinə baxacam.” “Ədalət” qəzeti (19 iyun 2004): “AYB rəhbərliyinə bir sual. Azərbaycanın ayrı-ayrı tanınmış şəxsiyyətlərini təhqir etdiyinə görə yazıçı Rafiq Tağını AYB üzvlüyündən xaric etdiniz. Bütövlükdə Azərbaycan xalqını təhqir eləyən YB üzvü Rüstəm İbrahimbəyovu AYB-dən xaric etməyə qüdrətiniz çatarmı?” Yazıçı-publisist Seymur Baycan (“Etimad”, 19 iyun 2004): “Anarın bütün yaradıcılığı, hərəkətləri, qəlyan çəkməsi bir şeyə hesablanıb. Onun məqsədi özünün əzabkeş ziyalı obrazını yaratmaqdır. Guya bu xalq üçün özünü yandırdı, şam kimi əritdi, bütün enerjisini xalqa sərf elədi, əvəzində təpki aldı. Amma son zamanlar Anara böyük bir zərbə dəydi. Onun adı maxinasiyalarda hallandı.” Publisist Ilham Tumas (“Ekspress”, 8 iyul 2004): “Anarın ən böyük səhvi ondan ibarətdir ki, Rəsul Rzanın cəmiyyətdəki mövqeyindən yararlandı və Azərbaycan mədəniyyətini işğal etdi, başqalarına imkan vermədi, hər şeyi öz əlində cəmləşdirdi, ədəbiyyatda diktatura qurdu... Nə vaxta qədər?.. Anarın Anar kimi formalaşmasında, müxtəlif mövqelərdə təmsil olunmasında, irəli çəkilməsində, yazıçı kimi populyarlaşmasında Rəsul Rza faktorunun rolu danılmazdır.”
***
Bəli, Akif Əli AYB-nin XI qurultayda çıxış etsəydi, katiblik haqqında mövqeyini bildirdikdən sonra, təbii ki, AYB-nin baş koordinatoru, ədəbiyyat monopoliyasının başqanı, həm ədəbiyyatın yönünü yanlış istiqamətləndirməklə, həm də bütün istedadlı yazarları “düşmən” adlandırıb çıxdaş etməklə ümumən ədəbiyyatımızın, mədəniyyətimizin, bir qədər dərinə vardıqda isə cəmiyyətimizin inkişafını tormozlamağa yönələn əməl sahibi haqqında da nələrsə deyə bilərdi.
Nələr?
Əlbəttə, xüsusi hazırlaşsaydı çox şey. Ancaq nümayəndə seçilmədiyini gördükdə hazırlaşmadı və bildiklərinə əlavələr artırmadı. Ancaq Anarın portretini yaratmaq üçün hamı kimi onda da kifayət qədər bilgi var idi. Və onun bildikləri hər adamın Anar haqqında bilgiləri əsasında yaratdığı portretə əlavə cizgilər, ştrixlər kimi maraq doğura bilər...
Beləliklə, Anar kimdir?
1) Rzayev Anar ailəvi dost olduqları, keçmiş DTK sədri Vaqif Hüseynovun köməkliyi ilə 1987-ci ildə İsmayıl Şıxlını vəzifədən salaraq Azərbaycan Yazıçılar Birliyinin sədri postuna gətirilib (“Exo” qəzeti). DTK-nın yardımının əvəzində o nəinki AYB üzvü olmayan, ümumiyyətlə heç yazı yazmayan Çingiz Abdullayev adlı birisini birbaşa AYB katibi postuna təyin edib 2) 1988-də bir qrup vətənpərvər ruhlu yaradıcı gənc SSRİ-də başlanmış Yenidənqurma siyasətindən istifadə edərək Azərbaycanda da demokratik dəyişikliklərin aparılmasına zəmin hazırlamağa başlamışdı. Onlar “dünyanın yarısını zəbt etmiş, türkü özünə birinci düşmən sayan yırtıcı bir quruluşla Don Kixot sayağı vuruşa çıxanların seyrək cərgəsində dayananlardan” (Səfər Alışarlı) idilər. İlk addım kimi yaradıcı gənclər AYB nəzdində “Yeni Söz” Birliyi adlı qurum yaratmaq qərarına gəldilər. Bu məqsədlə konspirativ şəkildə yığışıb “Yeni Söz” Birliyinin Nizamnamə və Məramnaməsini hazırladılar. Sənədə o vaxtadək Sovet cəmiyyəti üçün görünməmiş cəsarətli fikirlər, müstəqil mətbuat, söz azadlığı, milli dirçəliş, türksoylu kökümüzə qayıdış, latın əlifbasının tətbiqi, iqtisadi, hüquqi, mədəni islahatlar, dini dəyərlərimizin bərpası, tarixi həqiqətlərin üzə çıxarılması, dilimizin dövlət dili kimi inkişaf etdirilməsi və s. bir çox cəsarətli, novator ideyalar daxil idi. Bir neçə aylıq gərgin zəhmətdən sonra sənədlər hazır olduqda təsdiq üçün AYB sədrinə təqdim olundu. Ancaq AYB sədri belə bir “təhlükəli” qurumunun yaradılmasına imkan vermədiyindən “Yeni Söz” Birliyini yaradan vətənpərvər gənclər Meydana, xalqın içərisinə “transfer olub” təbliğat işini davam etdirdilər. “Yeni Söz” Birliyinin nizamnaməsində əks olunmuş yeni ideyalar o vaxtlar yeni yaranmağa başlayan AXC-nin nizamnamə və məramnaməsinə də transfer olundu. Sonra həmin azadlıq, müstəqillik ideyaları, demokratik məramlar müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının təməl prinsiplərində öz əksini tapdı.
3) 1988-89-da xalq hərəkatının alovlandığı, bütün millətpərvər və vətənpərvər insanların qeyrət göstərdiyi bir zamanda, milyonlarla oğul və qızlarımız Azadlıq Meydanında imperiyaya “yox” dediyi günlərdə “xalqın yazıçısı” olan və “millətin vəkili” sayılan Anar Rzayev Meydandan uzaq gəzdi, xalqın mübarizəsinə qoşulmadı və milli mücadiləni dəstəkləmədi. Bəlkə də onda informasiya varmış ki, tezliklə dostu Vaqif Hüseynovun rəhbərlik etdiyi DTK-nın yardımı ilə rus-sovet qoşunları Meydana girib camaatı darmadağın edəcək, vətənpərvər oğulların əl-qolunu burub zindana atacaqdı...
4) 1989-cu ildə indiki “Ermənistan” adlanan əzəli türk torpaqlarından vəhşicəsinə qovulmuş yüz minlərlə didərgin soydaşımız millətə xidmət yolunda erməni yazıçılarının fəallığını gördükləri üçün, Bakıda da ilk üz tutduqları, kömək istədikləri, əlac axtardıqları yer – Yazıçılar İttifaqı olmuşdu. Lakin Yİ sədri Anar onları yaxına buraxmayıb: “Bura sizin üçün nədir, gedin MK-ya, Vəzirovun qəbuluna” – deyə qurumun qapılarını gənc ədəbi qüvvələrlə olduğu kimi, yaralı didərginlərin də üzünə bağladı. Bu təsadüfi deyildi, çünki bu əməlin arxasında “beynəlmiləl dostluq əlaqələri” dayanırdı. Sovet vaxtı İrəvanda erməni yazıçılarının qonağı olarkən baş çəkdiyi və baş əydiyi “erməni genosidi” memorial kompleksi görünür Anara çox emosional təsir edibmiş...
5) Müstəqilliyə doğru getməkdə olan Azərbaycanda sovet yazıçıları ittifaqının sonuncu qurultayı zamanı (1987) “perestroykanın” verdiyi imkanlardan istifadə etməyə çağıran millətsevər yazıçılar Türkiyə ilə əlaqələri genişləndirməyin vacibliyindən, türk soyumuzun, türk dilimizin qaytarılmasından, türk qardaşlarımızın bizimlə bir olmasının vacibliyindən danışırdılar. Ancaq Rəyasət heyətində əyləşən Anar əsəbiliklə milliyyətçi yazıçılara etiraz edib: ”Əşi, türk ayrı, azərbaycanlı ayrı!” - deyərək müzakirələrin genişlənməsinə imkan vermədi. (Bu gün o, yəqin ki, eyni əsəbiliklə: “Ay canım, biz axı bir millət, iki dövlətik!” – deməkdən yorulmur.)
6) Moskvada SSRİ xalq deputatlarının qurultayında söz demək üçün tribunaya çıxan Anarı Mixail Qorbaçov bütün dünyanın gözü qarşısında təhqir edərək tribunadan düşürüb yerinə qaytardı. Xalqımızın qabaqcıl ziyalısı sayılan, millətin göz dikdiyi bu adam isə Qarabağ problemi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün əzm və iradə göstərərək etiraz bildirmək, balayanlar, igityanlar, poqosyanlar kimi öz xalqının sözünü ucadan demək üçün təkid etmək əvəzinə, müticəsinə büzüşərək dinməz-söyləməz düşüb məzlumanə görkəmlə öz yerinə qayıtdı, Vəzirovun kolxozlardan yığıb apardığı “yaylıq ucu düyünləyən” deputatların arasında görünməz oldu. O yalnız Vəzirov əl çalandan-çalana ekranda görünürdü...
7) 1990-cı ilin Qanlı Yanvarında imperiyanın əzazilliyinə etiraz əlaməti olaraq hamı öz partbiletini atır, kommunist partiyasından çıxır, Kremlin şovinist siyasətini lənətləyirdi (hələ 1987-də Kommunist Partiyası sıralarını tərk etmiş Heydər Əliyev isə bu zaman həmin etiraz aksiyasını mərd-mərdanə Moskvadakı daimi nümayəndəliyimizdə həyata keçirmişdi). Bakıda isə şaiyə yayıldı ki, guya “milli təəssübkeş ziyalımız” Anar da etiraz əlaməti olaraq partbiletini atıb (indi artıq məlumdur ki, o vaxtlar bütün “lazımi” şaiyələri DTK özü yayırdı). Ancaq sonradan məlum oldu ki, o partbiletini atmayıb və partiyadan çıxmayıb, əksinə A.Mütəllibovun yanında daha da fəallaşıb, iclaslarda “parlaq” nitqlər söyləyir. “Bir vaxtlar partiyadan çıxmaq şücaət sayılırdısa, indi partiyada qalmaq şücaətdir” – deyir. Danışırdılar ki, o, həmin “qorxulu” Yanvar günlərində camaatın yanında görk üçün biletinin ya üzqabığını atıbmış, ya da bileti atıb, sonradan gedib raykomdan geri götürübmüş...
8) 1991-ci ildə, ilk fürsət düşən kimi qüdrətli Türkiyə Cümhuriyyəti uca Atatürkün vəsiyyətinə əməl edərək, Azərbaycana doğru gəldi, ilişgilərimizi daha da möhkəmləndirmək, strateji əməkdaşlığımızı dərinləşdirmək, dostluğumuzu əbədi etmək məqsədi ilə Bakıda daimi nümayəndəliyini açmaq qərarını verdi. Baksovet bu məqsədlə AYB–nin qonşuluğundakı Bəstəkarlar İttifaqının binasını türk qardaşlarımıza təklif etdi. Turqut Özal da məxsusi gəlib binaya baxdı, bəyəndi. Təmir-bərpa işlərinə başlamaq üçün Türkiyədən mütəxəssislər gəldi, zəruri avadanlıqlar gətirildi.
Ancaq təbii ki, ermənilərin hamisi Moskva bu əlaqələrdən narahat olaraq ilişgilərimizi hər vəchlə əngəlləmək üçün yollar arayırdı... Beləcə, xeyli vaxt keçsə də, Bakıda T.C. nümayəndəliyi açılmaq bilmirdi (sonralar Təbrizdəki Azərbaycan konsulluğu da eyni aqibətlə üzləşəcəkdi). Doğrudanmı Moskva hər yana yol tapır?
Bəli, Bakıda bu yolun yolçusu... AYB sədri Anar Rzayev oldu! O bəhanə edərək deyirdi: “Konsulluğa verilmiş Bəstəkarlar İttifaqının binasının birinci mərtəbəsindəki bir-iki otaq AYB-yə məxsusdur, mən oranı heç kəsə verə bilmərəm. O otaqlar mühüm tarixi əhəmiyyət kəsb edir və özümüzə lazımdır”. Üç ay “İnturist”də boş-bekar oturub Anarın “yumşalmasını” gözləyən Türkiyə Cümhuriyyətinin Baş konsulu araşdırma aparıb öyrənmişdi ki, sözügedən otaqların AYB üçün heç bir “tarixi əhəmiyyəti” yoxdur, çünki ora əvvəllər ümumiyyətlə, AYB-yə məxsus olmayıb və cəmi bir-neçə il qabaq ona verilib... Baş konsul bu “tarixi” faktorun əsassızlığını açıqlayandan sonra, Anar başqa bəhanələr uydurdu. Bu dəfə kommunizmin ənənəvi “kollektiv” amilini qabağa verdi, dedi yazıçılar bu işə qəti etiraz edirlər, mən vermirəm, olmaz və s. Halbuki yazıçıların heç bundan xəbəri yox idi. Olsaydı, bütün qeyrətli AYB üzvləri Türkiyə üçün nəinki bir-iki balaca otaqdan, hətta bütöv imarətdən belə köçməyə hazır olardı. Qəti əminliklə deyə bilərik ki, 70 il rus-sovet işğalı nəticəsində ayrı düşmüş iki qardaş ölkənin yenidən yaxınlaşmasına, doğma əlaqələrin bərpa olunmasına və arzularımızın vətəni olan Türkiyənin can-Azərbaycanda nümayəndəliyinin açılmasına heç vaxt heç bir həqiqi türksoylu azəri vətəndaşı, imperiyadan qurtulmaq istəyən millətsevər ziyalı, dünyada gedən qlobal siyasi prosesləri dərk edən ictimai xadim maneçilik törətməzdi!.. Anar bunu etdi!
Nəhayət, aylar uzunu Bakıda fəaliyyətsiz oturub “şıltaq sədrin yumşalmasını” gözləyən Türkiyəli diplomat əlacsız qalıb olayı ölkə rəhbəri Ayaz Mütəllibova çatdırır. A.Mütəllibov: “Mən Anara tapşıraram, boşaldar!” - deyə konsulu sakitləşdirir. Və dərhal Anara göstəriş verir. Təbii ki, Ayaz Niyazoviçi Türkiyədən çox sevən Anar “baş üstə, Ayaz müəllim!” - deyə “tarixi” faktoru da, “kollektivi”-filanı da unudub Baksovetin konsulluq üçün ayırdığı, Turqut Özalın bəyəndiyi, Bəstəkarlar İttifaqının binasındakı iki balaca otağı elə həmin an boşaldır. Beləliklə, T.C. Bakıdakı ilk Baş konsulluğunun fəaliyyəti “milli təəssübkeş ziyalı”, bu gün mavi ekranlardan dürlü-dürlü palavralar yaparaq “Türkiyə ən çox sevdiyim ölkədir” - deyən Anarın sevgisi sayəsində bir il ləngidildi (fəqət aradan illər keçəcək, respublikada yeni bazar iqtisadiyyatı prinsipləri genişlənəcək, fürsətdən istifadə edən “pak və təmənnasız ziyalı” AYB-yə məxsus nəinki iki otağı, bütöv mərtəbələri belə səxavətlə kommersiya strukturları üçün boşaldacaqdı...)
9) Həmin 1991-ci ildə, AYB sədrinin hələ A.Mütəllibovun işarəsi ilə oturub-durduğu o dönəmlərdə Naxçıvanda yaşayan Heydər Əliyev Filarmoniyanın binasında keçirilən AYB-nin növbəti qurultayına gəlmişdi. Bütün konyukturçu ədiblər onu görüb yan qaçır, salam vermir, özünü görməməzliyə vururdu... AYB sədri qurultayı açıb, ölənləri yada saldı, bir neşə qonağı yuxarı, rəyasət heyətinə dəvət etdi, gündəliyi səsə qoyub reqlamenti müəyyənləşdirdi və s. Heydər Əliyevin zalda olduğunu, arxa cərgədə gənc yazarların arasında əyləşdiyinə isə məhəl qoymurdu... Arxa cərgələrdə bu hörmətsizliyə etirazlar artırdı. Nəhayət, məğrur şair Məmməd Aslan ayağa qalxıb gur səslə: “Heydər Əliyevi Rəyasət Heyətinə dəvət edin!”- deyə Anara müraciət etdi. Ümummilli lider müdrikcəsinə: “Eybi yoxdur, mən yuxarılarda olub aşağıya çox baxmışam, indi də aşağıda əyləşib yuxarıya baxmaq istəyirəm”-dedi və öz yerində qaldı.
10) 1992-ci ildə AXC hakimiyyətə gələndən sonra ictimai həyatda milli ruh daha da qabarmağa başladı. O zaman Moskva KİV-ləri erməniləri açıqca müdafiə edir, azəriləri isə təhqir edirdi. Xalqın ən ağır günlərində, həqiqəti söyləyən ziyalı təəssübünə ehtiyac olduğu belə bir mürəkkəb zamanda “moskva uşaqları” Moskvadakı əlaqələrindən istifadə edib xalqın müdafiəsinə durmaq, Moskva mətbuatından üstümüzə axan çirkablara cavab vermək əvəzinə, əvvəlki illərdə olduğu kimi yenə də xalqın yanında olmadılar. Maraqlıdır ki, belə şəraitdə yaşaya bilməyən beynəlmiləl tərkibli “bakineslərin”, rusdilli yazarların cərgəsində... milli təəssübkeş ziyalımız Anar da vardı. Onlar milli hökumətə, gənc müstəqil dövlətə, dara düşmüş xalqa kömək etmək əvəzinə milli ruhun apofeozuna dözməyib (bəlkə də əsəbiləşib) ölkədən çıxdılar, xaricə qaçdılar, “uzunmüddətli ezamiyyətə” getdilər.
Taleyin ironiyasına (və insan xislətinə) bax ki, sovet hökuməti gedəndən və AXC gələndən sonra “dara düşən dahi” cəmi bir il əvvəl Bakıda nümayəndəliyinin açılmasına maneçilik törətdiyi böyük və genişqəlbli Türkiyənin ağuşuna sığındı. İstanbulda otel odalarının birində rahatlanıb roman qoşdu, universədə çalışdı. Amma orada yazdığı “Otel otağı” əsərində də Türkiyəyə, türklərə, türk dəyərlərinə ironiyasını gizlədə bilmədi (onun əsərlərində adətən Moskva – şənlik, yeyib-içmək, səadət, sevinc dolu qayğısız günlər, rahatlıq məskəni, İstanbul isə – qəm-qüssə, kədər gətirən, qəhrəmanın öldüyü cansıxıcı yer, pəzəvəng və haqsız adamların şəhəri kimi göstərilir, Türkiyə “nankor Bəhicələrin” ölkəsi kimi qınanır... Türkün kövrək el havalarına - “bunlar da başladı qurtarmaq bilmir” deyə kobudcasına lağ edilir... müəllif özü Türkiyəli vətən xaini kommunist Nazim Hikməti burada təbliğ etdiyi halda, yazdığı “Otel otağında” guya dəllal xislətli bir azərbaycanlı kommunistin Türkiyədə namuslu azəri alimindən daha üstün tutulduğundan yazır... Palavra, palavra, hamısı palavra!..)
Heydər Əliyevin Azərbaycanda yenidən rəhbərliyə qayıtması, ölkəni, xalqı, müstəqil dövlətimizi uçurumdan xilas etməsi üçün qeyrətli vətənpərvər oğulların apardığı gərgin mübarizələrdə təbii ki Anar yox idi. Amma yenə taleyin ironiyasına (və insan xislətinə) bax ki, bu dəfə “cəbhə” hökuməti gedəndən və Heydər Əliyev gələndən sonra “dara düşən dahi” cəmi bir-iki il əvvəl Filarmoniyanın zalında görməməzliyə vurduğu böyük və geniş qəlbli Heydər Əliyevin mərhəmətinə sığındı.
...Habil Əliyev demişkən, belə yaşamağa nə var!
11) Anar yalnız 1995-dən, görkəmli dövlət xadimi Heydər Əliyevin titanik zəhməti sayəsində ölkədə sabitlik bərqərar olub ara sakitləşəndən sonra üzə çıxdı. Və bir vaxt atıb getdiyi AYB sədri kreslosundan bərk-bərk yapışıb yeni iqtidara köhnə difiramblar oxumağa başladı. Əlbəttə, 1988-94-cü illər arasında Heydər Əliyevin ən çətin məqamlarında, xalqın dar günlərində moskvapərəst Ə.Vəzirovun, A.Mütəllibovun arxasında gizlənib cınqırını çıxarmayan bu karyera həvəslisinin indiki asudəlik zamanında göstərdiyi belə “cəsarət” bu dəfə vicdanlı, qeyrətli, namuslu adamlarda istehza doğurmaya bilməzdi...
12) Bütün həyatı boyu ziyalı əməyinə yüksək qiymət verən müdrik Heydər Əliyev yazıçıların da qayğısına qalaraq AYB-nin və onun qəzet-jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi barədə qərar qəbul etdi. O bununla keçid dövründə yazıçıların həyat şəraitinin yaxşılaşdırılmasını istəyirdi. Lakin AYB rəhbərliyi dövlət budcəndən ayrılan vəsaiti sıravi üzvlərdən gizlədərək, AYB-nin qapıları kimi mühasibatını da “kənar şəxslərin” üzünə bərk-bərk bağladı. Bu qapılar yalnız öz ətraflarında olan və onlara, ata-analarına, qohum-əqrabalarına “xeyiri dəyən” beş-üç qələmdanın üzünə açılırdı. Anara “sərf etməyən” (qulluq göstərməyən) yazarlar heç vaxt AYB-nin mərhəmətindən faydalana bilməyib...
13) AYB-yə və onun ədəbi orqanlarına dövlət büdcəsindən ayrılan vəsaitin miqdarı barədə informasiya mətbuata çıxandan sonra Anarın kimliyi daha yaxşı göründü. Məlum oldu ki, zahiri münəvvərlik niqabı altında daldalanan bu kinli, paxıl və eqoist adam heç də AYB-də 17 ildir “ülvi amallar naminə” əyləşməyib. Dövlətin yazıçılara göstərdiyi yardımın həcmini sıravi üzvlərdən gizlədib AYB-ni kasıb, kimsəsiz, köməksiz bir təşkilat kimi qələmə verməklə özünə təkcə cəsurluq imici, AYB-ni guya güc-bəla ilə birtəhər saxlayan lider əfsanəsi düzəltməmişdi. O həm də özünə əməlli-başlı güzəran qurmuşdu. Əlbəttə, onun necə yaşaması müzakirə mövzusu deyildir. Sadəcə büdcənin açıqlanmasından sonra qəzetlərdə çap olunan jurnalist araşdırmalarından bəlli oldu ki, sən demə vəziyyət təsvir edildiyinin tam əksi imiş:
-AYB nəinki dövlətdən külli miqdarda maliyyə dəstəyi alırmış, üstəlik büdcədən maliyyə alan “Azərbaycan” jurnalını da “Azərbaycan” nəşriyyatı pulsuz çap edirmiş;
-AYB binasının alt mərtəbəsi (vaxtilə o tərəflər Türkiyə konsuluna “tarixi yerlər” kimi qələmə verilirdi) ayı 2 min dollara kommersiya bankına kirayəyə verilibmiş;
-Bakının ən “bahalı” rayonundakı “Azərbaycan” və “Ulduz” jurnallarının redaksiya binaları özəl şirkətlərə peşkəş edilib “həzm-rabedən” keçirilibmiş;
-AYB-nin üzvlük biletləri arzu edənlərə pulla satılırmış (bu barədə mətbuat artıq çoxdan yazır, hətta Seymur Baycanın dediyinə görə bir kisə kartof-soğana da onu əldə etmək mümkündür və görünür eıə belə olduğuna görədir ki, son illər üzvlərin sayı kosmik sürətlə artıb 1040-a çatıbmış);
-klassik Azərbaycan ədəbiyyatına dair kitabların çapına (daha doğrusu çapına ayrılan vəsaitə!) nəzarəti ələ keçirə bilmədiyi üçün hətta PA-nın şöbə müdirinə qarşı böhtan kompaniyasına rəvac verəcək qədər əzmkar mübariz imiş Rzayev Anar!
Və daha nələr, nələr, nələr...
Və bütün hamısı həqiqətlər, həqiqətlər, həqiqətlər...
Və bəlkə də həqiqətlərin yalnız bir qismi... bir parçası... bir hissəsi...
Və hamısı da Anarın portreti üçün xarakterik cizgiləri, ştrixlər, kodlar!
Və bütün bu çirkli məqamlar bir qurumun daxilində mövcud olan total antisanitariyanın əlamətləri...
14) Moskvaya kölə sədaqəti, Tükiyəyə, türklüyə isə patoloji sayğısızlıq Anarın start verdiyi başqa bir aksiyada da özünü göstərdi: o, 2001-ci ildə Türkiyənin düşməni, vətən xaini, Atatürkə və türklüyə daim həqarət edərək Ankaranı Moskvaya satmış Nazim Hikmət Ran-Borzeskiyə dövlət səviyyəsində 100 illik yubiley keçirtməyə cəhd göstərdi. Yuxarı instansiyalara, hətta Türkiyə hökumətinə də müraciət göndərməkdən ərinmədi. Lakin onun bütün səylərinə baxmayaraq, mütərəqqi ziyalılar müstəqil Azərbaycana üz qarası ola biləcək bu avantüranın qarşısını ala bildilər. Dünyagörmüş müdrik Prezident Heydər Əliyev də eyni təmkinlə Anarın bu yersiz canfəşanlığına heç bir reaksiya vermədi və yubiley barədə heç bir sərəncam imzalamadı. AYB rəhbərliyi türk düşməninin yubileyini yalnız AYB binasında öz aralarında, dar bir dairədə qeyd etməli oldu...
Moskvapərəst Anar Rzayevin Türkiyə-Azərbaycan dostluq qurumuna sədr olması, Türkiyəni su yoluna döndərməsi, ara qarışanda qaçıb Türkiyədə gizlənməsi, doğmalarını Türkiyədə yerləşdirməsi, Türkiyədə kitab çıxarması... və s. və i. bütün bunlar – hiyləgər rus-erməni alyansının maskalanaraq İslam Konfransı Təşkilatına qatılmaq istəməsinə bənzəyir...
15) Son illər sağlam rəqabətə dözə bilməyən “arxaizm qoruğu” (bu deyimi Elşad Quliyev ümumən geridəqalmışlıq mənasında işlədib) olan AYB-nin rəhbərliyi bütün istedadlı yazarları, sədrə potensial rəqib olanları, ədəbiyyata yenilik gətirən gəncləri düşmən adlandırır. Belə iyrənc “ədəbi siyasətin” apofeozunu AYB katibliyinin imzası ilə dərc olunan “Düşmən ocaq başında” paskvili təşkil edirdi. Bu yazı AYB rəhbərliyinin qatı mühafizəkarlığını, müasir demokratik düşüncəni, fikir və rəy plüralizmini qəbul edə bilməyən köhnəlmiş təfəkkürünü bir daha ortaya qoydu. Müasir dövrlə ayaqlaşa bilməyən Anarın rəhbərlik etdiyi AYB-nin son illər gənc istedadlarla və mütərəqqi yazıçılarla apardığı mübarizə metodu belədir: “yalanı bol-bol və ardıcıl söylə, çoxlu şər-böhtan de, qara yax, öz adını özgəsinə qoyub adamları sarsıt və sıradan çıxart”...
Amma belə tərs amalla yaşamaq da bir yaşayış deyil.
16) “Canlı klassik” istedadlı yazıçılardan qorxduğu (qısqandığı, paxıllıq etdiyi, rəqib bildiyi) üçündür ki, diktat yolu ilə heç bir yazı-pozusu olmayan təsadüfi adamları birbaşa AYB-nin katibi postuna gətirir (1989-da, 2004-də) və heç bir ictimai rəyi nəzərə almır. Amma istedadlı yazıçıları öz kinli xasiyyəti ilə pisikdirib AYB-dən uzaq salır, onları az qala ənənəvi “vraq naroda” adlandırıb təşkilata yaxın buraxmır: Əkrəm Əylislini, Nəbi Xəzrini, Ələviyyə Babayevanı, Şamo Arifi, Kamil Vəlini, Akif Səmədi, Aqil Abbası, Rasim Qaracanı, Şərif Ağayarı, Elnur Astanbəylini, Rafiq Tağını, Seymur Baycanı, Akif Əlini... Amma hamıya məlumdur ki, bu adamlar ona görə “pisdirlər” ki, Anardan yaxşı yaza bilirlər. Vəssalam! Başqa səbəb yoxdur. Və görünür tarixi analogiya üzrə haçansa elə bir vaxt gələcək ki, AYB bu yazıçılara da “bəraət” verərək foyesində onların xatirəsinə dəmir lövhə asacaq!
30-cu illərdən qalma AYB-nin mahiyyəti belədir. Yoxsa bu qədər anormallıq olmaz ki, həqiqəti danışanların hamısı pisdir, hamısı yalançıdır, hamısı şərçidir, böhtançıdır - tək bircə sədrdən başqa! Tək o - pakdır, idealdır, toxunulmazdır... Arxasındakı xalça kimi cicili-micilidir...
Belə olmur!
Və belə olmayacaq!
***
Akif ƏLİ. "Ñамвел"ин ювладлары
..."Áþéöê Åрìÿíèñòàí", "ãÿäèì âÿ ìÿäÿíè åрìÿíè õàëãû" õöëéàëàрûíûí, "âÿùøè òöрêëÿр
(àçÿриëяр)" äàìüàñûíûí èçëÿрè îëàí ìÿíáÿëÿрäÿí áèрè äÿ XIX ÿñр ермяни éàçû÷ûñû Ðàôôèíèí "Ñàìâåë" рîìàíûäûр ( Ðàôôè "Ñàìâåë", Éåрåâàí, "Ùàéàñòàí" íÿøрèééàòû, 1971).
ßñÿрèí ãàéÿñè, ìöÿëëèô ìþâãåéè âÿ îáрàçëàрûí èôàäÿ òÿрçèíäÿêè þçöíÿìÿõñóñ
õöñóñèééÿòëÿр ìöàñèр ùàäèñÿëÿр ôîíóíäà ìàрàã äîüóрóр.
Ðàôôè рîìàíûí êîìïîçèñèéàñûíà "Ìþòÿрèçÿäÿ" áàøëûüû àëòûíäà òàрèõè ñÿíÿäëÿр ùàããûíäà
ýåíèø ìÿëóìàò äà äàõèë åòìèøäèр. Áóрàéà ÿäèáèí ãÿäèì Åрìÿíèñòàí ùàããûíäà îõóäóãëàрû, áèëäèêëÿрè òîïëàíìûøäûр. Åëìè-ïóáëèñèñòèê öñëóáäà òÿрòèá îëóíìóø áó ùèññÿäÿ èëê íÿçÿрè æÿëá
åäÿí - "Áåø... åрìÿíè ÷àéû: Äÿæëÿ, Ôÿрàò, Êöр, Àрàç âÿ Ôàçèñäèр."(ñÿù.143) Ëàêèí áèç ñþùáÿòèìèçèí àõàрûíà óéüóí åрìÿíè "ìÿäÿíèééÿòèíÿ" äàèр íèøàíÿëÿр àõòàрäûüûìûç äèýÿр
сÿùèôÿëÿрÿ áàõàã: Åрìÿíèñòàíäàêû "çèääèééÿòëÿрëÿ äîëó îëàí ãÿääàр òÿáèè øÿрàèò åéíè æöр äÿ ãÿääàр âÿ ãàáà àäàìëàр éåòèрìèøäèр... Ðàáèòÿ ÿëàãÿñèíè éåрëè õöñóñèééÿòëÿр äàùà äà ÷ÿòèíëÿøäèрèрäè. Þëêÿäÿêè ñàáèò âÿçèééÿò ÿíÿíÿëÿрèí ãîрóíìàñûíà ñÿáÿá îëóрäó êè, áóíóí íÿòèæÿñèíäÿ äÿ ìÿäÿíèééÿò âÿ òÿрÿããè ëÿíý èíêèøàô åäèрäè. Áèр âèëàéÿòèí àäàìëàрû ãàí ãàрäàøëàрûíûí äèëèíè áàøà äöøìöрäöëÿр..." (ñÿù.145)
Íåæÿ îëóр êè, ýöí÷ûõàíäàí ýöíáàòàíàäÿê Éåр êöрÿñèíèí éàрûäàí ÷îõóíà ñÿïÿëÿíìèø òöрêсойлу õàëãëàр ìöõòÿëèô äþâëÿò ãóрóëóøëàрûíäà, ñèéàñè ñèñòåìëÿрäÿ âÿ ÿрàçèëÿрäÿ éàøàñàëàр
äà áåëÿ, ùÿìèøÿ áèр-áèрëÿрèíè áàøà äöøìöø, äèëëÿрèíè àíëàìûøëàр, ëàêèí áèр îâóæ ÿрàçèéÿ ñûüûíìûø åрìÿíè òàéôàëàрû áèр-áèрèíèí "äèëèíè áàøà äöøìÿéèáëÿр?" Áó à÷ûãæà ýþñòÿрìèрìè êè, "Áþéöê
Åрìÿíèñòàí" ö÷öí íÿçÿрäÿ òóòóëìóø ÿрàçèëÿðèí ùå÷ äÿ ùÿр éåрèíäÿ åрìÿíèëÿр éàøàìàìûøëàр! Î ÿрàçèëÿрäÿ áàøãà-áàøãà òÿôÿêêöрÿ, äåìÿê ùÿì äÿ áàøãà-áàøãà äèëëÿрÿ ìàëèê òàìàì áàøãà-áàøãà òàéôàëàр, õàëãëàр éàøàìûøëàр...
×îõ áþéöê òÿÿññöôëÿ äåìÿê ëàçûìäûр êè, äèýÿр õàëãëàрûí âÿ ìèëëÿòëÿрèí ÿäÿáè-áÿäèè
àáèäÿëÿрèíè, òàрèõè, éàõóä ìöàñèр ÿñÿрëÿрèíè çÿррÿáèí àëòûíäà "èäåîëîúè åêñïåрòèçàäàí" кечирян
âÿ ôöрñÿò äöøäöêæÿ îíëàрà "èçì" äàìüàñû âóрìàãëà ìèëëè ìÿíÿâèééàòëàрû áóõîâäà ñàõëàéàí "áåéíÿëìèëÿë÷è" Мÿрêÿç áó ÿñÿрëÿ áàüëû îáéåêòèв ñþçöíö äåìÿìèøäèр. Âÿ ÿýÿр 1971-æè èëäÿ,
"èíêèøàô åòìèø ñîñèàëèçì" êîíñåïñèéàñûíûí øûäûрüû âàõòëàрûíäà Åрìÿíèñòàíäà áó æöр çèéàíëû
ÿñÿр äþâëÿò íÿøрèééàòû òÿрÿôèíäÿí 100 000 òèрàúëà ÷àï îëóíà áèëìèøäèñÿ, äåìÿê áó ýöí "àøêàрëûã”, “äåìîêрàòèéà" âÿ "ïëöрàëèçì" àäëàíàí ïÿрäÿëÿр àрõàñûíäà ìèëëÿò÷è øîâèíèñò
рóùëó, äàøíàêñàéàüû èäåéàëàр éàéàí æûçìàãàрàëàрûí, ñàõòàêàрëûãëàрûí, ôèòíÿ-ôÿñàäëàрûí âÿ áþùòàíëàрûí àéàã à÷ûá äöçö-äöíéàíû òóòìàñû, Ãàôãàç, Èòòèôàã âÿ äöíéà ìèãéàñûíäà
ùþрöì÷ÿê òîрóíà ÷åâрèëìÿñè ùå÷ òÿÿææöáëö äåéèëäèр. Òÿÿææöáëö îрàñûäûр êè, áèçèì þçöìöç èíäèéÿäÿê áÿçè èñòèãàìÿòëÿрäÿ èôрàò èíàìæûëëûã, áÿçè èñòèãàìÿòëÿрäÿ èñÿ
èôрàò ëàãåéäëèê ýþñòÿрìèøèê. Будур мясяля!
Dostları ilə paylaş: |