Verilənlərin xətti strukturu. Bu strukturda elementlər arasındakı əlaqələr hər hansı şərtin yerinə yetirilməsindən asılı deyil. Xətti strukturlar üç növə ayrılır: kartezian, sətir və siyahı.
Kartezian və ya düzbucaqlı struktur verilənlərin düzbucaqlı cədvəl şəklində yazılışı üsuluna deyilir.
Sətir strukturları elementlərin qoşulması və ayrılması üsulları ilə fərqlənən verilənlərin birölçülü, dinamik dəyişən strukturlarıdır
Siyahı strukturunda verilənlərin məntiqi sırası işarələrlə təyin edilir. İstənilən siyahı strukturu özündə hər biri iki sahədən ibarət olan elementlər yığımını əks etdirir: onlardan birində verilənlərin elementləri və ya onların işarələri, digərində isə siyahının növbəti elementlərinin işarələri yerləşmişdir.