Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə113/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   109   110   111   112   113   114   115   116   ...   274
Fərhad Bədəlbəyli.  

«Qəribliyin yuxusunda vətən var».  

«Kommunist» qəzeti  

11 avqust 1989 

 

1997-ci ilin yazında ABŞ-da olarkən səfirimiz Hafiz Paşayevin xahişi və yardımıyla 



mən Vaşinqtonda  bir neçə konqressmenlə görüşdüm.Erməni lobbisi və onun təsiri altında 

olan  bəzi  konqressmenlər  Azərbaycana  qarşı  yeni  bir  təxribat  hazırlayırdılar.  Seçiciləri 

arasında  ermənilərin  çox  olduğu  Kaliforniya  ştatından  Konqressmen  Şeirman  Dağlıq 

Qarabağa  yardım  təşəbbüsüylə  çıxış  etmişdi,amma  Dağlıq  Qarabağın  Azərbaycanın 

tərkibində  olması  göstərilmirdi.  Aprelin  29,30  və  mayın  1-də  səkkiz  konqressmenlə 

görüşüb ətraflı söhbət etdim. 

Vaşinqtondan ayrıldığım gün Amerikada yaşayan soydaşımız Elşən Ələkpərov məni 

hava  limanında  yola  salarkan  səfirliyimizə  telefon  etdi  və  məndən  muştuluq  istədi: 

Şeirmanın  təklifi  keçməmişdi.Bu  bizim  dirlomatların,hörmətli  prezidentimizin  apardığı 

düzgün siyasətin nəticəsi idi,bu işdə mənim də cüzi xidmətim oldusa,çox məmnunam.  

Vaşinqtonda  konqressmenlərlə  görüşlərim  mənə  bizim,Azərbaycan  deputatlarının 

Moskvada SSRİ Ali Sovetində gördüyümüz işləri,apardığımız söhbətləri,etiyimiz çıxışları 

xatırlatdı.Onu  bilirəm  ki,mübarizəmiz,istər  Moskvada,istər  Vaşinqtonda,istərsə  də  hər 

hansı  başqa  bir  nüfuzlu  ölkədə  olsun,hələ  uzun  çəkəcək.Ermənilərin  yüz  ildən  artıq  bir 

müddətdə  həm  də  ardıcıllıqla,sistemlə  apardıqları  təbliğat  işlərini  biz  hələ  yeni-yeni 

başlayırıq.Amma hər bir ədalətli mövqe  əvvəl-axır  hökman təsdiq olunursa, bizim haqq 

işimiz də bir gün  mütləq zəfər çalacaq. 

 «Amerikada on gün»  yol qeydlərindən  

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin