Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə227/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   223   224   225   226   227   228   229   230   ...   274
ÇİNGİZ  ABDULLAYEV:  «Anna Karenina» 

ANAR: Bəli,amma eyni zamanda da «Madam Bovari» bu süjetdədir.Süjetin görünür 

bir  o  qədər  əhəmiyyəti  yoxdur.  «Anna  Karenina»  rus  romanıdır,rus  xarakteri,rus 

insanlarıdı,  «Madam  Bovari»  də  fransız.Demək  məsələ  süjetdə  deyil.  Məsələ  o  süjetin 

içində olan həyat materialı,milli xarakterlər,həyat tərzindədir.Əsas bax budur. 

Üçüncü məsələyə keçək Azərbaycanda rus məktəblərinə. Xahiş edirəm bunu heç kəs 

özünə  götürməsin,sən  də  incimə,mən  də  inciməyəim,heç    kəs  inciməsin.Çünki  biz 

doğrudan  da  ziyalılığı  boynumuza  götürmüşüksə,ziyalılıq  çox  şey  bilməkdir,çox  şey 

oxumaqdır.Rus məktəbini qurtaran Azərbaycan yazıçısı rus ədəbiyyatını gözəl bilir,dünya 

ədəbiyyatını  gözəl  bilir,amma  «Dədə  Qorqud»u  bilirmi,Füzulini  bilirmi,Sabiri 

bilirmi,Vaqifi  bilirmi,Cəlil  Məmmədquluzadəni  bilirmi?Bilmirsə,demək  bu  da  tam  ziyalı 

deyil.Fransız  ziyalısı  Azəbaycan  ədəbiyyatını  bilməsə  də  ziyalı  ola  bilər  Amma 

Azərbaycan  ziyalısı  öz  ədəbiyyatını  bilmirsə,deməli  bu  yarımçıq  ziyalıdır.İstəsək 

də,istəməsək  də  rus  dilində  və  Azərbaycan  dilində  təhsil  ayrı-ayrılıqda  bütöv  ziyalıların 



580 

 

yetişməsinə  təminat  vermir.O  zaman  çıxış  yolu  kimi  mən  təkliıf  edirdim  ki,  çalışmaq 



lazımdır  rus  məktəblərində  Azərbaycan  dili  və  Azərbaycan  ədəbiyyatı  ciddi  dərs  kimi 

keçilsin və Azərbaycan məktəblərində də rus dili ciddi dərs kimi keçilsin. Bu məktəbləri 

qurtaranlar  heç  fərqlənməsin,  hər  iki  dili    eyni  səviyyədə  bilsinlər.Deyirsən  rus 

məktəblərində  «Robison  Kruzo»nu  oxuyurlar.  Düzdür.  Amma  «Məlik  Məmməd»dən 

xəbərləri  yoxdur.  Demək  bu  da  kəmsavadlıqdı,tam  savadlı  olmaq  deyil.Çingiz,özün 

deyirsən ki, yazıçılar uşaqlarını rus məktəblərinə vermədilər. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin