ANAR – AMBARYAN
İndi hamımızın tanıdığımız və sevdiyimiz istedadlı yazıçımız Anar ADU-nun
filologiya fakultəsində oxuyurdu. Mən də fakültənin müəllimi idim. Anarı çalışqan, milli
ruhlu, vətənpərvər, abırlı-həyalı bir gənc kimi tanıyırdım. Dekanlıqda ciddi bir söhbət
gedirli ki, hərbi kafedrada podpolkovnik Ambaryan Anarla tutuşub, onu imtahandan
kəsmək, qiymət vermək istəmir. Məsələ ciddidir. Ambaryan Anarı Univrsitetdən
qovdurmaq, məcburi hərbi xidmətə göndərmək qəsdindədir. Həm də Anar haqqında
həqiqətə uyğun olmayan söz-söhbətlər yayır. Mən Ambaryanı və hərbi kafedrada işləyən
azerbaycanlı zabitləri tanıyırdım. Onlarla söhbətləşdik, amma ümid az idi. Anarın
savadına, ciddiliyinə, məsuliyyət hissinə mənim şübhəm yox idi. Ancaq onu da
öyrənmişdim ki, Ambaryan məşğələlərdə tələbələrin, xüsusilə qarabağlı gənclərin
ünvanına təhqiramiz sözlər işlədir. Anarın da Ambaryandan və onun dərsindən zəhləsi
gedirdi. İş elə gətirdi ki, Ambaryan jurnalistika şöbəsinin rus bölməsində oxuyan, həm də
vecsiz oxuyan bir yaxın qohumunu məndən xahiş edəsi oldu. Özü də iki fənndən
imtahandan. Söhbətimiz qəti oldu. Ona bildirdim ki, əgər haqsız yerə incidilən Anara
qiymət verməsə, qohumu da qiymət almayacaq. Məsələ necə deyərlər həll olundu.
Dostları ilə paylaş: |