Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə251/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   247   248   249   250   251   252   253   254   ...   274
ELMİRA AXUNDOVA . 

 «Sizin aranızda ən böyük dissident mən özüm idim». 

Heydər Əliyev haqqında xatirələrdən.  

«Azerbaydjanskie İzvestya» qəzeti 15 iyun 2007. 

 



602 

 

1976-cı ildə Anarın «Qəm pəncərəsi» əsərinin motivləri əsasında «Dindirir əsr bizi» 



adlı  tamaşa  çəkdim.  Çox  təəssüf  ki,  cəmisi  bircə  dəfədən  sonra  televiziyanın  o  vaxtkı 

rəhbərliyi  tamaşanının  mürəkkəb  çalarlarından,  kəskinliyindən  ehtiyatlanıb  onun 

nümayişini həmişəlik dayandırdılar. 

RAMİZ  HƏSƏNOĞLU 

(«Maarifçi» qəzeti) 

 

Problem onda idi ki, televiziyaya qeyri peşəkar ,kino istehsalatından başı çıxmayan 



adamlar rəhbərlik edirdi. Mən Səttar haqqında filmi tamamlayandan sonra o vaxt Radio-

televiziya  Komitəsinin  sədr  müavini  işləyən  Nəbi  Xəzri  filmə  baxıb:  -Bü  nədir?  -  dedi  - 

Sən onu meymuna dönlərmisən. Mən belə filmi qəbul edə bilmərəm. 

Durub getdi. Anarla məsləhətləşdik, o MK-ın idealogiya üzrə katibi Cəfər Cəfərovun  

yanına getdi. Cəfərov filmə baxıb heyran oldu:  

-Dahiyanədir - dedi və bununla bütün söhbətlər kəsildi. 

Anarın ssenarisi əsasında çəkilmiş  

«Bu - Səttar Bəhlulzadədir» filminin quruluşçu rejissoru  

«RAMİZ AXUNDOVUN Mən hər şeyi demişəm»  

başlıqlı söhbətindən . 



«Exo» qazeti 13 yanvap 2007 

 

70-ci illərin sonu. Tədris teatrında Anarın «Zəncirbənd» qaravəllisini səhnələmişəm, 



daxili baxış gedir -sonunda rəhbərlik tamaşanın oynanılmasına izn verməlidir. Toplaşanlar 

gülür,  amma  və  lakin  İncəsənət  İnstitutunun  o  vaxtkı  rektoru,hörmətli  akademik  Aslan 

Aslanov gülmür. Fasilədə bəndənizi  kabinetinə çağırır və əsərin mətnini tələb edir. Mən 

hələ heç nə anlamıram. Akademik personajların siyahisini diqqətlə gözdən keçirir və əsəbi 

halda  rejissoru  danlamağa  başlayır.  Yalnız  bundan  sonra  məsələni  anlayıram.  İş  bu 

ki,qaravəlli canrına uyğun  dramaturq personajların adlarını və soyadlarını eyni sözlərdən 

tərtib  edib:  Əvəz  Əvəzov,  Səməd  Səmədov,  Əhməd  Əhmədov  və  s.  Rektorun  qəzəbinə 



603 

 

səbəb  o  oldu  ki,sən  demə,bir  çox  personajların  «adaşları»  Mərkəzi  Komitədə,Nazirlər 



Sovetində,Təhsil  Nazirliyində,  Elmlər  Akademiyasında  və  başqa  strukturlarda  vəzifə 

başındadır.Tamaşada  isə  hər  personacın  səhnəyə  gəlişindən  öncə  iri  tablolarda  yazılmış 

adları təqdim olunurdu… 

-Məni  hamıyla  düşmən  eləmək  istəyirsən?  Bütün  adları  dəyiş.-Baş  üstə.  Amma 

birdən yeni adların da prototipi… Üzr istəyirəm, analoqu çıxsa? 

Çox müşkül məsələylə uğraşmalı oldum.Elə ki,bir ad təklif edirdim, akademik azca 

düşünüb rədd edirdi, çünki məlum olurdu ki, bu adda filan yerdə şöbə müdiri var ya filan 

nazirliyin  məsul  işçisidir.  Nəhayət,  rektor  təslim  oldu  və  bundan  bir  az  da  qeyzləndi:  - 

Pyesi  götürəndə  gərək  düşünəydin.  Ağzıgöyçəklər  əyri  yozub  hər  şeyi  Aslan  Aslanovu 

adına yazacaqlar.  

Əsl  qaravəlli  bu  idi,  yazıqlar  olsun  ki,  olayı  tamaşaya  sala  bilmədiym,  amma  və 

lakin teatrın direktoru İsrafil İsrafilov mənlə razı deyildi. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin