DİALOQ AVRASYA PLATFORMU 7 -Cİ ÜMUMİ
İCLASININ AÇILIŞINDA ÇIXIŞI
Sayın Başqan, əziz dostum İlbər Ortaylı, sayın qatılımçılar, dəyərli Mediya
mənsubları!
Altı il öncə Dialoq Avrasya platformunun təməli qoyularkən demişdim ki,
İstanbulda Asiyayla Avropanı birləşdirən iki körpü var, qoy bizim bu təşkilatımız da iki
qitəni birbşdirən Üçüncü körpü olsun -mənəviyyat, mədəniyyət körpüsü. Bu aradan keçən
illərdə gördük ki, doğrudan da belə oldu. Bir dostluq, anlaşma, barış körpüsü - mənəviyyat
körpüsü qurduq.
Avrasya anlayışı mürəkkəb və çoxyönlü anlayışdır. Coğrafi anlamda Avropanın bir
ucu Pireney yarımadasında İspaniya və Portegizdə, bir ucu Uraldadır. Asiya də Ural
dağlarından Doğuda Yaponiyaya, Güneydə İndoneziyaya qədər uzanır. Amma biz bu
anlayışı bir qədər dar çərçivədə ələ aldıq - əsasən iki dili - Türkiyə türkcəsini və rus dilini
anlayan ölkələri əhatə etdik. Jurnalımız da məhz bu çoğrafiyanın anlaşdığı iki dildə - tükcə
və rusca çıxır. Bu toplantımızın Mediyanın Dialoqda roluna həsr olunması çox önəmlidir.
Mediya XX və bəlkə də yeni başlamış XXI əsrlərin ən güclü silahıdır. Bu silah xoşgörülü,
obyektiv, vicdanlı qəzetəçilərin əlində olanda Xeyrə, Barışa xidmət edir. Burda toplaşan
jurnalistlər və burda olmayan bir çoxları məhz bu məqsədlərlə çalışırlar.
Azərbaycanda basın (mətbuat) tam sərbəstdir. Rəhmətlik Prezidentimiz Heydər
Əliyevin hakimiyyətdə olduğu dövrdə senzura aradan qaldırıldı. Mən də, burda iştirak edən
yazar dostum Elçin də Sovet dönəmində senzuradan az çəkməmişdik və bütün
aydınlarımız kimi biz də senzuranın ləğvini böyük sevinclə qarşıladıq.
Amma rəsmi senzuradan daha önəmli bir senzura da olmalıdır - yazı yazanın vicdanı
və sorumluluğu-məsuliyyəti. Hər zaman ABŞ-da eşitdiyim və əbədilik yadımda qalan
sözləri təkrar etməkdən yorulmuram, Amerika Televiziya-sında çıxış edənlərdən biri
deyirdi ki,bu ölkənin Doğu sahilində Nyu Yorkda Azadlıq abidəsi ucalır. Bir abidə də
Amerikanın Batı sahilində Sakit okean sahilində ucaltmalıyıq - Məsuliyyət abidəsi. Çünki
243
hər bir ölkə, hər millət, hər toplum-cəmiyyət yalnız Azadlıqda Sorumluluq-Məsuliyyət
arasında yaşaya bilər, Azadlıqsız sorumluluq olmadığı kimi məsuliyyətsiz hürriyyət də
yalnız başıpozuqluq və anarşidir.
Dünyada və o cümlədən nə yazıq ki, bizim ölkələrdə - namuslu mətbuatdan başqa
sarı mətbuat da var. Və bu sarı mətbuat zəhərli qələmlərin yuvasıdır. Sovet dönəmində,
özəlliklə 20 və 30-cu illərdə «qırmızı terrordan» bəhs olunurdu. Bu gün terroru əbəs yerə
İslamla bağlamağa cəhd edirlər, «yaşıl terrordan» dəm vururlar. Amma bəlkə ən təhlükəli
terror - «sarı terrordur» - sarı mətbuatın terroru, insanları böhtanlarla, iftiralarla, yalanlarla
gündən-günə misqal-misqal zəhərləyən sarı terror.
Bu terror ayrı-ayrı şəxsləri, hədəfə alanda da son dərəcə ziyanlıdır, amma bütün bir
ölkəyə, xalqa qarşı yönəldiləndə daha böyük fəlakətlərə bais olur. Çox-çox təəssüf ki,
bizim xalqın ən ağır yarası olan Qarabağ məsələsi bir çox vaxtlarda dünya medyasında
məhz belə «sarı terror» - yəni faktların qəsdən və qərəzlə təhrif olunması vasitəsiylə
ictimaiyyətə təqdim olunur. Ən yumşaq halda hər iki tərəfı suçlayırlar. Bizim suçumuz
nədir? Biz ki, heç bir qonşu dövlətin bir qarış torpağını belə zəbt etməmişik, bizim
torpaqlarımızın iyirmi faizi işğal edilib, bir milyon qaçqınımız var,yəni hər səkkiz nəfər
Azərbaycanlıdan biri ağır qaçqın həyatı sürür. Ən yaxşı halda bizi güzəştə dəvət edirlər.
Biz nəyi güzəştə getməliyik? Hər iki tərəfin güzəştini isə təxminən belə təsəvvür edirlər -
birisi qonşusunun dörd otaqlı mənzilinin iki otağını zəbt edib, sonra «güzəştə» gedərək bir
otağı qaytarır, birini mənimsəyir. Belə güzəşt olar? Mən bir yazar kimi də, bir ata və baba
kimi də savaşın əleyhinəyəm, heç vaxt istəmərəm ki, insanların qanı tökülsün nə Azəri
qanı, nə erməni ya hər hansı başqa xalqm qanı, amma Qarabağ bizimçün şərəf və vətən
məsələsidir. Biz bu ağır sorunu övladlarımıza miras qoya bilmərik. Heç kəs istər iqtidar,
istər müxalifət olsun Qarabağın itirilməsiylə heç vaxt razılaşmaz və biz dədə-baba
torpaqlırımızı nə yolla olur olsun qaytaracayıq.
Mən ona da inanıram ya bəlkə inanmaq istəyirəm ki, gec-tez Ermənistanda da ayıq
başlar söz sahibi olacaq və bu əsassız torpaq iddialarının yalnız Azərbaycana və
Türkiyyəyə deyil Ermənistanın özünə də sağalmaz zərbə vurduğunü dərk edəcəklər. İşğal
244
olunmuş torpaqlarımız azad olunandan sonra, Qarabağda yaşayan bütün insanların -
Azərilərin də, ermənilərin də hüququ və təhlükəzisliyi Azərbaycan Ana Yasası
çərçivəsində təmin olunandan sonra, Ermənistan Türkiyəyə ərazi və «soyqırım»
iddialarından əl çəkəndən sonra bu ölkə onu boğan təcrid hasarlarından çıxa bilər və bizim
bu toplantılara da qatıla bilər. Nədən də qatılmasın? Ermənistan bu çoğrafiyanın
məmləkətidir və qonşularına düşmən gözüylə baxmasa Avrasiya ailəsində yer tuta bilər.
Ermənistanda ayıq başlar varsa gec-tez qonşu torpaqlarına tamah salmağın, qonşulara
nifrət və kin bəsləməyin axırı olmadığın anlayacaqlar.
Bu il YUNESKO-nun da elan etdiyi kimi Mevlana ilidir. Böyük Cəlaləddin Rumi
insanları dinindən, dilindən, irqindən asılı olmayaraq qardaşlığa, xoşgörüyə, dözümlülüyə-
tolerantlığa, barışa çağırırdı. Biz bu mənəvi mirasa sahib çıxmalıyıq və sözümü başqa bir
böyük şairin -Nazım Hikmətin misralarıyla bitirmək istəyirəm: Yaşamaq bir ağac kibi tək
və hürr və bir orman kibi kardeşcesine.
8 aprel, 2006, Antalya
|