TÜRK DÜNYASI BİRİNCİ BEYNƏLXALQ
MƏDƏNİYYƏT QURULTAYININ AÇILIŞINDA ÇIXIŞI
Sayın vali, sayın rektor, əziz dostum Fikrət Türkmən bəy! Azərbaycan Yazıçılar
Birliyi adından bu möhtəşəm Qurultayı salamlayıram. Səksən il bundan qabaq 1926-cı ildə
Bakıda tarixdə ilk dəfə Birinci Türkoloji Qurultay keçirildi. O zaman tək bağımsız
(müstəqil) türk dövləti vardı - Türkiyə. İndi uluslararası tədbirlərdə altı müstəqil türk
dövlətinin bayraqları dalğalanır, Türk düyasının toplantılarında yeddinci bir bayrağı -
Qüzey Kiprıs Türk Cümhuriyyətinin bayrağını da qürurla seyr edirik. Tarixin, taleyin hər
bir xalqa qismət etdiyi ən böyük mutluluq, səadət -bağımsızlıq, müstəqillikdir. Nə yazıq ki,
biz Azərilər bu mutluluğun, bu bəxtiyarlığın dadını yetərincə çıxara bilmədik, çünki
qəblimizdə Qarabağ adlı böyük bir yara var. Kiprıs sorunu tək Quzey Kiprısın və
Türkiyənin deyil, bütün Türk dünyasının sorunu olduğu kimi Qarabağ dərdi də tək
Azərbaycanın deyil, bütün Türk dünyasının dərdidir.
Bu Qurultayımız kültür, mədəniyyət qurultayı olması çox önəmlidir. Azərbaycanın
və Türk dünyasının böyük şairi Hüseyn Cavid deyir ki, «Turana qılmcdan daha kəsgin ulu
qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!»
Doğrudan da bu gün Türk dünyasına siyasi və iqtisadi gəlişmə qədər, bəlkə onlardan
da vacib olan mədəniyyətdir. Bəzən «türk xalqları tarix yazmayıblar, tarix yaradıblar»
deyirlər. Bəzən də «qılınc bizim əlimizdə olub, qələm düşmənlərimizin» deyə öyünür ya
heyfslənirik. Öz tariximizi özümüzün yazmağın zamanı gəldi və tarixi yaratmaq qədər
tarixi yazılı mətnlərdə əks etmək də son dərəcə önəmlidir. Bu gün biz hamımızın, bütün
türk xalqlarının bilim adamlarının, qələm sahiblərinin qeyrətiylə Ortaq türk tarixi, Ortaq
türk ədəbiyyatı tarixi, ortaq lüğətlər, terminlər yaratmalıyıq. Türk dünyasının ortaq
informasiya bankı yaranmalıdır və həqiqətlərimizi dünyaya çatdırmağı bacarmalıyıq.
Hər bir türk xalqı tarixən formalaşmış öz dilini qoruyub saxlamaqla Türkiyə türkcəsi
aramızda iletişim (ünsiyyət, rabitə, əlaqə) dili olmalıdır. Keçmiş sovet Cümhiriyyətlərinin
müstəqilliklərini elan etmələrindən on beş-on altı il keçir, hələ də bir-birimizlə rus dilində
246
danışırıq. Mən qətiyyən rus dilinin əlyhinə deyiləm. Mənim mənəvi aləmimdə, müəyyən
bilik və savad qazanmağında bu dilin müstəsna rolu var. Amma mən istəyirəm ki, bir
qazax bir Azərbaycanlıyla, bir özbək tatarla yalnız rus dilində deyil, həm də Türkiyə
türkcəsində danışsınlar. Esperanto sayağı süni Ortaq dil yaratmaq xulyalarına uymaq-dansa
türk xalqları içində ən zəngin dövlətçilik gələnəyinə (ənənəsinə) sahib olan bir ölkənin dili
- Türkiyə türkcəsi Türk dünyasının iletişim (ünsiyyət) dili olimaladır. (Bu təklifım
qurultaym Sonuc bildirgəsində - Yekin bəyanatında öz əksini tapdı - A.)
Türk dünyasım mənəvi və mədəni həyatınm inkişafı və zənginləşməsi yolunda bura
toplaşan bilim adamlarına başarılar dilərəm.
Dostları ilə paylaş: |