Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə54/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   274
 

 


239 

 

ŞİMALİ KİPR TÜRK RESPUBLİKASINDA KEÇİRİ-LƏN BEYNƏLXALQ  



KONFRANSDA ÇIXIŞ 

 

Əziz  dostlarım!  Türk  dünyasının  ayrılmaz  parçası  olan  Quzey  Kiprısın  bu  cənnət 



guşəsində  keçirdiyimiz  konfransa  dəvət  olunduğuma  körə  sizlərə  təşəkkür  edir  və  bu 

toplantının başarılı olmasına görə hamınızı təbrik edirəm. Xahiş edirəm ki, siz də bizi, yəni 

məni  və  Bakıdan  gəlmiş  dəyərli  arxadaşım  professor  Vaqif  Fərzəliyevi  təbrik  edəsiniz, 

çünki bu gün mayısın 28-i bizim  milli bayramımızdır.Azərbaycanın ilk dəfə 1918-ci ildə 

baxımsızlığını elan etdiyi günün 75-ci ildönümüdür. Düz yetmiş beş il bundan öncə İslam 

və  Türk  dünyasında  ilk  Cumhuriyyət  Azərbaycanda  yarandı  və  nə  yazıq  ki,  bu  gün  - 

baxımsızlığımızı  yenidən  bərpa  etdiyimiz  bu  günlərdə  bir  gözümüz  gülür,  bir  gözümüz 

ağlayır. Azərbaycan torpağına azğın təcavüz davam edir və bizə acı çəkdirən bir də odur 

ki, bu azğın saldırı bütün dünyanın gözləri qarşısında baş verir. Dünya da, dostlarımız da 

bu olaylara seyrçi münasibət bəsləyirlər. Bizdə belə bir söz var: yağmasan da gurulda. Nə 

yazıq ki, dostlarımız nə yağır, nə də heç olmasa guruldayırlar. Amma seyrçi münasibətin 

seyrçilərin  özlərinin  başlarına  nə  oyunlar  açdığını  tarixdən  yaxşı  bilirik.  1938-ci  ildə 

Münihdə  İngiltərənin  Baş  Bakanı  Çemberlen  və  Fransanın  Baş  Bakanı  Daladye 

Çexoslovakiyanın təklənməsinə biganə qaldılar, kiçik bir xalqın müsibətinə nəinki seyrçi 

münasibət bəslədilər, həm də müdafiəsiz ölkəni Hitlerin quduz iştahına qurban verdilər.  

Amma  az  sonra  bunun  nə  bahasına  başa  gəldiyini  də  gördülər.  Hitlerin  əsgərləri 

Parisin küçələriylə addımladılar və alman təyyarələri ingilis şəhərlərinin üstünə bombalar 

yağdırdılar.  Mənə  tarixi  xatırladıb,  «amma  hər  halda  ikinci  dunya  hərbi  Berlində, 

Almaniyanın  tar-mar  olmasıyla  bitdi»  - deyə  bilərsiniz.  «Doğrudur,  fəqət  bunun  yolunda 

60  milyon  insan  öz  hayatlarını  qayb  etdi»  -  qarşılığını  da  verə  bilərəm.  Biz  də  bu  gün 

torpağımıza  təcavüz  edən  düşmənin  məğlub  olacağına,  bizim  döyüşlərdən  zəfərlə 

çıxacağımıza,  savaşı  qazanacağımıza  inanırıq,  amma  dünyanın  və  dostlarımızın  seyrçi 

mövqeyi bu qələbənin minlərlə, on minlərlə insanın həyatı bahasına başa gəlməsinə səbəb 

ola bilər. 




240 

 

İstər-istəməz siyasi məsələlərə toxunsam da və konfransımızın  adında siyasət sözü 



olsa  da,  bir  yazar  kimi  daha  çox  kültür  məsələləri  üzərində  dayanmaq  istərdim...  Bu 

mövzuların  da  ən  vacib  olanı  dil  məsələsidir.  İllərdən  bəri  muxtəlif  turk  xalqlarının  dil 

çəhətdən  bir-birlərinə  yaxınlaşmasının  konkret  yolları  haqqında  çıxışlar  edirəm.  Yenə  də 

bu mövzuya diqqətinizi çəkmək istəyirəm. Baxın burda, konfransı keçkrdiyimiz bu salonun 

səhnəsi üstündə nə yazılıb: «Türk cümhuriyyətləri arasında politik, ekonomik və kültür iş 

birliyi».  Bu  Türkiyə  türkcəsidir.  Biz  Azəri  türkləri  ərəb  mənşəli  «Cümhuriyyət»  sözü 

əvəzinə  latın    mənşəli  «Respublika»  sözünü  işlədirik.  Amma  o  biri  tərəfdən  də  sizin 

işlətdiyiniz      Avropa  mənşəli    «politik»,  «ekonomik»  və    «kültür»  əvəzinə  yenə  də  ərəb 

mənşəli «Siyasi», «iqtisadi» və «mədəni» sözlərini işlədirik.  

Hansı  daha  yaxşıdır,  hansı  daha  məqsədəuyğundur,  bilmirəm,  bildiyim  odur    ki, 

gəlin  Avropa  ya  Şərq  mənşəli  sözləri  işlədəndə  müəyyən  bir  prinsipə  əsaslanaq  və  bu 

prinsipə   Türkiyə türkcəsində də, azəri türkcəsində də, başqa türk xalqlarının dillərində də 

riayət  edək.  Dil  birliyi,  daha  doğrusu,  dillərimizin  yaxınlaşdırılması  məhz  bu  sahədə  - 

ümumi  terimlər-  istilahlar    qəbul  etmək  sahəsində  daha  səmərəli  ola  bilər;  ya  hamımız, 

tutaq  ki,  respublika,  politika,  ekonomika,  kültür  deyək,  ya  da  hamımız  cümhuriyyət, 

siyasət,  iqtisadiyyat,  mədəniyyət.  Dil  sahəsində  yaxınlaşmağımız  bugünkü  gerçəkliklərə 

göz yummaqla təsbit edilə bilməz. Müstəqil ədəbi dil olan azəri türkcəsinə ləhcə deyəndə 

bu  bizə,  hər  halda  şəxsən  mənə  toxunur.  Dəfələrlə  dediyim  kimi,  ləhcəylə  evdə,  küçədə, 

bazarda danışmaq olar, ədəbi dil ləhcə deyil. Məsələn, heç kəs Ukrayna, bolqar, polonya, 

çex, ya serb dillərinə slav dilinin ləhcələri demir, bunları müstəqil dil sayır, niyə slav dilləri 

qədər  bir-birindən  fərqlənən  Azərbaycan,  qazax,  qırğız,  özbək,  tatar  və  başqa  dillər 

müstəqil  dil  deyil,  ləhcə  sayılmalıdır?  Bu  dillərin  bu  gün  eyni  bir  dil  olması  yalnız 

gerçəklikdən uzaq bir xəyaldır. Niyə öz-özümüzü aldadırıq? Xatırlayıram ki, bir il qabaq 

Ankarada keçirilən Turk dünyası yazarlarının toplantısında başqa Türk cümhuriyyətlərinin 

nümayəndələri  də  iştirak  edirdi.  Türkiyəli  natiq  danışan  zaman  sağımda  və  solumda 

oturmuş qazax, qırğız və tatar yazıçıları məndən rus dilində soruşurdular:  -O nə deyir?  -




241 

 

Deyir  ki,  bizim  hamımızın  dili  birdir-  deyə  rusca  çavab  verdim.  Onlar  da  yenə  rusca:- 



Düzdür, düz deyir, tamamilə doğrudur, - dedilər.  

Gülürsünüz?  Amma  mənimçün  bu  gulməli  yox,  çox  kədərli  bir  olaydır.  Çünki 

dillərimizi doğrudan da bir-birimizə yaxınlaşdırmaqdan ötəri, yalnız təkcə dillərimizi deyil

həm  də  ədəbiyyatlarımızı,  sənətlərimizi,  deməli  xalqlarımızı  bir-birinə  daha  yaxın  etmək 

üçün  konkret  işlər  görməkdənsə  -  xəyallara  və  duşlara  qapılırıq.  Məlum  həqiqətdir  ki, 

xalqların  bir-birinə  məhrəm  olması  üçün,  bir-birini  daha  yaxın  tanıması  və  daha  yaxşı 

duyması  üçün  ən  qısa  arac,  vasitə  ədəbiyyatdır.  Bizdə,  azərilərdə,  belə  bir  misal  var: 

Soruşurlar: - Qardaşın necə adamdır? Cavab verir:-Bilmirəm, yoldaş olmamışam. 

Biz  də  qardaşıq,  amma  hələ  yoldaş  olmamışıq.  Qardaşlığımız  doğadandır, 

təbiətdəndir,  Allahdandır.  Yoldaşlığımız,  yəni  bir-birimizə  yaxından bələd olmağımız  isə 

özümüzdən, 

öz 


iradəmizdən, 

səyimizdən, 

qeyrətimizdən 

asılıdır.Gəlin 

aydınların,ziyalıların, elm və sənət adamlarının omuzuna düşən bu görəvi, vəzifəni şərəflə 

yerinə yetirək.  



28 may 1993 

 

 




242 

 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin