Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə171/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   167   168   169   170   171   172   173   174   ...   274
Tərtibçilər 

 

AZƏRBAYCAN SSR PREZİDENTİ 

A.N.MÜTƏLLİBOV YOLDAŞA 

 

Hörmətli Ayaz Niyaz oğlu! 

Sizə  məlum  olduğu  kimi,respublikamızda  yaranmış  fövqəladə  dərəcədə  mürəkkəb 

şəraitdən narahat olan Azərbaycan elm xadimlərinin və yaradıcı ziyalılarının bir dəstəsi bu 

il  (1990-red.)  aprelin  axırlarında  hadisələrin  növbəti  gedişatından,  Azərbaycanda 

rəhbərliklə  demokratik  hərəkat  arasında  milli  həmrəyliyin  olmamasından  irəli  gələn 

həyəcan və qayğılardan ibarət bəyanatla çıxış etmişdilər. 

Bizim  səsimiz  eşidildi  və  mayın  10-da,hələ  prezident  deyilkən,şəxsən  görüş  vaxtı 

Siz  irəli  sürdüyümüz  belə  bir  ideyanı  müdafiə  etdiniz  ki,Məsləhət  Şurası  yaradılsın  və 

rəhbərliyin,Xalq Cəbhəsinin,ziyalıların nümayəndələri bir yerdə və konsensus əsaslarla bu 

Şurada respublikanın ən mühüm ictimai-siyasi məsələlərinin həlli üzərində işləsinlər. 

Sizin  prezident  seçilməyinizlə  respublikada  dövlət  hakimiyyətinin  möhkəmlənməsi 

üçün  real  əsaslar  yaranacağını  düşündük.  Şura  da  qarşılıqlı  razılığa  əsasən,bu  çox  vacib 

addımın atıla bilməsindən ötrü əlindən gələni etdi. 

 

Lakin  vəziyyətin  sonrakı  inkişafı  həyəcan  doğurmaya  bilmir.Azərbaycanda  ictimai 



qüvvələr  arasında  təzəcə  baş  tutan  qarşılıqlı  əlaqə  tərəqqi  tapmadı.Respublika  Ali 

Sovetinin bir gündə 26 Qanun - özü də ən azı yarısı birinci dərəcəli əhəmiyyətə malik olan 




493 

 

26 Qanun - müzakirə etmiş sessiyası - seçkilər barədə də sənəd - ictimaiyətin ən müxtəlif 



dairələrində anlaşılmazlıqla qarşılanmış Seçki Qanunu qəbul etdi. 

Fövqəladə  vəziyyət  şəraitində  seçkilər  keçirmək  ümumiyyətlə  asan  məsələ 

deyil,seçki  kompaniyasına  ayrılan  ifrat  dar  müddət-hətta  Konstitutsiyadakı  minimum 

normativin  -  3  ayın  əvəzinə  2  ay  isə,bizcə,müxtəlif  ictimai  qüvvələr  tərəfindən 

namizədlərin  səhvsiz  irəli  sürülməsi,  seçkilərin  özünün  keçirilməsi  və  deməli  xalqın  öz 

iradəsini real ifadə edə bilmək imkanlarını şübhə altına alır. 

Respublikanın  başı  üstünü  məhz  elə  təhlükə  alır  ki,dəhşətli  nəticələrini  biz  artıq 

görmüşük:  əsas  aparıcı  qüvvələr  arasında  qarşıdurma  təhlükəsi,təkbaşına  hərəkətlər 

təhlükəsi,milli həmrəyliyin yoxluğu  təhlükəsi… 

Bu,  kənardan  gələn  və  tükənmək  bilməyən  fitnə-fəsadlara  ciddi  daxili  çətinliklər 

əlavə edilir. Tələm-tələsik seçgilərə cavab olaraq aclıqlar elan edilməsi, seçkilər haqqında 

Qanunun kifayət qədər düşünülməmiş,naqis və hüquqi sınaqdan çıxmamış olmasına qarşı 

Azərbaycanın  demokratik  qüvvələrnin  forumunun  bəyanatındakı  qəti  etiraz,həmçinin 

qüvvəyə  minəndən  dərhal  sonra  həmin  qanunun  çoxlu  pozuntulara  imkan  yaratması  -- 

bütün  bunlar  dediklərimizə  sübutdur.Belə  bir  şəraitdə  Məsləhət  Şurası  öz  sözünü  deyə 

bilərdi və deməli idi,lakin bədbəxtlikdən onun fəaliyyətinin başlanması ilə qurtarması bir 

oldu.Biz 

AXC-nin 


rəhbərliyini  əməkdaşlığa  hazır  olmamaqda  .günahlandıra 

bilmərik,ziyalıların  da  həmrəylik  əldə  edilməsi  işinə  hər  cür  kömək  etmək  istəyi 

azalmamışdır. 

Lakin  o  da  həqiqətdir  ki,şuranın  işi  dayanmışdır  və  buna  görə  biz  xüsusilə 

müəmmalı  vəziyyətdə  qalmışıq,çünki  Xalq  Cəbhəsinin  nümayəndələri  rəhbərliklə 

əməkdaşlıqın mümkünlüyü barədə bizim təminatımıza inanmışdılar və  indi həmin təminat 

təəssüf  ki,hələ  də  yerinə  yetirilməmiş  halda  qaldığından  bizim  hərəkətlərimizin 

səmimiyyəti haqlı olaraq şübhə altına alınır. 

Biz  hər  cür  siyasi  təkəbbürdən  uzağıq  və  peşəkar  siyasətçi  roluna  namizədlik 

iddiasında  da  deyilik.  Lakin  ictimai  gərginliyin  gündən-günə  artdığı,Azərbayan  xalqının 

yenidən dəhşətli sarsıntılar perspektivi qarşısında qaldığı bir şəraitdə qarşılıqla anlaşma və 



494 

 

milli həmrəylik əldə olunma işinə şəxsi payımızı əlavə etməyi də bizlərdən hər birimiz öz 



borcu hesab edir. 

Həqiqətən azad və səmərəli seçkilər keçirilməsini təmin etmək vacibdir,bünün üçün 

isə seçki kompaniyasının müddəti uzadılmalıdır. 

Bütün  ictimai  qüvvələrə  seçkiqabağı  mübarizə  aparmaq  üçün  bərabər  imkanlar 

yaradılmalıdır. 

İndiki  hakim  Kommunist  Partiyası  bu  bərabərliyin  təmin  edilməsi  üçün  xüsusi 

məsuliyyət  daşıyır.Yaxın  keçmişin  kədərli  dərsləri  də  bu  gün  həddindən  çox  şeyin  sınaq 

tərəzisinə qoyulduğuna dəlalət edir. 

Hörmətlə 

Anar 

SSRİ  XALQ  deputatı 

1990 

  

1988-ci  il  noyabrın  30-da  Bakıda,Filarmoniyada  Türk  dövlətləri  Mədəniyyət 



nazirlərinin  toplantısı  olmuşdur.Görüşü  giriş  sözüylə  respublikamızın  Mədəniyyət  naziri 

Polad Bülbüloğlu açmışdır.Toplantı iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti 

Əbülfəz  Elçibəy  salamlamışdır.Yazıçılar  Birliyinin  sədri  Anar  toplantı  iştirakçılarına 

müraciətlə çıxış etmişdir: 

Hörmətli cənablar! 

Türk dövlətləri Mədəniyyət nazirlərinin Bakıdakı toplantısını Azərbvaycan Yazıçılar 

Birliyi  adından  salamlayıram.Bu  toplantının  türk  xalqlarının  mədəni  həyatında  mühüm 

hadisə olacağına inanıram.Sizə bildirmək istəyirəm ki,bu ilin oktyabr ayında Ankarada türk 

dünyası  yazıçılarının  ilk  qurultayı  çağrılmışdı  və  bu  qurultayda  Türk  dünyası  Yazıçılar 

Birliyinin  yaraldılması  haqqında  qərar  qəbul  edildi.Qəbul  olunmuş  qətnamədə  türk 

xalqlarının mədəni,elmi və təhsil sahəsində əlaqələrini tənzim edərək bir YUNESKO tipli 

təşkilatın  TURESKO-nun,  habelə  «Kuryer  YUNESKO»  tipli  ümumtürk  dərgisinin 

yaradılmasının zərurəti haqqında da maddə var. Bu məqsədlə  yazıçıların öz hökumətlərinə 



495 

 

müraciət  etmələri  tövsiyə  olunur.  Fürsətdən  istifadə  edib  Sizə  -  türk  dövlətlərinin 



Mədəniyyət  nazirlərinə  müraciət  edir  və  TURESKO-nun,  habelə  onun  «İpək  yolu» 

jurnalının  ən  yaxın  zamanlarda  yaradıldması  üçün  təşəbbüs  göstrəmənizi  rica 

edirəm.Aydındır  ki,son  dərəcə  vacib  olan  belə  bir  təşkilat  dövlətlərin  iştirakı  və  vəsaiti 

olmadan  yaradıla  bilməz.  Bu  təşkilatın  intellektual  potensialını  təmini  etmək  üçün 

Yazıçılar  Birlikləri  və  başqa  yaradıcılıq  təşkilatlarımızın  hər  bir  imkanı  var.  Dövlətlərin, 

hökumətlərin  və  ilk  növbədə,  Mədəniyyət  Nazirliklərinin,  habelə  Yaradıcılıq 

təşkilatlarının,  Elmlər  Akademiyadarı  və  başqa  elmi  idarələrin,  ayrı-ayrı  görkəmli 

ziyalıların  birgə  səyiylə  yarana  biləcək  belə  bir  qurumun  fəaliyyəti  müasir  dünya 

səviyyəsində türk xalqlarının mədəni və mənəvi birliyini təmin və inkişaf etdirəcək tarixi 

addım  olardı.Bu  məsələnin  diqqətinizdən  yayınmayacağına  ümid  edir  və  Sizə 

çalışmalarınızda böyük uğurlar diləyirəm. 

  («Ədəbiyyat qəzeti» 4 dekabr 1992) 



 


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin